I problem: Fed ailələrin banklarda depozit kimi saxlamaq istədikləri pulun məbləğinə nəzarət etmir..
II problem: Fed bankların hansı məbləğdə kredit verməyi seçdiklərinə nəzarət etmir.
Buna görə də qismən ehtiyat saxlayan bankçılıq sistemində iqtisadiyyatda pulun məbləği müəyyən qədər bankirlər və əmanətçilərin davranışından asılıdır.
Pul Təklifinə Nəzarətlə bağlı Problemlər:
FED hər həftə depozitlər və ehtiyatlar barədə məlumatları toplayır və beləliklə əmanətçilərin və ya bankirlərin davranışında dəyişikliklərdən tez bir zamanda xəbərdar olur. Buna görə də, Fed bu dəyişikliklərə vaxtında cavab verə və pul təklifini özünün seçdiyi səviyyədə saxlaya bilər.
Bank axınları:
Bank axınları qismən ehtiyat saxlayan bankların problemidir. Bank axınları pul təklifinə nəzarət etməyi mürəkkəbləşdirir. Bu problemin ən bariz nümunəsi Böyük Depressiya vaxtı baş vermişdi. Bank axınları və bank qapanmaları dalğasından sonra ailələr və bankirlər daha ehtiyatlı oldular. Ailələr depozitlərini banklardan götürdülər və onları valyuta formasında saxlamağa üstünlük verdilər. 1929-1933-cü illər -“Böyük Depressiya “ ərzində Federal Ehtiyatlar Sisteminin heç bir planlı azaltma tədbirləri olmadan belə, pul təklifi 28 faiz azaldı.
Xülasə
Pul termini, insanların müntəzəm olaraq əmtəə və xidmətləri almaq üçün istifadə etdikləri aktivləri bildirir.
Pulun üç funksiyası vardır: mübadilə vasitəsi, hesablama vasitəsi, əmanət vasitəsi.
Qızıl kimi əmtəə formasındakı pul, həqiqi dəyəri olan puldur.
Kağız dollar kimi xalis pul, həqiqi dəyəri olmayan puldur.
Xülasə
Federal Ehtiyatlar Sistemi ABŞ-ın mərkəzi bankı kimi ABŞ monetar sistemini tənzimləyir.
O pul təklifini açıq-bazar əməliyyatları, ehtiyatlar üzrə tələblərini və diskont faizini dəyişdirməklə nəzarət altında saxlayır.
Xülasə
Banklar depozilərinin bir hissəsini borc verdikdə, onlar iqtisadiyyatda pul təklifini atırırlar.
Pul təklifinin müəyyən olunmasında bankların bu rolu səbəbindən FED-in pul təklifinə nəzarəti mükəmməl deyildir.