Morfin və digər narkotik analgetiklərlə kəskin zəhərlənmə zamanı aĢağıdakı tədbirləri həyata keçirmək lazımdır: 1.Zəhərin qana sorulmasına mane olmaq üçün mədə 0,1%-li kalium permanqanat məhlulu ilə yuyulur, sonra isə adsorbsiyaedici maddə- aktivləşdirilimiş kömür təyin edilir.
2.Zəhərin orqanizmdən xaric olmasını sürətləndirmək üçün işlədici duzlar (natrium- sulfat, maqnezium- sulfat) və sidik qovucu maddələr (furasemid) təyin olunur, venaya natrium- xloridin, yaxud qlükozanın izotonik məhlulu və plazmaəvəzedici məhlullar yeridilir, sürətləndirilmiş diurezdən istifadə edilir.
3.Mühüm həyati funksiyaları qoruyub saxlamaq üçün orqanizmə 2 ml 10%-li kofein məhlulu, 2 ml niketamid (Kordiamin) və 1-2 ml 0,1%-li atropine -sulfat məhlulu yeridilir. Bədən isidilir, oksigen inhalyasiyası aparılır, süni tənəffüs verilir.
Omnopon (Omnoponum). Tərkibcə tiryək alkaloidlərinin (morfin, narkotin, papaverin, kodein və tebain) hidrogen-xlorid duzlarının qarışığından ibarət olan Yeni Qalen preparatıdır. Preparatın tərkibində morfinin miqdarı 48-50% təşkil edir. 1 və 2%-li məhlulları 1 m-l-lik ampullarda buraxılır.
Kodein (Codeinum) Poroşok halında və 15 mq dozada tablet şəklində buraxılır (Natrium hidrokarbonatla birlikdə).
Tiryək alkaloididir. Kimyəvi tərkibinə görə morfindən molekulunda əlavə metil radikalının olması ilə fərqlənir (Metilmorfin). Təsirinə görə morfinə yaxındır, lakin analgeziyaedici təsiri morfinə nisbətən zəif, öskürəkkəsici təsiri isə güclü ifadə olunmuşdur. Tibbi təcrübədə əsasən kombinəedilmiş preparatların tərkibində öskürək əleyhinə və ağrıkəsici kimi (baş ağrılarında, nevralgiyalarda və s.) istifadə olunur.
«Öskürək əleyhinə tabletlər»in (Tabulettae contra tussim), piradinin (öskürək əleyhinə), sedativ preparat kimi istifadə edilən «Kodterpin» tabletlərinin (Tabulettae «Kolditerpinum»), «Pentalgin» (ağrıkəsici) və «Sedalgin» (ağrıkəsici və sedativ) tabletlərinin tərkibinə daxildir.