Fənn: İslam Fəlsəfəsi Tələbə: Ömər Süleymanlı Kurs


Fərabinin pedeqoji görüşləri



Yüklə 319,44 Kb.
səhifə2/9
tarix06.11.2022
ölçüsü319,44 Kb.
#67605
1   2   3   4   5   6   7   8   9
Fəlsəfə sərbəst iş

Fərabinin pedeqoji görüşləri
Türk əsilli bir filosof olan Fərabi müxtəlif elm sahələrində əsərlər yazmışdır. Bu əsərləri arasında spesifik təhsillə bağlı əsəri mövcud deyildir. Lakin təhsil və ya təlim-tərbiyə haqqında düşüncələri müxtəlif mətnlərdə dağınıq halda yer alır. Bu baxımdan Fərabi, türk maarif tarixində ilk dəfə pedaqogika ilə əlaqədar görüşlərini irəli sürən bir filosofdur. O, təhsil məfhumunu tə`dib (intizam), təqvim (düzəltmə, qiymətləndirmə), təsdid (rəhbərlik etmə), təlim (öyrətmə), irtiyad (öyrənmə), tərbiyə (yetişdirmə, təhsil)kimi terminlərlə açıqlamışdır. O, tədris və təhsil məfhumlarını bir-birindən fərqləndirmişdir. Təlimi (tədris), millətlərdə və şəhərlərdə nəzəri fəzilətləri, tərbiyəni (təhsil) isə əxlaqi fəzilətləri və əməli sənətləri yaratmaq şəklində izah etmişdir. Onun fikrincə təlim nəzəri mədəniyyəti qazanmağın bir yoludur və əsasən sözlə həyata keçir. Tərbiyə isə əxlaqi davranışları formalaşdırır və praktik bacarıqlar qazandırır. Bu görüş müasir dövrdə tədrisin nəzəri, təhsilin isə davranış dəyişdirməyə yönələn bir proses olduğu düşüncəsi ilə üst-üstə düşür.

İnsanın təbiəti və fərdi fərqlilikləri


Fərabi tədris metodlarını və hədəflərini insan təbiətinə görə formalaşdırmağa çalışmış və təlim-tərbiyədə fitrət və ətraf-mühit faktorlarının rolunu təsvir etmişdir. O, insanların fitrətinə görə fərqli güc və bacarıqlara sahib olduğunu bildirmişdir. Bu fərdi fərqliliklərin səbəbini insanların təbiətən meyilli olduğu, özlərinə daha asan gələn işləri yerinə yetirmək üçün yaradıldığı ilə izah etmişdir. O, fərdin mədəni inkişafında həm fitri potensialına, həm də təlim-tərbiyənin gücünə diqqət çəkmişdir. Bu anlayışa görə əgər bir insanı öz istəyi ilə hərəkət etməyə buraxsaq o meylli olduğu yönə doğru irəliləyəcəkdir. Lakin xarici bir güc həmin fərdi meylli olmadığı bir işə yönəldərsə o zaman çətinliklə də olsa həmin istəmədiyi istiqamətdə davam edəcəkdir. Bir müddətdən sonra müəyyən təcrübə və təkrarla qazanacağı vərdiş nəticəsində bu iş onun üçün asanlaşacaqdır. Ümumiyyətlə, insanın fitrətində var olan müxtəlif qabiliyyətlər fərdin meyilli olduğu yöndə təlim-tərbiyə vasitəsi ilə inkişaf etdirilməlidir. Əks təqdirdə həmin qabiliyyətlər passivləşərək yox olacaqdır.1

Yüklə 319,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin