Federal Ehtiyatlar Sistemi - Federal Reserve (Fed) ABŞ-ın mərkəzi bankıdır.
Mərkəzi Bank – bank sisteminə nəzarət etmək və iqtisadiyyatdakı pul təklifini tənzimləmək üçün yaradılmış təsisatdır. FED-in əsas vəzifələri:
1. Bankları tənzimləyir və bank sisteminin həyat qabiliyyətini təmin edir. “Bankların bankı” kimi fəaliyyət göstərir.
2. İqtisadiyyatda olan pulun miqdarına nəzarət edir.
FEDERAL EHTİYATLAR SİSTEMİ
Federal Ehtiyatlar Sistemi 1907-ci ildə baş verən ardıcıl bank iflaslarından sonra 1914-cü ildə yaradılmışdır. Həmin iflaslar, Konqresi bank sisteminin həyat qabiliyyətinin qorunub saxlanılması üçün dövlətin mərkəzi banka (central bank) ehtiyacı olduğuna inandırdı. FED-in sədri ölkənin ll ən güclü şəxsi hesab olunur.
Federal Ehtiyatlar Sisteminin Strukturu:
Federal Ehtiyatlar Sisteminin Strukturu: 1) İdarə Heyəti (The Board of Governors)
2) Regional Federal Ehtiyat Bankları (The Regional Federal Reserve Banks)
3) Federal Açıq Bazar Komitəsi (The Federal Open Market Committee)
FED Prezident tərəfindən təyin olunan və Senatda təsdiqlənən 7 üzvü olan İdarə heyəti tərəfindən idarə olunur. İdarə Heyətinin 7 üzvü arasında ən mühümü sədrdir. Sədr FED işçilərinə nəzarət edir, Heyətin iclaslarına sədrlik edir və mütəmadi olaraq Konqresin qarşısında FED-in siyasəti barədə çıxışlar edir.
FED-in təşkilatı strukturu - İdarə Heyəti
7 üzv Prezident tərəfindən təyin edilir. Senat tərəfindən təsdiq edilir. Üzvlər 14 il müddətinə seçilirlər. Sədr Prezident tərəfindən 4 il müddətinə təyin edilir.
FED-in təşkilatı strukturu
Federal Ehtiyatlar Sistemi, Vaşinqtonda yerləşən Federal Ehtiyatlar Sisteminin İdarə Heyəti və ölkənin əsas şəhərlərində yerləşən 12 regional Federal Ehtiyat Banklarından təşkil olunmuşdur.