Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev



Yüklə 178,34 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü178,34 Kb.
#7609

 

Fənn: Klinik psixologiya            



Müəllim:  Dos.N.Z.Çələbiyev 

Mövzu 4. Psixogigiyena və psixoprofilaktikanın  tibbi-psixoloji əsasları 

 

    Plan: 

1.

 



Psixi xəstələrin müayinə metodları haqqında anlayış.  

2.

 



Kliniki və eksperimental -psixoloji müayinə. 

3.

 



İnstrumental və rentgenoloji müayinə üsulları. 

4.

 



laborator və patoloji-anatomik müayinə. 

5. Genetik və epidemioloji metod. 



 

Ədəbiyyat. 

1.

 



 Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” 

nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik) 



2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич 

В.Д. 


Клиническая 

и 

медицинская 



психология. 

Практическое руководство.M., 1998. 

 

    Psixogigiyena psixi sağlamlığın qorunması məsələləri ilə məşğul olan elm olub 



ümumi gigiyenanın mühüm bir sahəsini təşkil edir. Insanın sağlamlığı yalnız təbii 

və fiziki amillərlə deyil, eyni zamanda ictimai amillərlə də bağlıdır. Hər bir şəxsin 

rifah  halının,  o  cümlədən  mənzil  şəraitinin,  istirahətinin,  maddi  vəziyyətinin 

yaxşılaşdırılmasına  yönəldilən  tədbirlər  eyni  zamanda  psixi  sağlamlığın 

möhkəmləndirilməsinə  xidmət  edir.  Psixogigiyenanın  tibbi  psixologiya, 

pedaqogika, ictimaiyyət, əmək terapiyası və psixoterapiya ilə sıx əlaqəsi vardır. 



 

      Vətəndaşların  rifah  halının,  o  cümlədən  mənzil  şəraitinin,  istirahətinin 



yaxşılaşdırılmasına yönəldilən bütün tədbirlər, eyni zamanda psixi sağlamlıq üçün 

görülən  tədbirlərdir.  Hələ  XIX  əsrin  axırlarında  məşhur  rus  psixonevroloqu 

B.M.Bexterev əhalinin maddi vəziyyəti ilə psixi sağlamlığı arasında birbaşa əlaqə 

olduğunu qeyd etmişdir. 

        Ölkəmizdə  psixogigiyena  tədbirlərinin  hazırlanması  və  onların  həyata 

keçirilməsində  səhiyyə  orqanları  ilə  yanaşı  bir  çox  digər  təşkilatlarda  yaxından 

iştirak edir.  

          Somatik  xəstəliklərin  meydana  çıxmasında  psixi  sağlamlığın  rolu 

unudulmamalıdır.  Ürək-damar,  endokrin,  mədə-bağırsaq  sistemi  xəstəliklərində 

əsəb sisteminə mənfi təsir göstərərək psixi sağlamlığın pozulmasına gətirib çıxarır. 

Bunlara yolxucu xəstəlikləri, alkoqolizmi və narkomaniyanı misal göstərmək olar. 

“Sağlam  ruh  sağlam  bədəndə  olar”  deyən  ata-bablarımız  məhz  bunu  nəzərdə 

tutmuşlar. Ümumi gigiyena, əmək və məişət şəraitinin yaxşılaşdırılması, istirahətin 

düzgün  təşkili,  idman  tədbirləri,  alkoqolizm,  narkomaniyalar  və  zöhrəvi 

xəstəliklərlə mübarizə ilə yanaşı zehni əməyin gigiyenası da nəzərdə tutulur. Belə 

ki, şagird və tələbələrin, əqli əməklə məşğul olan alimlərin, qulluqçuların əmək və 

istirahət rejiminin düzgün təşkili psixogigiyena problemlərindəndir.  

      Psixogigiyena  tədbirlərinə  uşaq  ana  bətnində  olduğu  vaxtdan,  ananın 

sağlamlğının    qayğısına  qalmaqdan  başlanılmalıdır.  Hamilə  qadınların  gigiyenik 

qaydalara  dezgün  əməl  etməsinə,  qidalanma,  iş  və  istirahət  regiminə  ciddi  fikir 

verilməlidir. Ananı müxtəlif zərərli təsirlərdən, ilk növbədə, infeksiyalardan, psixi 

travmalardan,  alkoqol,  narkotik  maddələr  və  nikotinin  təsirindən  qorumaq 

lazımdır. 

      Uşaq  dünyaya  gəldiyi  ilk  günlərdən  gigiyenik  tədbirlərə  cavab  verən  sağlam 

mühitlə əhatə olunmalıdır. Körpəyə göstərilən qayğı və nəvaziş tərbiyəvi xarakter 

daşımalıdır. Uşağın ərköyün böyüməsi gələcəkdə xasiyyətin patologiyasına səbəb 

olan  amillərdəndir.  Onların  estetik  tərbiyəsi,  nizam-intizam  və  digər  tərbiyə 

elementlərini  başa  düşməsi  mühüm  şərtdir.  Uşağın  fiziki  əməklə,  idmanla  yanaşı 

müvafiq həcmdə zehni əməklə də məşğul olmasına şərait yaratmaq lazımdır. Bəzi 

balideynlər  övladlarını  həddindən  artıq  ağıllı,  mədəni,  bilikli  görmək  arzusu  ilə 

uşağın  məşğələlərə  cəlb  edirlər.  Bəzi  uşaq  öz  yoldaşları  ilə  oynamağa,  kifayət 

qədər yatmağa belə vaxt tapa bilmir. 



      Psixopofilaktika  ümumi  tibbi  profilaktikanın  bir  bölməsi  olub  psixi 

xəstəliklərin  qarşısının  alınması  məqsədilə  aparılan  tədbirlər  sistemidir.  Bir  sıra 

psixi  xəstəliklərin  xronik  fəzaya  keçməsinin  qarşısının  alınması  və  xəstələrin 

normal fəaliyyətinin bərpa olunması (reablitasiya – yenidənuyğunlaşma tədbirləri) 

psixoprofilaktikanın başlıca vəzifələrindəndir. 


 

       Son  illərdə  bir  sıra  psixi  (şizofreniya,  oliqofreniya,  epilepsiya)  meydana 



çıxmasında  irsi  amillərinin  rolunun  öyrənilməsi,  bu  sahədə  müəyyən  profilaktika 

tədbirlərinin  aparılmasına  imkan  vermişdir.  Bu  baxımdan  ailə  və  nigah 

məsləhətxanalarının,  psixonevroloji  disranserlərin,  müvafiq  elmi  laboratoriya  və 

institutların üzərinə mühüm vəzifələr düşür. 

      Psixoprofilaktika tədbirlərini apararkən yaş qrupları mütləq nəzərə alınmalıdır. 

Uşaqlar  və  gənclərlə  aparılan  tədbirlər,  yaşlı,  xüsusən  qocalarla  aparılan 

tədbirlərdən  fərqlənməlidir.  Hepantoloji  psixoprofilaktika  özünəməxsus,spesifik 

problemlərlə  əlaqədardır.  İnsanın  yaşla  əlaqədar  əmək  qabiliyyətinin  dəyişməsi, 

təqaüdə  çıxması  nəzərə  alınmalıdır.  Sosial  aktivliyin  azalması,  təqaüdə  çıxması 

nəzərə alınmalıdır. Sosial aktivliyin azalması, təqaüdə çıxmaq, müxtəlif adamlara 

başqa-başqa  təsir  göstərir.  Belə  ki,  bəzi  şəxslər  təqaüdə  çıxmağı,  əvvəlki 

vəzifəsindən və peşəsindən əl çəkməyi həyat təlatümü kimi qarşılayır. Bəziləri isə 

bunun fərqinə varmır. 

     Yaşa  dolmuş  şəxslərin  tək  qalması,  övladların  uzaqda  yaşaması  problematik 

məsələlərdəndir.  Tək  qalmış  qocalara,  qohum  və  yaxın  adamlarını  itirmiş 

adamlara. Ruhi xəstələrə, əmək qabiliyyətini itirənlərə ciddi qayğı göstərməli, ilk 

növbədə ictimai təşkilatlar tərəfindən sosial yardım olunmalıdır. 

      Əhali  arasında  aparılan  psixogigiyena  və  psixoprofilaktik  tədbirlər  əsas 

etibarilə  müəssisələri  tərəfindən  həyata  keçirilir.  Bu  işdə  səhiyyə  maarifinin. 

“Bilik” cəmiyyətinin. Həmkarlar ittifaqının və s. təşkilatların işləri təqdirəlayiqdir. 

       Elmi-texniki  tərəqqi  ilə  əlaqədar  olaraq  meydana  çıxan  problemlərin  düzgün 

həlli  psixi  fəaliyyətin  dözümlü  olmasından  çox  asılıdır.  Harmonik  inkişaf 

nəticəsində  yüksək  dözümlülük  əldə  etməklə  hər  bir  çətinliyə,  o  cümlədən  psixi 

sarsıntıları  dəf  etməyə  qadir  olan,  psixi  sağlam  şəxsiyyət  yetişdirmək 

psixogigiyenanın  başlıca  vəzifəsidir.  Psixogigiyena  tədbirlərinin  təşkilində 

xasiyyətin,  əməyin,  istirahətin.  O  cümlədən  ailə  həyatının  xüsusiyyətləri  nəzərə 

alınmalıdır. 

       Təhsil  prosesində  olan  qüsur  uşağın  şəxsiyyət  kimi  formalaşmasında  dərin 

neqativ izlər buraxa bilər. Keçid dövrü adlandırılan yeniyetmə yaşları (12-14 yaş) 

bioloji  və  psixoloji  baxımdan  özünəməxsus  xüsusiyyətlərə,  çətinliklərə  malikdir. 

Yeniyetmə artıq valideyn və müəllimlərin bütün təlimatlarını tələb olunduğu kimi 

yerinə  yetirən  uşaq  deyil,  eyni  zamanda  o,  yetkin  şəxsiyyət  də  deyil.  Onun  artıq 

əhatəsində  olduğu  həyatın  bütün  sahələrinə  aid  öz  baxışı,  mühakimələri 

mövcuddur. Bu təfəkkür durumu ancaq təəssüratların təsiri altında yaranmır. Həm 

də yaddaş obrazları, təsəvvür və məzmun keyfiyyətləri ilə əlaqədardır. 

          Gənclik  dövrünün  psixoloji  məsələlərindən  bəhs  etməzdən  əvvəl  onu  qeyd 

etmək  lazımdır  ki,  bu  yaş  dövrünün  nə  vaxt  başlanması  haqqında  qəti  göstəriş 

yoxdur.  Bir  çox  alimlər  17-21  yaşları  gənclik  dövrü  hesab  edir,  lakin  bir  çoxları 



 

15-16 yaşları yeniyetməlik dövrünün sonu və ilk gənclik dövrünün başlanğıcı kimi 



qəbul edir. Qeyd edək ki, bu mülahizələr şərtdir və qəti kriterilə əsaslanmır. 

    Yeniyetmə    dövründən  fərqli  olaraq  gənclik  dövrü  ictimai  düşüncənin,  ictimai 

özünüdərketmənin  formalaşdığı  dövrdür.  Bu  yaşlarda  fərdin  ictimai  fəaliyyətə 

xüsusi  maraq  göstərməsi  diqqəti  cəlb  edir.  Şəxsin  sərbəst  fəaliyyətə,  müstəqil 

həyata meyli güclənir və o, vətəndaşlıq hüququ əldə etməyə, fərdi xüsusiyyətlərini 

nümayiş  etdirməyə  can  atır.  Gənc  müəyyən  mənada,  ailə  ənənələrindən,  daha 

doğrusu, hamilik hisslərindən uzaqlaşmağa, şəxsi təəssüratlarının, dünyagörüşünün 

hakim  olmasına  can  atır.  Təsəvvür  edir  ki,  o,  artıq  tam  müstəqil  hərəkət  etmək 

üçün  kifayət  qədər  təcrübəyə  malikdir  və  kənar  yardıma  ehtiyacı  yoxdur. 

Məşğuliyyətindən asılı olmayaraq gəncliyin özünəməxsus cəhətləri vardır. Belə ki, 

tələbə  gəncin  həyat  tərzi,  təfəkkürü,  istehsalatda  və  ya  ticarət  sahəsində  çalışan 

gəncdən fərqlənir. Öz peşəsindən narazı olan, hər gün sevmədiyi işlə məşğul olan 

adam  xüsusi  bir  narahatlıq,  yeknəsəklik  hiss  edir.  Başqa  sözlə,  onda 

qənaətlənməmək  kompleksi  yaranır.  Bu  da  öz  növbəsində  şəxsin  psixi 

fəaliyyətində özünü göstərir. 

      Psixogigiyenanın  qarşısında  duran  problemlərdən  biri  də  insanların  ailə 

həyatıdır.  Ailə,  onun  üzvləri  arasında  (ərlə  arvad,  valideynlər  və  uşaqlar, 

qohumlar)  özünəməxsus  qarşılıqlı  münasibətlər  yaradılmasının  tələb  edən 

cəmiyyətin ilkin özəyi sayılan bir qurumdur. Ailənin yaşadığı yer, məişət qayğıları 

ümumi  olsa da,  burada  xüsusi  cəhətlər  də  çoxdur.  Məsələn,  hər  bir  ailə  üzvünün 

istifadə  etdiyi  geyim,  əşyalar  və  s.,  ailədə  mövcud  olan  ab-hava,  valideynlərin 

nəzarəti,  adət-ənənələrə  əməl  olunması  və  ailənin  normal  psixoloji  şəraitdə 

yaşamasına  təsir  edən  amillərdir.  Ailə  üzvləri  arasında  qarşılıqlı  hörmət, 

böyüklərin  nəsihətinə  əməl  etmək,  lazım  gələrdə,  qarşılıqlı  güzəştlər  olduqda, 

həmin ailə uzun birgə yaşamaq qabiliyyətini özündə saxlayır. 

        Ailə  problemləri  içərisində  ən  mühüm  cəhətlərdən  biri  uşaqların  düzgün 

tərbiyələndirilməsidir. Belə bir fakt təbabətə yaxşı məlumdur ki, yarımçıq ailələrdə 

(valideynlərdən birinin olmaması) uşaqlar nevrozlara, şəxsiyyət pozuntularına daha 

tez-tez tutulurlar. Ailədaxili  münasibətlər, xüsusən birgəyaşayış normalarına əməl 

olunması həm uşaqların, həm də ailənin yaşlı üzvlərinin nəinki psixi, eyni zamanda 

fiziki  sağlamlığına  da  ciddi  təsir  göstərir.  Ailədə  xöşagələn  şərait  yaratmaq 

məqsədilə  ailə  üzvləri  arasında  ədalətli  iş  bölgüsü  olmalıdır.  Uşaqlar  ailənin 

zəhmətlə  əlaqədar  bəzi  vəzifələrinin  yerinə  yetirilməsində  iştirak  etməlidir.  Bu 

kənd  yerlərində  yaşayanlar,  həyətyanı  torpaq  sahələri  olan  ailələr  üçün  daha 

vacibdir. 

      Ailə  üzvlərinin  hər  hansı  birinin  narazılığının  ailə  başçısının  diqqətindən 

yayınmaması, məsələnin ədalətli həll edilməsi gələcəkdə belə halların qarşısını alır 


 

və ailə üzvləri arasında qarşılıqlı hörmətə səbəb olur. Onların hər birini lüzumsuz  



psixoloji gərginlikdən azad edir. 

     Nikahın  psixogigiyenasının  başlıca  məqsədi  sağlam  ailə  yaratmaqdır.  Ərlə 

arvad  arasında  yaranan  yaxşı  münasibət,  qarşılıqlı  hörmət,  ətrafda  və  ailədə  baş 

verən hadisələrə baxışın oxşarlığı, bir-birinə qayğı və güzəşt, intim münasibətlərin 

harmonik  xarakterli  olması  nikahın  möhkəmliyinə,  ailə  həyatının  xoşbəxtliyinə 

xidmət  edir.  Eyni  zamanda  qeyd  etməliyik  ki,  son  illərin  statistikası  başanma 

hallarının  artdığını  göstərir.  Nikahın  pozulması  alkoqolizmin,  cinayətyönümlü 

hərəkətlərin  artmasına,  uşaqların  tərbiyəsinin  pozulması  alkoqolizmin, 

cinayətyönümlü  hərəkətlərin  artmasına,  uşaqların  tərbiyəsinin  pozulmasına  şərait 

yaradır. 

      Yaşlı  və  qoca  şəxslərin  psixogigiyenası  xüsusi  əhəmiyyət  kəsb  edən  bir 

məsələdir. Məhz bu yaşlarda insanlar illərlə məşğul olduğu işindən ayrılır, təqaüdə 

çıxır, fəal həyat tərzindən uzaqlaşmalı olur. Həyat stereotipinin pozulması hər kəs 

tərəfindən bir cür qəbul edir. Xəstələnmə halları artır, ailədəki rolu zəifləyir, özünə 

yer  tapa  bilmir,  bütün  günü  özünü  kədər,  qüssə  məngənəsində  hiss  edir.  Bir  çox 

hallarda belə şəxslər həddindən artıq kövrək olub, ən cüzi təsirdən inciyir, özlərini 

köməksiz  və  məzlum  hiss  edirlər.  Yaşlı  şəxslərin  diqqətə,  köməyə  daha  çox 

ehtiyacı vardır. Onları yeni şəraitə uyğunlaşdırmaq üçün bir sıra tədbirlər görmək 

tələb olunur. Bir çoxları qocalığı hazırlıqlı qarşılayır. Məsələn, təqaüdə çıxarkən nə 

ilə  məşğul  olacağını  əvvəlcədən  müəyyən  edir.  Özü  üçün  sevimli  məşğuliyyət 

müəyyən  edir,  maliyyə  və  təsərrüfat    işlərini  əvvəlcədən  nizama  salır, 

sağlamlığının möhkəmlənməsi qayğısına qalır. 

 

        Psixoprofilaktikanın əsasları   

        Psixoprofilaktikanın  ümumi  profilaktikanın  bör  bölməsi  olub  psixi 

pozuntuların  qarşısının  alınması  problemləri  ilə  məşğul  olan  elm  sahəsidir.        

Psixoprofilaktikanın  əsasını  insan  və  onu  əhatə  edən  mühitin  öyrənilməsi  təşkil 

edir. Orqanizmdə gedən bütün proseslərə, o cümlədən psixi pozuntuların meydana 

çıxmasına  somatika  ilə  psixikanın  –  bədənlə  ruhun  vəhdətinin  pozulması  kimi 

baxmaq  lazımdır.  Sağlam  somatika  sağlam  psixika  üçün  başlıca  zəmin  olduğu 

kimi, sağlam ruh da sağlam bədənin rəhnidir. Əhval-ruhiyyəsi – emosional statusu 

yüksək  olan  adamlarda  somatik  xəstəliklər  asan  inkişaf  edə  bilir.  Ikinci  dünya 

müharibəsi dövründə (1941-1945-ci illər) –ekstremal şəraitdə insanların ağır həyat 

şəraitinə baxmayaraq somatik xəstəliklərin xeyli az olması faktdır. 

        Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  təklif  etdiyi  təsnifata  uyğun  olaraq 

birincili,  ikincili  və  üçüncülü  psixoprofilaktika  ayırd  edilir.  Birincili        

psixoprofilaktikaya  psixi  pozuntuların  qarşısının  alınması  tədbirləri  aiddir.  Bu  isə 

infeksiyalarla, travmalarla, psixogen təsirlərlə, psixi xəstəlikləri yaradan amillərlə, 


 

intoksikasiyalarla  mübarizə və  irsi  xəstəliklərin qarşısının  alınması  nəzərdə tutur. 



Unutmaq  lazım  deyil  ki, bir  çox  psixi  xəstəliklərin, o  cümlədən  irsi  çatışmazlıqla 

əlaqədar olan pozuntuların meydana çıxmasında iqtisadi, ekoloji və ictimai amillər 

mühüm əhəmiyyət kəsb edir. 

     Aparılmış  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  atom-elektrik 

stansiyalarının  istismarı,  çayların  təbii  istiqamətinin  dəyişdirilməsi,  müxtəlif 

tullantıların (ilk növbədə kimyəvi maddələrin) su hövzələrinə və çaylara axıdılması 

həm təbiətə, həm də insanların sağlamlığına ciddi ziyan gətirir. 

     Irsi  xəstəlikliklərin  öyrənilməsi  və  proqnozlaşdırılmasında  embriogenezin 

profilaktikası,  nikahın  gigiyenası,  ananın  zərərli  amillərdən  qorunmasının,  o 

cümlədən  alkoqolizm,  narkomanlıq,  toksiki  amillərin  profilaktikasının  böyük 

əhəmiyyəti  vardır.  Bu  baxımdan  hamilə  qadınların  ağır  fiziki  əməyə  cəlb 

edilməməsi, psixi travmalardan uzaq olmasının da əhəmiyyəti çoxdur. Bu dövrdə 

qadının  istirahət,  əmək  və  qidalanma  rejiminə  xüsusi  fikir  verilməlidir.  Uşaq 

doğulduğu  gündən  etibarən  onun  sağlamlığı  qayğısına  qalmalı,  vaxtında  inkişaf 

anomaliyaları  aşkar  edilməli,  lazım  gələrsə  müalicə-profilaktika  tədbirləri 

görülməlidir. 

       Uşağın düzgün qidalanması, tərbiyəsi, təmizliyi qayğısına qalınması, inkişafın 

bütün  mərhələlərində  həkim  nəzarətinin  təmin  olunması  mühüm  şərtlərdəndir. 

Yoluxucu  uşaq  xəstəliklərinin  qarşısının  alınması,  bu  məqsədlə  vaxtlı-vaxtında 

profilaktik peyvəndlərin edilməsi diqqətdən yayınmamalıdır. Bütün bunlar uşağın 

normal fiziki və psixi inkişafını təmin edən vacib şərtlərdir. Nəzərə almaq lazımdır 

ki, bir çox funksional hallar, məsələn : baş ağrıları, ürək nahiyyəsində xoşagəlməz 

duyğular, mədə-bağırsaq sistemində müşahidə edilən pozuntular həmişə hər hansı 

bir  üzvün  ciddi  xəstəliyi  kimi  qəbul  edilməməlidir.  Yuxarıda  göstərilən  hallar 

bəzən  sağlam  şəxslərdə  ötəri  xarakterli  olub,  kiçik  bir  təsir  nəticəsində  meydana 

çıxa bilər. 

     Yorğunluq,  vaxtında  qidalanmamaq,  az  yatmaq  və  s.  Bu  kimi  amillər 

nəticəsində  meydana  çıxan  pozuntuların  mənşəyi  düzgün  qiymətləndirilməlidir. 

Belə hallarda həmin şəxslərə vaxtında məsləhət vermək, psixoterapevtik söhbətlər 

aparmaq  müsbət  nəticələr  verir  və  ciddi  psixosomatik  pozuntuların  meydana 

çıxmasının qarşısını alır. 

     Spirtli  içkilər  və  narkotik  maddələr  mərkəzi  sinir  sistemini  zədələyən  geniş 

yayılmış vasitələrdəndir. Yeniyetmə və gənc yaşlarda zərərli amillərə uymaq daha 

təhlükəlidir.  Məhz  bu  yaşlarda  asanlıqla  həmin  maddələrin  təsiri  altına  düşərək 

ruhi-əsəb  xəstəliklərinə  tutulmaq  mümkündür.  Gənclər  arasında  zərərli  vərdişlər 

əleyhinə  profilaktiki  tədbirlərin  aparılması  nəinki  təbabətin,  həm  də  təhsil 

müəssisələrinin, gənclər təşkilatının diqqət mərkəzində olmalıdır. 


 

      Son  illərdə  diqqəti  çəkən  problemlərdən  biri  özünə  süi-qəsd  hərəkətlərinin 



artmasıdır.  Belə  hallara  səbəb  olan  amillər  əvvəlcədən  öyrənməli,  araşdırmalı  və 

məqsədyönlü profilaktika tədbirləri aparılmalıdır. 

     İkincili    psixoprofilaktika  artıq  yaranmış  psixi  xəstəliyə  qarşı  aparılan 

tədbirlər sistemini nəzərdə tutur. Buraya erkən diaqnostika, proqnozlaşdırma, həyat 

üçün  təhlükə  yarada  biləcək  halların  qarşısının  alınması,  adekvat  müalicə 

üsullarının tətbiqi və keyfiyyətli remissiyaya  nail olunması aiddir. 

     Üçüncülü    psixoprofilaktika  arzuolunmaz  ictimai  nəticələrin  qarşısının 

alınmasına yönələn tədbirlər sistemidir.  Psixoprofilaktikanın bu formasının başlıca 

məqsədi  reabilitasiya  tədbirləri  həyata  keçirmək,  əlilliyin  qarşısının  alınması, 

xəstəliyin qalıq əlamətlərinin minimuma endirilməsi və s. tədbirlərdən ibarətdir. 

   Birincili    psixoprofilaktikada  başlıca  məqsəd  psixogigiyena,  psixososial 

tədbirlərdisə,  ikincili    psixoprofilaktikada  aparıcı  rol  müalicə  üsullarının 

(psixofarmakoteqariya,  bioloji  müalicə  üsulları)  üzərinə  düşür.  Üçüncülü 

psixoterapiyanın  başlıca  məqsədi  isə  reabilitasiya  və  yenidənuyğunlaşma 

tədbirləridir.  Ruhi-əsəb  xəstəliklərinin  təkrar  tutmalarının  qarşısının  alınmasında 

psixofarmakoloji  üsullarla  yanaşı  psixoterapiya  üsullarına  da  əhəmiyyət 

verilməlidir. Reabilitasiya tədbirlərinin səmərəli olmasında ailə üzvləri ilə ünsiyyət 

yaradılması, onlar arasına xoşagələn mikromühitin olması, xəstənin ictimai əməyə 

qoşulmasının  böyük  əhəmiyyəti  vardır.  Sübuta  yetirilmişdir  ki,  xəstəlik  keçirən 

şəxslərin normal həyata uyğunlaşa bilməməsinin başlıca səbəbləri monoton həyat 

tərzi, diqqətdən kənarda qalma, sosial baxımdan köməksizliyini hiss etməsidir. Bu 

baxımdan  xəstəxanadankənar  yardım  formalarının.  Ilk  növbədə  psixi  sağlamlıq 

mərkəzlərinin,  psixonevroloji  dispanserlərin,  psixiatriya  və  psixoterapiya 

kabinetlərinin xidmətləri ön planda olmalıdır. 

      Son  illərdə  inkişaf  etmiş  Avropa  ölkələrində  kommunal  psixiatriya 

məntəqələrinin  yaradılması,  ictimai  təşkilatlar  tərəfindən  xəstələrə  qayğı 

göstərilməsi,  psixi  sağlamlıq  mərkəzlərinin  (klublarının)  təşkili  və  göstərilən 

yerlərdə əmək sexlərinin yaradılması təkrar normal həyata qayıtmasında böyük rol 

oynayır.  Göstərilən  tədbirlərin  ictimai-psixoloji  məzmunu  ilə  yanaşı  iqtisadi 

səmərəsini də nəzərə alsaq, bu kimi işlərin nə dərəcədə faydalı olmasını təsəvvür 

etmək çətin deyil. 

      Elm və texnikanın inkişafı əsrində təbii və ictimai amillərin təsiri altında ruhi-

əsəb  xəstəlikləri  klinikasında  ciddi  dəyişikliklər  baş  verməkdədir.  İstehsalatın 

mexanikləşdirilməsi,  avtomatlaşdırılması,  elektronikanın  inkişafı,  kompüter 

texnikasının  məişətimizə  sürətlə  daxil  olması  insanların  psixikasına  öz  təsirini 

göstərir.  Bir  çox  müstəqil  sahələrin  –  psixoterapiya,  narkologiya,  uşaq  və 

yeniyetmə psixiatriya, herantologiya və s. inkişaf etməsinə səbəb olmuşdur.Bu isə 


 

öz növbəsində psixiatriya yardımının genişlənməsinə, psixoprofilaktika üsullarının 



zənginləşməsinə səbəb olmuşdur. 

Yüklə 178,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin