FəNN: makroiQTİsadiyyat


"Əsas dövr" kimi müxtəlif ölkələrdə müxtəlif il qəbul oluna bi­lər



Yüklə 322,89 Kb.
səhifə51/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   47   48   49   50   51   52   53   54   ...   177
Makroiqtisadiyyat mühazirə

"Əsas dövr" kimi müxtəlif ölkələrdə müxtəlif il qəbul oluna bi­lər. Məsələn, ABŞ-da vaxtilə 1967-ci il əsas götürü-lür və sonrakı illərin məlumatları onunla müqayisə edilirdi. Hazırda isə əsas dövr kimi 1982-ci il götürülür. Bu, onunla əlaqədardır ki, cəmiyyət inkişaf etdikcə in­sanların tələbat-ları və deməli, istehlak səbətinin qiyməti də dəyişir.

ABŞ-da 1996-cı ildə həyat səviyyəsi indeksi (buna həyatın də­yəri də deyilir) 129% olmuşdur. Bu, o deməkdir ki, istehlakçılar eyni "əmtəə və xidmətlər dəstinin" satın alınmasına 1982-ci ildəkinə nisbətən 1996-cı ildə 29% çox vəsait sərf etmişlər. Bu indeksdən əsas etibarilə minimum əmək haqqının hesablanmasında istifadə edilir. Inkişaf etmiş ölkələrdə hər yarım ildə bir dəfə inflyasiya nəzərə alınmaqla əmək haq­qı indeksləşdirilir, yəni, inflyasiyanın hər faizinə görə əmək haqqı 0,5% artırılır.

Inflyasiyanın sürətinin hesablanması da az əhəmiyyət kəsb et­mir. Hesabat dövrü üçün inflyasiyanın sürətini aşağıdakı kimi hesab­lamaq olar: hesabat dövrünün qiymət indeksindən əsas dövrün qiymət indeksi çıxılır, alınan fərq əsas dövrün qiymət indeksinə bölünür və qis­mət 100-ə vurulur. Məsələn, tutaq ki, son istehlak əmtəələrinin qiymət indeksi 2005-ci ildə 120%, 2006-cı ildə isə 126% olmuşdur. 2006-cı il üçün inflyasiyanın səviyyəsi aşağıdakı kimi müəyyən edilir:
Inflyasiyanın sürəti = (126 – 120) : 120 ∙ 100 = 5%


Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin