Secondary Zone - Primary Zone-nun nüsxəsini (backup) tutur və "fault tolerance" mövcud olan bu zone "read only" funkasiyasını daşıyır. Əgər Primary Zone çökərsə, Secondary Zone işə düşür və bu zone Primary Zone-nun nüsxəsini daşıdığı üçün heç bir məlumat itkisi baş vermir. Bu zaman Secondary Zone Primary Zone-a çevrilir və köhnə Primary Zone bərpa olunana və ya yenisi yaradılana kimi, Secondary Zone Primary Zone funksiyasını daşıyır.
Stub Zone - tərkibində NS (Name Server), SOA (Start of Authority) və A (Address) rekordlarını tutur, əsasən böyük firmalarda və şirkətlərdə təşkil olunur. Stub Zone da həmçinin "read only" funksiyasını daşıyır. Belə ki, Stub Zone digər yerlərdə (ölkələrdə, filiallarda və s.) yeni qurulan DNS server və zone-ların listini tutur və həmin DNS server və zone-lardan xəbərdar olur.
Reverse Lookup Zone isə ip ünvanı ada çevirir. Reverse Lookup Zone-da PTR record-dan istifadə olunur. PTR record A record-un əksidir və Reverse Lookup Zone-a əsasən internet provayder tərəfindən təmin edilir.
DNS-də Rekordlar
A rekordu - IPv4 üçün nəzərdə tutulmuşdur və adın ip-yə bağlanmasını təmin edir;
SOA rekordu - DNS-də zone məlumatları və keşin nə qədər tutulmasını təmin edir;
NS rekordu - DNS Serverin hansı ip ünvanda mövcud olmasını təyin edir;
SRV rekord - Domain Controller-in yerini müəyyən edir;
Cname rekordu - adı ip-yə deyil, adı ada bağlayır, eləcə də bir ip ünvan üzərindən bir neçə adı təmin edə bilir. Domain mühitində DNS server-də bir çox rekordlar varsa, həmin DNS server-də ip ünvan dəyişərsə, (domain-ə daxil olan bütün kompüterlərin yaratdığı) A rekordlarının manual olaraq DNS-də yeni ip ünvana dəyişdirilməməsi üçün Cname rekordun-dan istifadə olunur;
MX rekordu - bütün mail serverlər ilə əlaqə qurulmasını təmin edir, bu rekord olmazsa kənardan email qəbul etmək mümkün olmur, eləcə də MX rekordu digər mail serverlərin listini də müəyyən edir;