Fənn: kqsm müəllim: Cəbrayılov Elnur


Fərdi mühafizə vasitələri



Yüklə 28,25 Kb.
səhifə2/2
tarix13.12.2023
ölçüsü28,25 Kb.
#174428
1   2
ferdi tibbi

Fərdi mühafizə vasitələri.
FMV-dən danışmazdan öncə ümumi nəzarət iyerxiyasına diqqət etsəniz daha yaxşı olar:
1. Təhlükənin aradan qaldırılması
2. Təhlükənin daha az təhlükə ilə əvəz edilməsi
3. Texniki tədbir və ya mühəndislik yanaşması
4. İnzibati tədbirlər
5. Fərdi Mühafizə Vasitəsi
Qeyd: müxtəlif mənbələrdə müxtəlif iyerarxiya ilə rastlaşa bilərsiniz.
Təhlükələrin nəzarətdə saxlanması zamanı iyerarxiyadakı ən üst üsullardan sitifadə məsləhətdir. Lakin, bəzən elə olur ki, yuxarıda adları qeyd olunan nəzarət tədbirləri praktiki mümkün olmur. Bu zaman FMV əhəmiyyəti önə çıxır. 5-ci nəzaərt tədbirinin özünü doğrultması üçün tələb olunan FMV-nin təmin olunması, istifadəsi və düzgün şəkildə saxlanması şərtdir.
Hansı işi görməyinizdən asılı olmayaraq tapşırığın xarakterinə uyğun FMV istifadəsinə ehtiyyac yaranır. FMV işçinin şəxsi sağlamlıq və təhlükəsizliyinin qorunması üçün əla vasitədir.
FMV-nin növləri:

  • Başın mühafizəsi üçün

  • Ayaqların mühafizəsi üçün

  • Üz və gözlərin mühafizəsi üçün

  • Əl və qolların mühafizəsi üçün

  • Bədənin mühafizəsi üçün

  • Qulaqların mühafizəsi üçün

Qulaqcıqlar (ear plug, ear muffs) – Yüksək səs-küylü yerlərdə işləyərkən eşitmə qabiliyyətinin itirilməsinin qarşısını alır. İstifadə üçün çox rahatdırlar və qulaqları sıxmır. Heç vaxt çirkli qulaqcıqlardan istifadə etməyin və ya çirkli əl ilə qulaqcılara müdaxilə etməyin.
Qulaqlıqlar (headphones) – Yüksək səs-küylü yerlədrə işləyərkən ikiqat müdafiyə üçün effektli vasitədir. Həm qulaqcıq, həm də iri qulaqlıqlardan istifadə etməzdən öncə onların zəif və müsbət tərəfləri qiymətləndirilməsinə ehtiyyac var.
Təhlükəsizlik eynəkləri – Gözləri sıçrayan cismlərdən, tozlardan, tullantılardan, qığılcımdan, kimyəvi və digər təhlükələrdən qoruyur.
Əlcəklər – Əlləri kimyəvi təsirlərdən, kobud və ya iti hissələrdən və s-dən qoruyur. İşin xarakterindən asılı olaraq müxtəlif tip əlcəklər təsnifləşdirilir. Misal üçün, neft-yağ məhsulları ilə işləmək üçün, kimyəvi maddələrlə ilə işləmək üçün, müxtəlif texniki xidmət işləri və yükqaldırma əməliyyatları zamanı istifadə olunan əlcəklər…
Respiratorlar – İşçini müxtəlif tip tozlardan, tüstüdən, qazdan və digər sağlamlıqla bağlı təhlükələrdən müdafiə edir. Burada müzakirə edilməli məsələlərdən biri budur ki, konkret tip toz üçün nəzərdə tutulmuş sadə respiratorlar əksər vaxt digər təhlükəli yerlərdə də istifadə olunur. Misal üçün: tənəffüs aparatı əvəzi, boya işləri görən zaman və s.
Dəbilqə (kaska) – Hər hansı struktur, obyektlə toqquşma zamanı başın zərbədən və ya düşən əşyadan mühafizəsi üçün nəzərdə tutulub.
Təhlükəsizlik ayaqqabısı və çəkmələri (shoes, boots) – ağır əşyaların ayağın üzərinə düşməsi zamanı xəsarət alma halını istisna edir və ya xəsarətin dərəcəsini minimallaşdırır. Qoruyucu çəkmənin ön tərəfi (ayaq barmaqları hissəsi) metal səthlə örtülüdür.
Qoryucu geyim – müxtəlif təyinatlı ola bilər. İsti və ya soyuq mühitlərdə iş üçün, kimyəvilər ilə iş üçün və s. Minimum FMV-nə daxil olan adi yuniformalar isə hər hansı çirklənmədən, yad təsirlərdən, iqlim şəraitindən (yay – qış geyimi), alovda (yanğına davamlı) və s.dən qoruyur.
Əlcəklər – təyinatına görə müxtəlif növləri var və müxtəlif təhlükələrdən mühafizə edir. Misal üçün: Kəskin istiyə davamlı, kimyəvilər ilə iş üçün, elektrik işləri üçün, iti əşyalarla iş üçün, yükqoşma işləri üçün və s.
Təhlükəsizlik kəməri – Hündürlükdə işləyən zamanı yıxılmanın məsafəsini və nəticəni minimallaşdıran bir avadanlıqdır.
FMV niyə görə vacibdir?
İşlə bağlı təhlükəsizlik tədbirlərini yerinə yetirərkən nəzarət iyerarxiyasındakı ən üst faktorlar müəyyən olunmalıdır. Lakin, bəzən müəyyən təhlükəsizlik tədbirlərini gördükdən sonra, hələ də müyyən mənada riks qalmış olur. FMV-dən məhz qalıq riskinin minimallaşdırılması kimi istifadə olunur, hansı ki, xəsarət dəyə bilər:

  • Təhlükəli maddələrin olduğu havanın tənəffüs edilməsi – ciyərlərə

  • Sıçrayan cismlərin yarandığı fəaliyyət zamanı – gözlərə və s.

FMV ilə bağlı əsas məqamlardan biri onun düzgün seçilməsidir. FMV işin xarakterinə uyğun olmalıdır. Seçilməzdən əvvəl hansı sahə və iş üçün seçilirsə, bu zaman təhlüklərin qiymətləndirilməsi həyata keçirilməlidir. FMV hər bir işçinin bədən ölçüsünə uyğun olmalıdır. FMV işçi üçün rahat olmalı və onun işini çətiiinləşdirməməlidir. FMV digər FMV-lər ilə bərabər istifadə olunabilən olmalıdır (bəzi vaxtlar bu mümkün olmaya bilər). FMV işçi üçün elə rahat və uyğun olmalıdır ki, işçini ondan istifadəyə həvəsləndirməlidir, nəinki laqeydliyə səbəb olsun.






Yüklə 28,25 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin