- 1 -
Fənn: Klinik psixologiya
Müəllim: Dos.N.Z.Çələbiyev
III MÖVZU: Psixi sağlamlıq meyarları və səviyyələri.
Plan:
1.
Psixi sağlamlıq anlayışı və onun mahiyyəti
2.
Psixi sağlamlığın üçölçülü (bioloji, psixoloji və sosial) səviyyələri.
3.
Psixi pozğunluqları və xəsləlikləri şərtləndirən amillər.
4.
Patopsixoloji sindromlar.
Ədəbiyyat.
1.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri,
Bakı, 1981.
2.
Bayramov Ə.S., Əlizadə Ə.Ə.,Seyidov İ.Ə. Məhkəmə psixologiyası
məsələləri, ADU, 1985.
3.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif”
nəşriyyatı, Bakı, 2002.
4.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik)
2-ci nəşr, Bakı, 2008.
5.
İsmayılov N.V. Psixiatriya, Bakı, 1998.
6.
Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997.
7.
Метделевич
В.Д.
Клиническая
и
медицинская
психология.
Практическое руководство.M., 1998.
Mürəkkəb canlı sistem kimi insanın həyat və fəaliyyəti müxtəlif, lakin bir –
biri ilə sıx əlaqədə olan səviyyələrdə təmin olunur. Bu baxımdan 3 əsas spesifik
səviyyələri fərqləndirmək olar: bioloji psixixoloji, sosial. Adları qeyd olunan hər
bir səviyyələrdə insanın sağlamlığı öxünəməxsus təzahürlərə malikdir. Bioloji
səviyyədə sağlamlıq orqanizmin bütün daxili orqanlarının dinamik müvazinətini və
ətraf xarici aləmin təsirlərinə adekvat uyğunlaşmanı nəzərdə tutur. Sağlamlığın
profilaktikası, orqanizmin müdafiə qüvvələrinin möhkəmləndirilməsi və somatik
xəstəliklərin müalicəsi ənənəvi tibbdə qədimdən həyata keçirilir. Bioloji səviyyədə
sağlamlıq isə öz növbəsində psixoloji səviyyə ilə sıx bağlıdır. Belə bir sual qarşıda
durur: Sağlam şəxsiyyət nə deməkdir? Məşhur rus psixiatrı S.S.Korsokovun qeyd
etdiyi kimi, şəxsiyyəti təşkil edən bütün xüsusiyyətlər nə qədər davamlı və əks
təsirlərə qarşı müvazinətlidirsə, onda şəxsiyyətin bütövlüyünü pozmaq mümkün
deyildir. Psixi cəhətdən sağlamlıq şəxsiyyəti dəyərləndirən əsas amildir. Müəyyən
neqativ xarakter əlamətləri, əxlaqi sahədə qüsurlar, sərvət yöəlişliyindəki
- 2 -
yanlışlıqlar şəxsiyyətin dəyərini aşağı salır. Psixoloji sağlamlıqdan sosial sağlamlıq
səviyyəsinə keçid kifayət qədər şərtidir. Psixoloji xüsusiyyətlər insanın əhatə
olunduğu ictimai münasibətlər sistemindən kənarda deyildir. Bu səviyyədə insan
ictimai varlıq kimi fəaliyyət göstərir. Burada uyğun olaraq sosiumun şəxsiyyətin
sağlamlığına təsiri məsələsi ön plana çıxır. Şəxsiyyətin psixi sağlamlığı müxtəlif
sosial əlaqələrin, o cümlədən ailə, dostlar və qohumlarla ünsiyyət, iş, asudə vaxt,
dini və digər təşkilatlara mənsubiyyət və s. təsirinə məruz qalır. Bu təsirlər müsbət
və neqativ xarakterli ola bilər. Yalnız sağlam psixikaya malik olan insanlar
özlərini sosial sistemin fəal iştirakçıları kimi hiss edirlər. Tərbiyə işinin özbaşına
buraxılması və ətraf mühitin əlverişsiz təsiri insanın cəmiyyətdə qeyri-adekvat
davranışlarının müxtəlif təzahürlərinə, şəxsiyyətin kriminal inkişafına və
deqradasiyasına səbəb ola bilər. Şəxsiyyət o vaxt dəyişir və deqradasiyaya məruz
qalır ki, onun insanlara, əməyə və kollektivə qarşı normal münasibəti dəyişir.
Yalnız davamlı və daimi fəal münasibətlər şəxsiyyətə şəxsi inamını qorumağa,
ətraf xarici aləmin neqativ təsirlərini aradan qaldırmağa, maneələri dəf etmək, son
nəticədə qarşıya qoyulmuş məqsədə nail olmaq imkanı verir. Sosial səviyyədə
psixi sağlamlıq ideyasının reallaşması cəmiyyətdə özünü doğrultmayan, dəyərini
itirmiş adət və ənənələri aradan qaldırmağı, təlim və tərbiyə sistemində islahatlar
yolu ilə onu təkmilləşdirməyi, sosial məşğulluğu, asudə vaxt problemini səmərəli
təşkil etməyi, qida sənayesində dəyişikliklər etməyi və s. tələb edir.
Bir sıra ədəbiyyatlarda psixi sağlamlıq kateqoriyasının xarakteristikasına
onun bir sıra ayrı-ayrı ifadəli əlamətləri daxil edilir. Onların sırasında psixi
müvazinət kateqoriyası birinci yerdə durur. Onun köməyi ilə insanın psixi
fəaliyyətinin xarakteri haqqında (idraki, emosional və iradi) fikir yürütmək olar.
Şəxsiyyətin inkişaf anomaliyası onun şəxsiyyət baxımdan disharmoniyasının ayrı-
ayrı təzahürləri, onun sosial mühitdə öz mühazinətini itirməsi, yəni cəmiyyətdə
sosial adaptasiya proseslərinin pozulması haqqında fikir irəli sürməyə əsas verir.
Bu kiriteriya üzvi şəkildə digər iki amillə-psixikanın ahəngdar təşkili və onun
uyğunlaşma imkanları ilə bağlıdır.
Psixi müvazinət və onun ifadəlilik dərəcəsi insanın obyektiv şəraitə
mütəhərrik olaraq uyğunlaşması ilə bağlıdır. Rus psixoloqu V.N.Myasinsevanın
fikrincə, insanın mütəhərrikliyi və onun ətraf xarici təsirlərə reaksiyasının adekvat
olması norma və patologiyanın sərhədlərinin aydınlaşdırmağa təkan verir. Aydın
məsələdir ki, qeyri-mütəhərrik, davamsız reaksiyaları ilə diqqəti cəlb edən insanın
faktiki olaraq müvazinəti və onun şəxsi statusunun əsasında duran hormonik
qarşılıqlı təsirlər pozulmuşdur. Yalnız psixi cəhətdən sağlam, yəni mütəhərrik
adamda biz davranışın nisbi sabitliyini və onun xarici şəraitə adekvat olmasını
müşahidə edirik.
- 3 -
Bütün bunlarla yanaşı insanın psixi sağlamlığına kompleks yanaşmada və
onun qiymətləndirilməsində yeni perspektivlər mövcuddur. Elmi ədəbiyyatlarda
bir çox kriteriyalara kompleks yanaşaraq psixi sağlamlıq anlayışını
səciyyələndirmək təşəbbüslərinə heç də az təsadüf olunmur. Bunlardan iki başlıca
nəticə çıxarmaq olar. Həmin kriteriyalar içərisində şəxsiyyətin optimizmi,
mütəhərrikliyi, mənəviyyatı (ləyaqətli, vicdanlı və s.) olması, adekvat iddia
səviyyəsi, borc hissi, özünə inam, incikliyi bağışlamağı bacarması, azad və
əməksevər olması, məsuliyətliliyi, yumor hissinə malik olması, xeyirxahlığı,
səbrliliyi, özünəhörməti və özünənəzarəti kimi xüsusiyyətlər əsas yer tutur.
Psixi sağlamlıqdan söhbət gedərkən psixi vəziyyətlər sahəsinə adətən
emosional dayanıqlılıq (özünüəlaalma) hisslərin yaşa uyğun yetkinliyi, neqativ
emosiyaların (qorxu, günah hissi, acgözlük, nifrət və s.) olmaması, hiss və
emosiyaların sərbəst və təbii təzahürləri, sevinmək, adət edilmiş əhval-ruhiyyənin
üstünlüyü aid edilir.
Psixi sağlamlığı şərtləndirən psixi proseslər sırasına duyğu və qavrayışın
adekvat xarakterdə olması, diqqəti mərkəzləşdirmək qabiliyyəti, informasiyanı hifz
edib saxlamaq bacarığı, informasiyanı məntiqi cəhətdən emal etmək qabiliyyəti,
təfəkkürün tənqidiliyi, kreativlik (yaradıcılıq, intellektdən istifadə qabiliyyəti),
özünü tanıma, əqli intizam (fikirləri idarə etmək) qabiliyyəti aid edilir. Şəxsiyyətin
psixi sağlamlığında həmrəylik, həqiqətə can atma, humanist dəyərlərin prioritet
olması, özünüinkişaf orientasiyası və özünüzənginləşdirmə kimi keyfiyyətlər
aktuallıq kəsb edir. İradi güc, hisslərin əxlaqi tərbiyəlilik səviyyəsi, fəallıq və
enerjilik özünənəzarət qabiliyyəti kimi mühüm keyfiyyətləri də psixi sağlamlığın
kriteriyaları kimi dəyərləndirmək olar.
Şəxsiyyətin sosial sağlamlığı öz əksini onun sosial gerçəkliyi adekvat
davramasında, ətraf aləmə qarşı marağında, fiziki və ictimai mühitə
uyğunlaşmasında, ictimai-faydalı əməyə yönəlişliyində, istehlak mədəniyyətində
alturizm, empatiya, başqaları qarşısında məsuliyyətliliyində, demokratik
baxışlarında əks etdirir.
Psixi xəstəlik kimi şəxsiyyətin psixoloji portretində zərərli vərdişlərə
aludəçilik, məsuliyyətdən qaçma, özünə inam və etibarı itirmə, passivlik, əsəbilik,
utancaqlıq, pintilik, yalançılıq, kütlük, səbəbsiz qəddarlıq, insanlara düşməncəsinə
münasibət, qisasçılıq, hədsiz qorxaqlıq və s. aid edilir.
İdraki sferada psixi pozğunluqlara qavrayışın qeyri-adekvat, illüzior
xarakterdə olması, öz “Mən”ini qiymətləndirə bilməmək, məntiqsizlik, hədsiz
təlqinə düşmə, doğma adamlara biganə münasibət passiv həyat mövqeyi, iradə
zəifliyi, destruktiv davranış, münaqişəyə meyllilik, erosentrizm, qəddarlıq
əşyabazlıq aiddir.
- 4 -
Psixi sağlamlığın təyin edilməsində özünüidarə ideyası XX əsrdə çox
psixoloq və psixiatrların diqqətini cəlb etmişdir. Belə bir fikir mövcud olmuşdur
ki, xəstə insandan fərqli olaraq sağlam insan özünün psixikasını idarə etməyi və
ona nəzarəti daha yaxşı bacarır.
Sağlam psixikanın təmin olunmasında müəyyənedici rol şəxsiyyətin ətraf
aləmlə qarşılıqlı əlaqəsi və təsiri amilinə məxsusdur.
Müasir dövrdə psixiatriyaya insan şəxsiyyətinin ruhi sağlamlığının və
rifahının qorunması və idarə olunmasına xidmət göstərən elmi əlavə kimi baxırlar.
Belə bir fikri əsas götürürlər ki, psixi xətəliklərin spesifik xüsusiyyətləri
psixi özünüidarə ümumiliklə psixi sağlamlığın ən mühüm kriteriyalarından hesab
edilir.
Psixoloji özünüidarəyə aşağıdakı mərhələlər daxildir:
a)
idarəetmə məqsədinin qoyulması;
b)
informasiyanın qəbulu və işlənməsi;
c)
qərara qəbulu;
d)
qərarın həyata keçirilməsi və nəzarət.
Bu mərhələlərin hər birində psixi sağlamlığı təmin etməyə təsir göstərən
proseslər inkişaf edir. Fikrimizi izah edək.
Məqsədyönlülük şəxsiyyətə məxsus olan keyfiyyət olub, insana onun nəyin
naminə hərəkət etməsini göstərir. Həyatda məqsədin düzgün seçilməsi, psixi
sağlamlığın təmin olunmasının ən mühüm şərtlərindən biridir.
Məsələn, həyat yolunundüzgün seçilməsi. Sənət seçimi, cəmiyyətdə yerini
və mövqeyini müəyyənləşdirmək və s.hər bir şəxsin qəbul edəcəyi həyati
əhəmiyyətə malik olan məsələdir.
İstər əmək sahəsində, istərsəd də həyatda öz yerini tapa bilməyən hər bir
insanın timsalında cəmiyyət əvəzedilməz şəkildə maddi və mənəvi zərər çəkər, itki
verir.Psixoloji zədənin ən böyüyü isə şəxsiyyətin özünə dəyir. İnsanın uzunmüddət
xoşlamadığı bir işdə çalışması onun daxili psixoloji durumunun pozulmasına,
şəxsiyyətin deformasiyasına gətirib çıxarır.
Özünüidarə sisteminin funksional bütövlüyü ilk növbədə ondan asılıdır ki,
informasiyaların qəbulu və təhlili prosesi nə dərəcədə səmərəli cərəyan edir. Elə
həmin zəmində də orqanizm xarici aləmi və öz halətini, vəziyyətini əks etdirir.
Yəni insanın ətraf mühitə bələdləşməsinin əsas şərtini onun psixikasının
daxili və xarici mühitinin düzgün əks etdirilməsi təşkil edir. Praktikada baş verən
hər bir psixoloji dəyişiklik ətraf mühitdən gələn idrak məlumatlarının şəxsiyyət
tərəfindən düzgün əks edilməsi ilə bağlıdır. İnsanın süni şəkildə informasiya
axınından məhrum edilməsi (sensor aclıq) üzrə aparılan təcrübələr göstərdi ki, belə
şəraitdə insanlar uzun müddət qala bilmirlər. İnsanın uzun müddət “sensor aclıq”
- 5 -
şəraitində saxlanılması, onun psixikasında bəzi neqativ hallara gətirib çıxarır
(illüziya, hallyüsinasiya) və s.
Müasir təhsil sisteminin əsas xüsusiyyətlərindən biri hələ də insana ətraf
aləm haqqında daha çox bilik vermişdir. Bu səbəbdəndir ki, insanın özü haqqında,
psixi imkanları haqqında malik olduğu bilik, həcm etibarilə ətraf aləm haqqında
bildiklərindən çox azdır. Olanlar da fraqmental və dayazdır.
Özünün psixi sağlamlığını qorumaq üçün, özünü idarəetmək üçün insan özü
haqqında əsaslı nəzəri və praktik biliyə yiyələnməlidir. Belə bir biliyin
çatışmamazlığını hamımız etiraf edirik və onun törətdiyi ağır nəticələrdən isə
təəssüf ki, çoxumuzun xəbəri yoxdur.
İnsan özünün psixi vəziyyətinin “dilini aça bilməlidir” və ona təsir
göstərməyi, yeri gəldikdə isə idarə etməyi bacarmalıdır. Hər bir insan özünün
güclü və zəif xüsusiyyətlərini, həmçinin fiziki və psixi imkanlarının səviyyəsini
düzgün və adekvat şəkildə qiymətləndirməlidir. İnsan psixi sağlamlığını idarə
etməyi bacarmalıdır.
Hər bir kiçik psixi problemlərdən ötrü həkim –psixoterapevtə, ekstrasensə,
hipnozçuya və digər şəfaverici insanlara müraciət etmək insanı ətraf mühitdən asılı
və passiv vəziyyətə salır. İnsan öz gücünə inanmalı, imkanlarının sərhədlərini
bilməli və lazım olduqda onların hesabına öz –özünü tənzimləməlidir.
Psixi özünüidarəetmə məsələsində, özünənəzarətin xüsusiyyətləri bir prosesə
deyil, bütün psixi proseslərə aid olmalıdır. Beləliklə, dövri sxem üzrə (qəbul,
yenidən işlənmə, qərar qəbulu və onun həyata keçirilməsi) informasiyanın
dəyişilməsi özünənəzarətlə müşayiət olunmalıdır. Bu da əvvəlcədən qarşıya
qoyulmuş məqsədə nail olmanı və özünüdərketmə prosesinin səmərəli cərəyan
etməsini təmin edəcəkdir.
Psixi sağlamlığın mühüm meyarı olan özünənəzarət, lazımi səviyyədə təsdiq
olunmaq əvəzinə daha çox xatırlanır. Bununla yanaşı yaxşı məlumdur ki,
texnikanın idarə olunmasında ən çox pozuntular özünənəzarətin itirilməsindən irəli
gəlir.
Xəstə adamın davranışında aqressivlik, özündənçıxma, impulsivlik kimi
özünü göstərən psixi pozuntular emosional nəzarətin zəifləməsinin məntiqi
nəticəsi kimi başa düşülməlidir. Psixi pozuntuların bir sıra formaları emosional
nəzarətin zəifləməsi nəticəsində baş verir. Buna misal, xəstə adamların
davranışında özünü göstərən impulsivlik, çılğınlıq, aqressivlik kimi halları qeyd
etmək olar.
Uzunömürlülüyün psixoloji əsasları da maraqlıdır. Nəzərə almaq lazımdır ki,
insanın sağlamlığı bir sıra zəruri amillərdən asılıdır. Müəyyən edilmişdir ki,
sağlamlığın 50% insanın həyat tərzindən, 20% irsi xüsusiyyətlərindən, 10% isə
tibbi xidmətlərdən asılıdır. Həyat tərzi dedikdə insanların müəyyən ictimai-iqtisadi
- 6 -
şəraitdə həyat və fəaliyyəti, onun bu şəraitdə maddi və mənəvi təlabatlarının
ödənilməsi, həmçinin ünsiyyət və davranış normaları başa düşülür. Sağlam həyat
tərzi nisbətən məhdud bir anlayışdır.Həmin anlayış insan orqanizminin həyat
fəaliyyətinin daxili və xarici amillərinin vəhdəti nəticəsində bu sistemin uzun
müddət işləməsini, həmçinin orqanizmin möhkəmlənməsinə, şəxsiyyətin ahəngdar
inkişafına, əmək və istirahət üsullarının qarşılıqlı təsirini bildirir.
Sağlam həyat tərzi, psixi sağlamlıq insanların təbii tələbatına çevrilməlidir.
Belə olan halda insan heç bir çətinlik çəkmədən, könüllü şəkildə ona nail
olacaqdır.
Sağlam həyat tərzinin tərbiyə olunmasına lap kiçik yaşlarından başlamaq
lazımdır. Elə etmək lazımdır ki, uşaqlarda sağlam həyat tərzinə daxili təlabat
yaransın.
Adətən sağlam həyat tərzinin tərbiyə olunması, öyrədilməsi işində bir
problemlə qarşılaşılır. Bu elə bir problemdir ki, onunla kiçik uşaqdan yaşlı adama
kimi hamı üzləşir. Bu, sağlam adamın öz orqanizminin qayğısına qalması ilə
bağlıdır. Belə ki, sağlam adam özünü yaxşı hiss etdiyi üçün səhhəti ilə
maraqlanmır. O, sağlamlığının qədrini bilmir. İnsan öz sağlamlığı ilə maraqlanmır.
O, sağlamlığının qədrini bilmir. İnsan öz sağlamlığı ilə naxoş olduğu, xəstələndiyi
zaman yaxından maraqlanmağa başlayır, onun qayğısına qalmaq istəyir.
Herontologiyanın banilərindən sayılan İ.İ.Meçnikov bu məsələ ilə bağlı qeyd
edirdi ki, ölüm qorxusu ahıl yaşında olan insan üçün öz mənasını itirir. İnsanlar öz
təbii ölümlərini axıra kimi yaşaya bilmədikləri üçün ölümdən qorxurlar.
Uzunömürlülər ailə üzvləri və yaxın adamları ilə çox yaxşı münasibətdə
olmağa çalışır, ətrafdakılara qarşı qayğıkeş və diqqətcil olurlar. Onlar çalışırlar ki,
qohumları, qonşuları və iş yoldaşları konfliktə düşməsinlər, özləri də
konfliktlərdən uzaq olmağa səy göstərirlər.
Uzunömürlülər öz həyatlarını taleyin hökmü ilə deyil, arzu və bacarıqları
əsasında qururlar. Onlar sağlamlıqlarına xüsusi diqqət yetirilər. Uzaqgörənlik
belələri üçün adi davranış normasına çevrilir.
Uzunömürlülər hafizənin, diqqətin zəifləməsi ilə əlaqədar olaraq davranış və
hərəkətlərinə psixomotorikanın hesabına nəzarət edir, bununla qarşıya çıxa bilən
səhv və xataların qarşısını alırlar.
Uzunömürlülük yolunda ən çətin sınaq dövrü öz sənəti, peşəsi ilə bağlı
olaraq, rayon və kənd əhalisi üçün “təqaüd məşğuliyyətçi” məsələsi o qədər də
ciddi problem olmur. Belə ki, həyatyanı sahədə çalışma meyli problemin həlli üçün
yaxşı çıxış yoludur.
Yaşa görə təqaüdə çıxmaqla bağlı olaraq, ortaya bir neçə riskli amillər çıxır.
Bunlar aşağıdakılardan ibarətdir:
- 7 -
1.
İşçinin yüksək peşəkarlığı, peşəkarlıq nə qədər yüksək olarsa, işdən
ayrılmaq da bir qədər ağır olur.
2.
İşi davam etdirmək kimi daxili istəklə, işdən çıxmanın zəruriliyi arasında
uyğunsuzluq, ziddiyyətin olması.
3.
Təqaüd yaşına psixoloji cəhətdən hazır olmamaq, işdən başqa heş bir şeyə
marağın olmaması.
4.
Təqaüdə çıxmaqla bağlı insanda gərəksizlik və lazımsılıq hissinin baş
qaldırması.
5.
Ailə və cəmiyyətə ağır yük olmaq hissinin yaranması və s.
Psixopatoloji sindromlar
Psixi xəstəliklərin diaqnostikasında böyük əhəmiyyətə malik olan psixopatoloji
sindrom bir neçə əlamətin birləşməsinə deyilir. Sindrom xəstəliyin hər hansı bir
mərhələsini əks etdirməklə eyni zamanda dəyişə bilər.Məsələn, şizofreniya
xəstəliyində təsadüf edilən nevrotik sindrom xəstəliyin başlanğıcında, hallüsinator-
paranoid sindrom inkişaf mərhələsində, apato-obulik sindrom isə son dövründə
təsadüf edilir. Beləliklə hər bir sindrom sadədən mürəkkəbə doğru inkişaf edərək
xəstəliyin inkişafını xarakterizə edən patogenetik qanunauyğunluğu əks etdirir.
Psixiatriya təcrübəsində qəbul olunmuş “kiçik” və “böyük”, “neqativ” və
“pozitiv” sindrom anlayışı vardır. Sindromların böyük və kiçikliyi patoloji prosesin
yayılma dərəcəsini göstərir. Pozitiv əlamətlər xəstəliyin inkişafının dinamikasını
əks etdirən kəskin əlamətləri nəzərdə tutur. Onlara misal olaraq psixi avtomatizm,
maniakal, paranoyal sindromları göstərmək olar. Müalicə nəticəsində bu əlamətlər
tamamilə yox ola bilər. Neqativ sindromlar isə xəstəliyin qüsur əlamətləri kimi
meydana çıxır, əksər hallarda stabil əlamətlərdir. Belə sindromlardan enerji
potensialının enməsini (şisefreniyada) şəxsiyyətin dəyişməsini (epilepsiyada), psixi
marazmı (qocalıq ağıl zəifliyində) göstərmək olar. Xəstəliyin gedişi zamanı
sindromların təyininin bir sıra praktik əhəmiyyəti vardır.
Nevrotik sindromlar
Astenik sindrom qıcığa qarşı həssaslığın artması və tez yorulma əlamətləri ilə
özünü büruzə verir. Əhvali-ruhiyyə asanlıqla və qısa müddət ərzində müxtəlif
istiqamətlərdə dəyişə bilər. Xəstələr ümumi narahatlıqdan, başağrısı və yuxunun
pis olmasından şikayət edirlər. Əsassız somatik şikayətlər (ürək, mədə, qaraciyər
nahiyələrində ağrılar), yaddaşın zəifliyi, vegetativ sinir sisteminə aid əlamətlər
(ürəkdöyünmə, tərləmə) astenik sindromun daimi əlamətləridir. Bir sıra hallarda
astenik vəziyyət sarışan qorxular, isterik tutmalar, əhvali-ruhiyyənin düşkünlüyü
və s. əlamətlərlə ağırlaşaraq müəyyən müddət xəstələrin əmək qabiliyyətinin
itməsinə səbəb ola bilər.
- 8 -
Sarışın hallar sindromu sarışan qoxuların, fikirlərin və hərəkətlərin eyni
vaxtda birlikdə və ya ayrılıqda meydana çıxması ilə xarakterizə olunur. Xəstələr
onları narahat edən halların lüzumsuzluğunu başa düşür (tənqidi münasibət
göstərir) lakin, mübarizə apara bilmirlər. Qeyri-normal fikirlər, qorxu, mənasız
hərəkətlər, sanki onları aramsız olaraq təqib edir, əlçəkməz, yorucu olurlar. Sarışan
hallar, bir qayda olaraq, əhvali-ruhiyyənin enməsi, ipoxondrik şikayətlərlə birlikdə
təsadüf edir. Xəstələr daim mənəvi iztirablar keçirir, vəziyyətlərinin ağırlaşması
qorxusu bir an belə onları sakit buraxmır.
Sarışan hallar sindromu, əsasən, nevrozlarda, endogen psixi xəstəliklərin
(şizofreniya, MDP) başlanğıc mərhələlərində və epilepsiya zamanı rast gəlinir. Bu
sindrom özünü olduqca müxtəlif formalarda büruzə verə bilər. Geniş yayılmış
klinik variantları aşağıdakılardır: sarışan şübhələr – xəstə gördüyü işə,
hərəkətlərinə və s. şübhə ilə yanaşır, inamsızlıq göstərərək öz-özünü dəfələrlə
yoxlayır. Məsələn, evin işığını söndürmüşdürmü, qapını bağlamışdırmı.Bu kimi
şübhələrin təsiri altında yarı yoldan geri dönərək özlərini yoxlayırlar. Sarışan
xatırlamalar zamanı xəstə xoşagəlməyən nalayiq hərəkətləri yada salır, heç cür
onları unuda bilmir, iztirab keçirir.
Sarışın meyllərdə hər hansı bir təhlükəli hərəkət, qəddarlıq etmək fikri meydana
çıxır. Belə meyllər bəzən yaxın adamlara (həyat yoldaşına, sevdiyi şəxsə,
övladlarına) qarşı yönəlir.
Sarışan qorxularda xəstələr hündürlükdən, geniş meydandan, izdihamdan,
sudan və s. Qorxur. Bir sıra hallarda bəzi xəstəliklərə tutulmaqdan qorxurlar.
Məsələn, siflisə (sifilissofobiya), spidə (spidofobiya), xərçəng xəstəliyinə
(kanserofabiya) və s. Bir nəfər xəstə özünü infeksiyadan mühafizə etmək məqsədi
ilə daima əlçəkdə gəzir, əl verməkdən imtina edir. Ən yaxın adamları ilə məcburən
görüşdükdən sonra, əlini dəfələrlə yuyub sonra sakitləşirdi.
Sarışan hərəkətlər zamanı xəstələr müxtəlif yersiz, bəzən gülünc hərəkətlər
edir. Məsələn, küçədəki maşınların nömrələrini əzbərləyir, hündür binaların
mərtəbələrini sayır, ağacların yaşıl yarpaqlarını qıraraq əzişdirir və s. Bəzən
xəstələr öz hərəkətləri üçün xəcalət çəkir. Biri onların hərəkətlərini gördükdə
bəraət qazandırıcı izahat verməyə cəhd göstərirlər.
İsterik sindrom. İsteroid xasiyyətə malik olan şəxslərdə psixi travmalarla
əlaqədar olaraq meydana çıxır. Bu sindrom müxtəlif kliniki formalarla təzahür edə
bilər (isterik tutmalar, Qanzer sindromu, psevdodemensiya, pueriliəm və s.) Bir-
birinə zidd istiqamətdə dəyişə bilən parlaq emosional reaksiyalarla ifadə olunan
əlamətlərlə özünü büruzə verir. Xəstəliklərin davranış və rəftarında qeyri-təbii
hərəkətlərlə zəngin olan eqosentrizm - ətraf adamların nəzər diqqətini cəlb etməsi
xasiyyəti qabarıq şəkildə ifadə olunur. Belə şəxslərin danışıq tərzi, səsin
intonasiyası və işlətdiyi sözlərin məzmunu (çox vaxt uydurmalar, şişirtmələr) nəzər
- 9 -
diqqəti cəlb edir. Ətrafdakı adamları inandırmaq, onları özləri ilə həmfikir etmək
məqsədilə bəzən ucadan qışqırmaq, göz yaşı axıtmaq, qab-qacağı sındırmaq, yaxud
özünə xəsarət yetirmək belə xəstələrin adi davranış tərzi kimi qeyd olunur.
Affektiv epizodlardan sonra bəzən xəstələrdə funksional xarakterli, geri dönən
parez və ifliclər, korluq, karlıq, lallıq kimi əlamətlər müşahidə olunur.
İsterik sindromun kliniki variantlarından aşağıdakıları görmək olar: isterik
tutma, hər-hansı bir psixi qıcıqla əlaqədar olaraq xəstə əsəbiləşir, sonra yıxılır, həm
də özünə xəsarət yetirmədən, münasib yerə, sonra müxtəlif xaotik hərəkətlər edir,
əcayib səslər çıxarır, ritmik olaraq əlini-ayağını, bəzən başını döşəməyə çırpır,
sifətini, bədəninin müxtəlif nahiyələrini cırmaqlayır, hönkürtü ilə ucadan ağlayır,
saçını yolur və s.
İsteriya sindromunun xarakter əlamətlərindən biri də isteriya cəngolma
tutmasıdır. Belə tutma zamanı xəstə əzələlərini qıcıqdaraq başı ilə dabanları üstə
dayanmaqla bütün bədənini qıvsvarı şəkildə havaya qaldırır (isteriya qövsü).
Epilepsiya tutmasından fərqli olaraq müəyyən ardıcıllıqla cərəyan edən tonik və
klonik cəngolma əlamətləri olmur. Xəstənin düşüncəsi pozulmur. Tutma nisbətən
uzun -20-30 dəq., bəzən daha çox çəkir. Tutma zamanı xəstələrə diqqətlə
yanaşmaq, qayğıkeşlik göstərmək, tutmanın müddətini daha da uzada bilər. Bunu
nəzər alan təcrübəli həkim xəstənin hərəkətlərinə əhəmiyyət vermir, əksinə ona
acıqlanma, təmbeh etməklə tutmanı tez bir zamanda dayandıra bilir.
Qanzer sindromu. Reaktiv psixozlar zamanı rast gəlinən primitiv müdafiə
reaksiyasıdır. Düşüncənin isterik (funksional) alaqaranlıq şəkildə pozulması
halıdır. Güclü psixi travma nəticəsində baş verir və adətən, bir neçə gün davam
edir. Xəstələr veilən suallara səhv (şox vaxt yanlış) cavab verirlər. Davranışları
bayağı və gülünc olur. Məsələn, şalvarı tərsinə geyir, papirosu tütün olan tərəfdən
ağzına qoyub, müştuq tərəfini yandırırlar və s. Mühütə bələdliyi pozulur öz
halından sonra amneziya qeyd olunur.
Puerilizm – Qanzer sindromu kimi psixi travmalar nəticəsində meydana çıxır,
lakin ondan fərqli olaraq ən çox qadınlarda müşahidə edilir. Xəstələr özlərini az
yaşlı uşaqlar kimi aparırlar. Məsələn, yaşlı qadın kukla ilə oynayır, kiçik uşaq kimi
danışır, yaşca özündən kiçik adamlara “dayı”,”əmi”, “xala” deyə müraciət edir və
s. Adətən, uzun sürmür, lakin bəzən həftələrlə davam edə bilir.
İsterik stupor nitqin tormozlanması, hərəkətsizlik, bir sıra hallarda isə yalançı
ağıl zəifliyi əlamətləri ilə özünü büruzə verir. Reaktiv psixozlarda özünümüdafiə
reaksiyasının bir forması kimi meydana çıxır. İsterik sindromun müalicəyə çətin
tabe olan və uzun sürən formalarındandır.
İpoxondrik sindrom əsassız olaraq özünü xəstə hesab etmək, müxtəlif
orqanlarda ağrıların və digər pataloji halların olmasından şikayətlənmək kimi
əlamətlərlə təzahür edir. Xəstələr müxtəlif ixtisas həkimlərinə müraciət edərək
- 10 -
mövcud olmayan xəstəliklərin tapılmasını tələb edirlər. Belə xəstələr bəzən cərrahi
müdaxilə etdirərək orqanlardakı “çatışmazlığı” ləğv etməyə çalışırlar. Bu sindrom
nevrozlarda, mərkəzi sinir sisteminin orqanik xəstəliklərində, şizofreniyanın bəzi
kliniki variantlarında rast gəlinir.
Emosional (affektiv) sindromlar
Maniakal sindrom əhvali-ruhiyyənin səbəbsiz yüksəlməsi, fəaliyyətin və
təfəkkürün (nitqin) sürətlənməsi ilə xarakterizə olunan haldır.Xəstələr özlərini çox
şən və çevik aparırlar. Müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir sıra hallarda
maniakal sindrom özünüböyütmə ideyaları ilə birlikdə müşahidə olunur. Xəstələr
özlərini güclü, istedadlı adamlar kimi qələmə verir. Lakin onların hərəkətlərində
məqsədəuyğunluq, ardıcıllıq olmur, müxtəlif yersiz, mənasız tələblər irəli
sürürlər.Yerinə yetirilmədikdə qəzəblənirlər (qəzəbli maniya).
Maniakal sindrom MDP-nin maniakal fazasında və dövri (sirkulyar) psixozda,
bəzən isə toksik hallarda əlaqədar meydana çıxa bilər.
Depressiv sindrom maniakalsindromun əksinə olan əlamətlərlə: fəaliyyətin
enməsi, hərəkətlərin və nitqin tormozlanması ilə xarakterizə olunur. Xəstələr bütün
günü qəmgin halda başlarını aşağı dikərək çarpayıda oturur.Ətraf mühitdə olan
əşyalar solğun, adamlar məyus görünür.
Stupor (donuqluq) vəziyyətində olan xəstələrdən fərqli olaraq belə xəstələrlə
kontakt yaratmaq mümkün olur. Lakin suallara ləng, asta və yekcinc səslə cavab
verirlər. Depressiya vəziyyətində olan xəstələr bəzən özünü kiçiltmə, izləmə və
müflücləşmə sayaqlamaları söyləyirlər. Bəzən isə narahat, həyəcanlı olurlar (ajitəli
depressiya). Özünə qəsd etmə fikirləri olarsa, xəstələrə nəzarəti gücləndirmək tələb
olunur.
Depressiv sindrom əsasən MDP-nin depressiya fazasında qocalıqönü
psixozlarda və reaktiv hallarda rast gəlinir.
Apatiya sindromu – tam laqeydlik, fəaliyyətsizlik, bütün istək və arzuların
yoxluğu ilə xarakterizə olunur. Xəstələr bütün günü çarpayıda uzanıb, gözlərini bir
nöqtəyə dikərək mənasız vaxt keçirir. Özlərinə adi gigiyenik xidmət etmək (əl-
üzünü yumaq, başını daramaq və s.) həvəsi olmur. Bu sindrom çox vaxt iradi
hərəkətlərin (fəaliyyətin bütün formalarının) tormozlanması ilə birlikdə müşahidə
olunur (apato-abulik sindrom). Şizofreniyanın son dövrü üçün xarakterikdir.
Paranoud (sayıqlama) və hallüsinator.
Paranoid sindromlar
Paranoyal sindrom – aydın düşüncə fonunda meydana çıxan, emosional
boyalarla zəngin. əsasən məişət mövzularını əks etdirən sayıqlama ideyalarıdır. Bu
sindromun xarakter cəhətlərindən biri hallüsinasiyaların və psixi avtomatizmin
olmamasıdır. Bu sindrom kəskin və xronik olmaqla iki formada rast gəlinir:
- 11 -
a)kəskin paranoyal sindrom tutma şəklində, qəflətən baş verir. Qısa müddət davam
edir və nəzərə çarpan kobud iz qoymadan keçib gedir. Şubvarı şizofreniya zamanı
rast gəlinir; b)xronik variant isə tədricən şiddətlənərək uzun müddət davam edir.
Şəxsiyyətin dəyişməsi əlamətləri ilə müşayiət olunur. Şizofreniyada, beyinin
orqanik və damar pozuntularında rast gəlinir.
Hallüsinator-paranoud
sindrom,
eyni
zamanda
meydana
çıxan,
hallüsinasiyalardan və sayıqlama ideyalarından ibarət olan bu sindrom həm
müstəqil, həm də psixi avtomatizm (Kandinski-Klerambo) sindromu formasında
rast gəlinir. Bir-birilə əlaqədar olan yalançı hallüsinasiyalar, təqib (və ya təsir)
sayıqlamaları, xəstənin iradə və fikirlərinin başqasına mənsub olması əlamətlərinin
birlikdə rast gəlməsi psixi avtomatizm sindromu adlanır. Onu ilk dəfə təsvir edən
rus alimi B.X.Kandinskinin (1880) və fransız alimi Klerambonun (1920) şərəfinə
Kandinski-Klerambo sindromu adlanır. Bu sindromun xarakter cəhətlərindən biri
də xəstələrin dediyinə görə fikirlərinin başqasına mənsub olması və kənar qüvvə
tərəfindən idarə olunmalarıdır. Xəstələr özlərini tez-tez avtomata, robota
bənzədirlər, fikirlərinin yadlaşmasını hərəkətlərinin avtomatik olaraq cərəyan
etməsini söyləyirlər. Xəstələr bəzən fikirlərinin hamıya bəlli olmasından
(“aşkarlıq” əlaməti), fikirlərin çoxluğundan və ya axmasından (mentizm) şikayət
edirlər. Bir xəstə söyləyirdi ki, kənardan elektron qurğusu vasitəsilə idarə olunan
robotdur. Onları istənilən vaxt gülüb-ağlamağa və qışqırıb-bağırmağa vadar edə
bilirlər. Psixi avtomatizm sindromu əsas etibarilə şizofreniyada, tək-tək hallarda isə
intoksikasion, somatik və orqanik psixozlarda, epilepsiya zamanı təsadüf olunur.
Parafren sindrom sistemləşmiş, fantastik məzmunlu təqib və təsir sayıqlama
ideyalarının, psevdohallüsinasiyaların və psixi avtomatizm əlamətlərinin birlikdə
təsadüf olunmasından ibarətdir.Xəstələr özünü qeyri-adi istedada, qüvvəyə malik
şəxs hesab edirlər. Böyük səlahiyyət sahibi olduqlarını qeyd edurlər. Bir xəstə
özünü eyni zamanda bütün dünyanın baş hakimi, bütün akademiyaların prezidenti,
bütün orduların komandanı kimi qələmə verir. Lomonosovun oğlu olduğunu
söyləyirdi. Yaxın günlərdə ayla-yeri birləşdirib bir neçə yeni ölkələr yaradıcığını
deyirdi. Parafreniya sindromu kəskin və xronik formalarda meydana çıxa bilər.
A.B.Snajnevskiyə görə parafen sindrom pranoyal, hallüsinator-paranoid (psixi-
avtomatizm) sindromlarının inkişafı kimi meydan çıxan, ümumi patogenezə malik
vahid psixopatoloji prosesdir. Hallüsinasiyalara (psevdohallüsinayalara) nisbətən
sayıqlamaların üstünlük təşkil etməsi psixi fəaliyyətin daha kəskin pozulmasını
göstərir.Parafreniya sindromu şizofreniya xəstəliyinin müstəqil kliniki variantı,
bəzən isə xəstəliyin inkişafının müəyyən mərhələsi kimi rast gəlinir. Bu əlamət
qocalıq psixozlarında da (beyin aterosklerozu) təsadüf olunur.
Kotar sindromu ipoxindrik, nigilistik (inkar) sayıqlamaların və depressiv
əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt
- 12 -
ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar
nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir
və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə
tox olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını
söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın
suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili
orqanlarının yoxluğundan, beyinin çürüməsindən şikayətlənir, yüz illər belə ağır
vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom əsasən qocalıq psixozlarında rast
gəlinir.
Katatonik sindromlar
Katatonik oyanma sindromu səbəbsiz, məntiqsiz və pərakəndə (bəzən
stereotip) formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan
oyanma halına deyilir. Xəstənin xarici görünüşü qeyri-təbii, yöndəmsiz, nitqi isə
anlaşılmaz olur. Hər şeyi əksinə etmək- neqativlik qeyd olunur. Məsələn, xəstəyə
üst paltarını geyinməyi təklif etdikdə alt paltarını soyunur, utancaqlıq hissi itmiş
olur. Hamının gözü qarşısında çılpaq dayanıır, bəzən hətta ananizmlə məşğul olur.
Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər
şəklində təzahür edir. Bəzən isə yersiz və gülünc formada meydana çıxır. Buna
kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız hırıldayır, sifətlərini gülünc
vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr izolə
olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə ətrafdakılara xəsarət
yetirər, qapı-pəncərəni sındıra bilərlər.
Katatonik stupor. Hərəkətlərn və nitqin tormozlanması ilə təzahür edən bu
sindrom ya katotonik oyanmadan sonra, ya da müstəqil olaraq meydana çıxır. Bu
halı keçirən xəstələr saatlarla hər hansı bir vəziyyətdə donub qalır, məcburi belə
onları yerindən tərpətmək mümkün olmur. Onlar qolunu və qıçlarını qarınlarına
yığaraq (çömbəlmiş vəziyyətdə) bir küncdə otururlar və ya yataqda uzanırlar. Buna
embrional vəziyyət deyilir. Hava balıncı əlaməti zamanı xəstə başını balıncdan bir
qədər aralı saxlayaraq saatlarla bu vəziyyətdə qalır. Bir ayağını və qolunu yuxarı
qaldırıb, başını yana əyərək belə yöndəmsiz vəziyyətdə xeyli müddət dayana
bilirlər. Buna katalepsiya (mumabənzər gərginlik) deyilir. Bəzən xəstələrə heç bir
vəchlə hər hansı bir hərəkəti etdirmək mümkün olmur. Xəstə əks müqavimət
göstərir (neqativizm əlaməti).
Katatonik sindromlar əksər təsadüflərdə bir sıra məhsuldar psixopatoloji
əlamətlərlə birlikdə rast gəlinir. Aydın düşüncə fonunda hallüsinasiyalar və
sayıqlamalarla müşayiət olunan katatoniya sindromu yaman gedişə malik
şizofreniyanın bir forması kimi rast gəlinir (Lüsid katatoniya). Emosional
gərginliklə ifadə olunan hallüsinasiyalar, sayıqlamalarla və düşüncənin oneyroid
- 13 -
vəziyyətdə pozulması ilə müşahidə olunan katatonik sindrom xoşxassəli gedişə
malik şizofreniya üçün xarakterikdir. (Oneyroid katatoniya).
Hebefrenik sindrom. Əhvali-ruhiyyənin səbəbsiz, məzmunsuz, yüksəlməsi
fonunda nitqin və davranış hərəkətlərinin oyanıqlığı ilə müşayiət olunan psixi
pozuntulardır. Xəstənin hərəkətləri gülünc və cəfəng (yöndəmsiz) olur. Müxtəlif
təfəkkür pozuntuları, nitqin qırıqlığı, şəxsiyyətin enməsi əlamətləri bu sindromun
ağırlıq dərəcəsini göstərir. Hebefrenik sindrom əsasən gənc yaşlarda başlayan
bədxassəli şizofreniyada rast gəlinir. Nadir hallarda epizodik olaraq müxtəlif
zəhərlənmələrdə - intoksikasion və reaktiv psixozlarda da rast gəlinir.
Düşüncə pozuntusu sindromları
Depersonalizasiya –derealizasiya sindromu. Özünü dərk etmənin pozulması
depersonalisaziya, xarici mühitə qarşı dərk etmənin pozulması (ətraf mühitin
düzgün dərk edilməməsi) isə derealizasiya adlanır. Bir sıra psixi xəstəliklər
nəticəsində meydana çıxan bu əlamətlər əksər hallarda birlikdə təsadüf edilir.
Depersonalizasiya və ya özünü dərketmənin pozulması şəxsiyyətin ikiləşməsi və
ya tamamilə inkar edilməsi formasında ola bilər. Məsələn, Səməndər adlı bir xəstə
söhbət zamanı onun həm Səməndər, həm də Arif olduğunu söyləyir və qeyd edirdi
ki, Arif Səməndərin bütün hərəkətlərinə nəzarət edir. Bəzən də o, fikirlərinin,
hissiyyatının və hərəkətlərinin ona məxsus olmadığını israr edir. Depersonalizasiya
zamanı xəstə bəzən yaxşı tanıdığı küçəni və ya adamları tanımadığını söyləyir.
Bəzən isə hadisələrin çox sürətlə cərəyan etdiyini (vaxtın sürətlənməsini) və ya
əksinə onun tam hərəkətsizliyini qeyd edir. Məsələn, gündüzü gecədən ayıra
bilmir, ətrafdakı adamların hamısını bir sifətdə, bir boyda qavrayır.
Depersonalzasiya və derealizasiya sindromu müxtəlif emosional pozuntularla
müşayiət olunur. Kədər, qorxu və ya bütün hissiyyatların sönməsi kimi əlamətlər
qeyd edilir. Bu sindrom şizofreniyada (süst gedişli fasiləsiz formada) MDP-nin
depressiv fazasında, epilepsiya xəstəliyində, mərkəzi sinir sisteminin orqanik
pozuntularında, nadir hallarda isə psixopatiyalar zamanı rast gəlinir.
Şəxsiyyətin dəyişməsi sindromları
Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, ictimai məzmun kəsb edən, tarixi inkişafın
məhsulu olan konkret adam nəzərdə tutulur. Hər bir şəxsiyyətin özünəməxsus
təfəkkürü, dünyagörüşü, xasiyyəti, hissiyyatı, iş görmə qabiliyyəti, cəmiyyətdə, o
cümlədən dostları, iş yoldaşları yanında fərdi, təkrarolunmaz xüsusiyyətləri vardır.
Şəxsiyyətin formalaşması ictimai mühitdə, yəni təhsil, əmək fəaliyyəti, mədəni
səviyyəsinin inkişafı proseslərində baş verir. Şəxsiyyətin ən xarakter cəhətlərindən
biri onun mənəvi keyfiyyətləridir. Şəxsiyyətin inkişafında sinir sisteminin
tiplərinin, temperamentin, ümumi psixi sağlamlığın böyük əhəmiyyəti olduğunu
qeyd etmək lazımdır.
- 14 -
Şəxsiyyətə tibbi baxımdan yanaşarkən, göstərilənlərlə yanaşı onun sağlamlığına
mane olan cəhətləri, yaş xüsusiyyətlərini və bir sıra başqa amilləri nəzərə almaq
lazımdır. Şəxsi keyfiyyətlərin düzgün qiymətləndirilməsinin tibbi təcrübədə böyük
əhəmiyyəti vardır. Bunu nəzərə almadıqda həkim səhvə yol verər, müalicə
prosesinə yardım etmək əvəzinə əksinə mənfi təsir edə bilər. Həkim hər bir xəstəni
müalicə edərkən unutmamalıdır ki, o, xəstəliklə deyil, özünəməxsus tərzdə
xəstəliyi keçirən konkret şəxslə təmasda olur. Məşhur rus psixiatrı
prof.B.P.Serbskinin dediyi bu sözlər nəinki psixiatrlar, psixoterapevtlər, həmçinin
digər ixtisas üzrə çalışan həkimlər üçün də örnək olmalıdır.
Psixi xəstəliklərlə əlaqədar olaraq şəxsiyyətin dinamiki xarakterli dəyişməsinə
səbəb olan xüsusiyyətlərdə: emosiyalar, intellektual və davranış qaydalarının
pozulmasında özünü büruzə verir.
Aşağıda təsvir olunan sindromlar psixopatologiyanın ağırlığı dərəcəsinə görə
verilmişdir.
1.Şəxsiyyətin ixtilafı (disharmoniyası) psixi xəstəlik nəticəsində meydana
çıxan şizoid tipli pozuntulardan ibarət əlamətlərlə təzahür edir. Emosional
reaksiyaların, davranışın, hərəkətlərin məqsədyönlü olmaması, şəxsin tələbinə
cavab verməyən təfəkkür və fəaliyyət yaxın adamlara, iş yoldaçlarına münasibətin,
həssaslığın pozulması kimi əlamətlərlə xarakterizə olunur. Xəstələrdə müxtəlif
qıcıqlara qarşı həssaslığın yüksəlməsi ilə yanaşı maraq dairəsi daralır.Ətrafdakı
adamlara qarşı laqeydlik, səbəbsiz əhvalın enməsi ilə yanaşı onun eyforik tipli
yüksəlməsi, lüzumsuz olaraq az tanıdığı adamlarla şit zarafatlar etmək, utancaqlıq
hissinin azalması kimi əlamətlərlə təzahür edir.
2.Psixi enerji potensialının enməsi. İntellektual aktivliyin və əmək
qabiliyyətinin enməsi, əvvəllər həmin şəxsə məxsus olan bacarıq və işgüzarlığın
kəskin azalması ilə xarakterizə olunur. Yuxarıda təsvir olunan sindrom kimi bu da
şizofreniya xəstəliyində təsadüf olunur. Tədricən dərinləşərək şəxsiyyətin enməsi
sindromu ilə əvəz edilir.
3.Şəxsiyyətin geriyə inkişafı (deqradasiyası).Bəzi psixi xəstəliklər zamanı
meydana çıxan bu sindromun müxtəlif kliniki variantları vardır. Bir sıra hallarda
laqeydlik, emosional kövrəklik, özünə tənqidi yanaşmamaq, intim münasibətlərdə
utancaqlıq hissinin itməsi ilə özünü büruzə verir. Bəzən isə səbəbsiz əsəbiləşmək,
qaraqışqırıq salmaq, ətrafdakı adamlara, qohum-əqrabay, ailə üzvlərinə qarşı
kobudluq etmək kimi əlamətlər nəzərə çarpır.
Alkoqolizmlə əlaqədar meydana çıxan şəxsiyyətin enməsi sindromu
özünəməxsus spesifik əlamətlərlə diqqəti cəlb edir. Belə şəxslər mənasız, şit
zarafatlar edir, məsuliyyət hissini itirir, yalan danışır, öz evinin əşyalarını
oğurlayaraq hansı qiymətə olursa olsun satır və s.
- 15 -
Şəxsiyyətin
enməsinin
bütün variantları üçün ali hisslərin (əxlaqi
keyfiyyətlərin), marağın, əmək qabiliyyətinin və özünütənqidin azalması əsas
əlamətlərdəndir.
4.Şəxsiyyətin tənəzzülü və ya marazm bir sıra psixi xəstəliklərin son
mərhələsini təşkil edən kobud, neqativ əlamətlərdən olub şəxsi keyfiyyətlərin
əsaslı olaraq pozulmasıdır. Bu zaman xəstələrin bütün maraqları sönür, insani
keyfiyyətləri, instintiv (heyvani) tələbatlarla əvəz olunur. Xəstə hər nə gəldi yeyir,
doymaq bilmir (polifargiya), utancaqlıq hissi olmur, seksual tələbat etik
normalardan kənara çıxır, xəstə ən adi gigiyenik qaydalara belə əməl
etmir.Tədricən ağır fiziki çatışmazlıqlar: bədən çəkisinin azalması, distrofik yaralar
və s. bu kimi pozuntular meydana çıxır.
5.Korsakov (amnestik) sindromu – hazırda baş verən hadisələrin yadda
qalmaması (unudulması) ilə yanaşı müşahidə olunan özünü və mühiti dərk etmənin
pozulmasıdır. Xəstə bir neçə dəqiqə bundan əvvəl baş vermiş hadisəni, görüşdüyü
adamı dərhal unudur, eyni adamlarla dəfələrlə salamlaşır, hər dəfə də onları yeni
adamlar kimi qəbul edir. Bunlarla yanaşı həmin adam xəstəliyə qədər baş vermiş
hadisələri olduğu kimi xatırlayır, intellektual qabiliyyət pozulmur. Bir sıra hallarda
xəstələrdə paramneziyalar (psevdoreminissensiya, konfabulyasiya) müşahidə
olunur. Xəstələrin ümumi vəziyyəti nəzər diqqəti cəlb edir: həddindən artıq
yorğun, halsız görünən, qıcığa qarşı həssas, bəzən isə əhvalı tez-tez dəyişən eyforik
vəziyyət qeyd edilir. Sindrom ilk dəfə onu təsvir edən alimin – S.S.Korsakovun
(1189) adını daşıyır. Əsasən alkoqol psixozlarında, bəzi hallarda isə beynin
orqanik xəstəliklərində təsadüf edilir.
Dostları ilə paylaş: |