Fənn: Dövlət maliyyəsi Mövzu: Azərbaycan Respublikasının maliyyə sisteminin ayrı – ayrı əlaqələrinin xarakteristikası


Azərbaycan Respubkilasının dövlət büdcəsi



Yüklə 21,03 Kb.
səhifə2/2
tarix08.11.2022
ölçüsü21,03 Kb.
#68066
1   2
Azərbaycan Respublikasının maliyyə sisteminin ayrı – ayrı əlaqələrinin xarakteristikası

Azərbaycan Respubkilasının dövlət büdcəsi: Respublikamızda dövlət büdcəsinin məqsədi ölkəmizin iqtisadi, sosial və digər əhəmiyyətli proqramlarının və problemlərinin həlli, digər bir baxımdan dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitlərinin toplanmasını və istifadəsini təşkil etməkdən ibarətdir. Respublikamızda dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən həmdə yerli gəlir və xərclərdən ibarətdir.
Naxçıvan Muxtar Respublikasının büdcəsi: Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının habelə Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları ilə, qanunlarıyla və digər qanunvericilik aktları ilə müəyyənləşdirilir. Naxçıvan Muxtar Respublikasının büdcəsi ölkəmizdəki Vergi Məcəlləsi tərəfindən təyin olunmuş dövlət vergiləri, digər ödənişlər, bu vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar və digər daxilolmalar hesabına formalaşır. Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti isə Muxtar Respublikasının həm sosial həm də iqtisadi inkişafı habelə əhalinin rifahının yüksəldilməsı ilə bağlı olan tədbirlərin maliyyələşdirilməsində istifadə olunur..
Yerli büdcə: Yerli büdcə anlayıçına nəzır salsaq bu büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq həmçinin bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirtməkdən ötrü formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Büdcənin tərtibi və icrası zamanı büdcə sisteminin qanunvericilklə müəyyən olunmuş ümumi prinsipləri əsasında və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.İstənilən ölkədə büdcə prosesləri həmin dövlətin büdcə qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasında büdcə qanunvericiliyi , Azərbaycan Respublikasının Konstitusiyası, “Büdcə sistemihaqqında” Azərbaycan Respublikasının qanunu, ilə yanaşı “Büdcə sistemihaqqında” qanuna müvafiq olaraq qəbul edilən dövlət büdcəsihaqqında qanunlar və bir sıra digər normativ-hüquqi aktlar, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
“Azərbaycan Respublikasında Büdcə sistemi haqqında” ilk qanun 1 dekabr 1992-ci tarixində qəbul olunmuş və bu qanun 2002-ci ilə qədər öz hüquqi qüvvəsini saxlamışdır.

Təcrübə göstərir ki, maliyyə sisteminin ayrı-ayrı sahə və həlqələrindən deyil, onun kompleks şəkildə inkişafı və təkmilləşdirilməsi iqtisadi yüksəlişə nail olmağın ən vacib və zəruri şərtlərindən biridir.


Maliyyə sistemini təşkil edən alətlər vasitəsilə, bir qrup insanlar, təşkilatlar və dövlətlər tərəfindən qəbul edilmiş yığım qərarları bu yığım vəsaitlərini müxtəlif insanlara, təşkilatlara və ya dövlətlərə investisiya yatırmaq imkanı yaradır. Maliyyə sistemi geniş imkanlara malikdir və bu imkanları öyrənərkən, maliyyə sisteminin əsas elementlərinə nəzər salmaq lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə sisteminin rolu getdikcə artmaqdadır. Bu zaman maliyyə fəaliyyətinin əhatə dairəsi də, genişlənir. Maliyyə fəaliyyəti dedikdə isə, iqtisadi subyektlərin digər subyektlərdən borc alması və ya investisiya və istehlak məqsədilə digər subyektlərə borc verməsidir. Bu zaman maliyyə fəaliyyətinin əhatə dairəsinin genişlənməsi maliyyə aktivlərinin daha geniş sahələrə yayılması ilə əlaqədardır.
İqtisadi münasibətlərin müəyyən tərəflərini özündə əks etdirən maliyyə sistemi, onun həlqələri ölkənin inkişaf səviyyəsindən asılıdır.Bu gün maliyə sistemi iqtisadiyyatın ayrılmaz bir hissəsidir. Təsadüfi deyildir ki, maliyyə sistemi ölkənin maliyyə siyasətində həmişə xüsusi yer tutur. Məhz buna görə son illər ölkəmizdə maliyyə sisteminə və onun həlqələrinə dair bir sıra mühüm qərarlar qəbul edilir.
Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə sistemi özündə bütövlükdə iqtisadiyyatın real sektorunun inkişafına və yaranmış sosial problemlərin həllinə aparan ayrı-ayrı bölmələrinin həm stabil həmdə effektiv həmçinin fəaliyyət göstərməsini təmin edən bir birilə qarşılıqlı əlaqəli kompleks addımlar, alətlər toplusu hesab edilən maliyyə institutlarını ozündə əks etdirir.
Maliyyə sisteminin bu günkü günümüzdə olan tələbləri səviyyəsində qurul­ma­sı məqsədi ilə qeyd edilən tədbirlərin həyata keçirilməsi ölkədə istehsalın artırılması məq­sədi daşıyır. Hal-hazırda respublikamızda mövcud olan infrastrukturun bərpası, onun yenidənqurulması o cümlədən yeni iş ye­r­l­­ərinin açılması və ölkədə keçirilən islahatların dəstəklənməsi məq­sədi ilə xaricdən hö­ku­mət zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi is­la­hat­lar və struktur dəyişikliklərinin maliyyələşdirilməsinə habelə elek­trik-enerji sektorunun yenidən bərpa edilməsi və qurulmasına və digər mühüm olan digər sahələrin maliy­yə­ləş­dir­ilməsinə yönəldilməsi həyata keçirilir..
Respublikamızın iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prosesi ölkədə maliyyə sisteminin səmərəliyini təmin etməklə yanaşı eyni anda ölkədə sabit büdcə-vergi sistemi həmçinin pul-kredit və gömrük sisteminin qurulmasını tələb edir. İqtisadiyyatda müəyyən tarazlaşmış balans əldə etmək isə dövlətin iqtisadi siyasətinin əsasını təşkil etməlidir.
"Azərbaycan Respublikasıda regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" daxilində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
•Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ;
•Ölkəmizdə olan digər büdcədənkənar dövlət fondları hesabına ;
• mülkiyyət formasından asılı olmayaraq idarə həmçinin müəssisə və təşkilatların vəsaitləri hesabına ;
• Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri hesabına;
•yerli və xarici sahibkarların vəsaitləri hesabına ;
•beynəlxalq təşkilatların və xarici ölkələrin maliyyə vəsaitləri hesabına ;
• habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələrin vəsaitləri hesabına.
Azərbaycanda tətbiq edilən regional inkişafı üzrə dövlət proqramları iqtisadi idarəetmədə dövlət tənzimlənməsinin bir forması olmaqla, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi,ölkə iqtisadiyyatının diversifikasiyasını, sahəvi və regional strukturlarının təkmilləşdirilməsini, əhalinin məşğulluq səviyyəsinin və regionların investisiya cəlbediciliyinin yüksəldilməsini təmin edir.
Maliyyə sisteminin günün tələbləri səviyyəsində qurul­ma­sı məqsədi ilə bütün iqtisadi tədbirlərin həyata keçirilməsi res­pub­li­ka­da regional inkişafın artırılması məq­sədi daşıyır. Hal-hazırda respublikamızda mövcud olan infrastrukturun bərpası,maliyyə sistemində islahatların aparılması və yeni qanunların qəbul olunması, yeni iş ye­r­l­­ərinin açılması , fəaliyyəti dayandırılmış iş yerlərinin fəaliyyət mexanizmlərinin bərpa edilməsi və ölkədə keçirilən bir sıra islahatların dəstəklənməsi məq­sədi ilə xaricdən ölkə zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi is­la­hat­lar və struktur dəyişikliklərinin maliyyələşdirilməsinə, və başqa bir çox mühüm sahələrin maliy­yə­ləş­dir­ilməsinə yönəldilməsi həyata keçirilir. Cəlb olunan investisiya məqsədliylə ayrılan kredit­lərə xidmət birbaşa büdcədən ayrılan vəsaitlər hesabına tənzimlənir.
Republikamızda iqtisadiyyatın inkişafı istehsalın stimullaşdırılmasında və həmçinin regionların sosial-iqtisadi inkişafında dövlət büdcəsinin təsirininhəm kəmiyyət, həm də keyfiyyət baxımından qiymətləndirilməsi qeyd edilir. Aparılan iqtisadi islahatların müasir mərhələsində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq istehsal və sosial sahələrin inkişafına büdcə vəsaitlərinin investsiya edilməsi dövlət büdcəsinin tərkib hissəsi olmalıdır. Bu baxımdan vergilərin rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, vergilər büdcə gəlirlərinin formalaşmasına habelə istehsalın kəmiyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir.
Bir çox inkişaf etmiş ölkələrdə vergilər iqtisadiyyatda tənzimləyci bir vasitə kimi də çıxış edir. Vergilər dövlətin istehsalın genişləndirilməsinə onun yeni texnika və texnologiya ilə təmin olunmasına , istehsalın strukturuna və qurluşuna iqtisadi təsiretmə vasitəsi olmaqla, onun əsas maliyyə mexanizmidir.
Baş verə biləcək bir çox müxtəlif səbəblərdən iqtisadiyyatda, o cümlədən, maliyyə sistemində yarana biləcək qeyri tarazlığı aradan götürməkdən ötrü beynəlxalq təcrübədən istifadə etməklə dövlətin iqtisadiyyatın aparıcısı sahələrinə bu və ya digər formada müdaxilə etməsi baş verir.
İdarəetmə və mülkiyyət formasından asılı olmayaraq hər bir təşkilat, müəssisə, eləcə də hər bir dövlət öz funksiyalarını həyata keçirmək və müəyyən sosial-iqti­sa­di məsələləri həll etmək üçün maliyyədən istifadə edir.
Başqa sözlə desək, hər bir iq­ti­sadi islahat etibarlı və güclü maliyyə təminatına malik olmalıdır. O cümlədən, re­gi­o­nal inkişaf istiqamətində aparılan işlər, həyata keçirilən layihələr də güclü ma­liy­yə sərfiyyatı tələb edir.
Bu mənada qarşıya qoyulmuş məq­səd­lə­­rin re­al­laşdırıl­ma­sında maliyyə resursları və bu resurslardan səmərəli istifadəni təmin etməyə yö­nəl­dilmiş siyasəti əhəmiyyətli rol oynayır. Dövlətin iqtisadi si­ya­sə­tinin mühüm tər­kib hissəsi olan maliyyə siyasəti, həm də regionların sosial-iqtisadi inki­şa­fın­da re­gi­­onal resursların iştirakını təmin edir və tənzimləyir.
Yerli və xarici təcrübədən aydın olur ki, istənilən regionun inkişafını təmin et­mək üçün vacib amillərdən biri də həmin re­gionun ma­liyyə resursları və bu re­surs­lar­dan istifadə səviyyəsidir. Regionların maliyyə resursları istər regional inkişa­fın tə­kan­ve­rici qüvvəsi kimi, istərsə də dövlət maliyyəsinin vacib tərkib hissələ­rin­dən bi­­ri ki­mi mühüm əhəmiyyət kəsb edir. Müvafiq region ərazisinin tələbatının ödə­­nil­­­­mə­si­nə xidmət edən regional maliyyə resursları, əsasən yerli büdcə­ləri əhatə edir.
Yüklə 21,03 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin