FəNN: makroiQTİsadiyyat


Müddətli əməliyyatlar möhtəkirlik üçün daha böyük imkanlar yaradır



Yüklə 322,89 Kb.
səhifə162/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   158   159   160   161   162   163   164   165   ...   177
Makroiqtisadiyyat mühazirə

Müddətli əməliyyatlar möhtəkirlik üçün daha böyük imkanlar yaradır. Həm də bu əməliyyatlar hətta xüsusi döv-riyyə vəsaitləri ol­madıqda belə, mümkündür. Belə ki, müd-dətli müqavilənin vaxtının ba­şa çatmasına bir neçə gün qal-mış, onu banka təqdim etməklə, lazım olan məbləğdə ssuda götürmək olar. Bunu aşağıdakı misalı nəzərdən ke­çirməklə aydınlaşdıraq. Tutaq ki, hər hansı bir bankın dileri üç ay ərzində nəqd sövdələşmələr üzrə məzənnənin 1.6500$-dən 1.5000$-ə dü­şə­cəyinə əmindir. O, bazarda satmaq üçün cari vəziyyətdə (mə­qam­da) müddətli əmanətlər üzrə mövcud olan 1GBP=1.6000$ məzənnəsi ilə üç ay müddətinə dəyəri 100.000.000$ olan müqavilə bağlamışdır. Əgər dilerin proq-nozu özünü doğrultsa, onda o, müqa­vilənin vaxtı çatdıqda, bazarda nəqd sövdələşmələr üzrə 1 GBP = 1.5000 $ məzən-nəsi ilə 100.000.000 GBP dəyərində əmtəəni 150.000.000$-ə satın alacaq və dərhal onu üç ay bundan əvvəl bağlanmış müddətli söv­dələşmənin 1GBP=1.6000$ məzənnəsi ilə 160.000.000$-ə satmaqla, bir neçə dəqiqə ərzində 10.000.000$ məbləğində xalis mənfəət əldə edəcəkdir. Diler val­yu­ta məzənnəsinin dinamikasında gözlənilən dəyi­şiklikdə hər hansı bir səhvə yol verdikdə isə böyük məbləğdə zərər çəkə bilər.

Buradan aydın olur ki, müddətli sövdələşmələrin iştirakçıları nəqd sövdələşmələr üzrə məzənnə ilə müddətli sövdələşmələr üzrə mə­zən­nə arasındakı fərq qədər ya mənfəət əldə edir, ya da ziyana düşür.

Müəyyən zaman kəsiyində hər hansı bir valyutanın başqa bir valyutaya olan məzənnəsi onların hər ikisinin di-namikası haqqında mü­hakimə yürütməyə imkan verir. Məsələn, funt-sterlinqin dollara olan məzən­nəsi müəyyən zaman kəsiyində 1 GBP = 1.6500 $-dən 1GBP=1.5000$-ə enmişdirsə, onda ABŞ dollarının Ingiltərə funtuna olan mə-zən­nəsinin 1.6000$-dən 1.5000$-ə yüksəldiyini desək, səhv et­mə­­rik. Əks qiymət təyinetmədə isə ABŞ dollarının məzən-nəsinin 0,6061-dən 0,6667%-ə yüksəldiyini demək olar.


Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin