1. QAYT-reseptorları stimullaĢdıran maddələr - fenobarbital, benzobarbital, klonazepam, diazepam, lorazepam, viqalbatrin və s.
QAYT (qamma-aminoyağ turşusu) MSS-nin əsas tormozlayıcı mediatorlarından biridir. Ona görə də QAYT-reseptorların stimullaşdırılması
MSS-ə tormozlayıcı təsirin güclənməsi və nəticədə neyronların aktivliyinin azalmasına səbəb olur. Bu halda epilepsiya əleyhinə maddələr özlərini QAYT-ın aqonisti kimi aparırlar (Reseptorlarla qarşılıqlı təsir zamanı mediator effekti yaradan maddə aqonist adlanır).
2. Sinir hüceyrələrində ion kanallarını (natrium, kalium) blokadaya alan maddələr- fenitoin, karbarmazepin.
3. Qlutamat reseptorlarını blokadaya alan və ya qlutamatın vezikullardan sinaptik yarığa atılmasına mane olan maddələr - lamotricin.
4. QarıĢıq («hibrid») təsir mexanizminə malik olan maddələr - valproy turşusu və onun natrium duzu (Natrium valproat), felbamat.
Valproy turĢusu və natrium valproat həm QAYT reseptorlarını stimullaşdırmaq və həm də sinir hüceyrələrində ion kanallarını blokadaya almaqla epilepsiya əleyhinə tsır göstərirlər.
Felbamat (Fellbamate)isə bir tereofdeon qlisin (tormozlayıcı mediatordur) reseptorlarını stimullaşdırır, digər tərəfdən aspartat (stimulaşdırıcı mediatordur) reseptorlarını və sinir hüceyrələrinin natrium kanallarını blokadaya alır.
Hazırda mövcud olan epilepsiya əleyhinə dərman maddələri epilepsiyanı müalicə etmir. Onlar epileptik tutmaların qarşısını alır.
Fenobarbital (Phenobarbitalum). Sin.: Luminal. Poroşok halında, 5 mq (uşaqlar üçün), 50 və 100 mq dozalarda tablet şəklində buraxılır.
Sedativ, yuxugətirici və qıcolma (epilepsiya) əleyhinə təsirə malikdir.
Böyük qıcolma tutmalarında, psixomotor ekvivalentlikdə və epileptik status zamanı təyin edilir.
Gündə 2 dəfə, hər dəfə 50-200 mq dozalarda (gün ərzində 100-400 mq) qəbul edilir. Yuxugətirici təsirini aradan qaldırmaq üçün adətən kofeinlə kombinəedilmiş şəkildə istifadə edilir. Fenobarbitaldan uzun müddət istifadə etdikdə ona qarşı vərdişolma və dərmandan asılılıq vəziyyəti yaranır.
Qara ciyərin və böyrəklərin funksional pozğunluğunda fenobarbitalın təyin olunması əks göstərişdir.
Fenitoin (Phenytoin). Sin.: Difenin 100 mq dozada tablet şəklində buraxılır. Böyük qıcolma tutmalarında təyin olunur. Gündə 2-3 dəfə, yeməkdən sonra 100-200 mq dozalarda daxilə qəbul edilir. Preparatın təsirindən ürəkbulanması, qusma, dərinin səpməsi, stomatit, temperaturun yüksəlməsi baş verə bilər.