FəNN: makroiQTİsadiyyat


Ümumdünya ticarət təşkilatı (ÜTT) məhsul ixracının stimul­laş­dı­rılması üçün vergi güzəştlərini məhdudlaşdırır



Yüklə 322,89 Kb.
səhifə48/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   44   45   46   47   48   49   50   51   ...   177
Makroiqtisadiyyat mühazirə

Ümumdünya ticarət təşkilatı (ÜTT) məhsul ixracının stimul­laş­dı­rılması üçün vergi güzəştlərini məhdudlaşdırır. Belə ki, ÜTT-nin üzvü olan ölkələr ixrac üçün istehsal olunan məhsulları müstəqim (bir­başa) vergilərdən azad edə bilməzlər. Odur ki, onlar ixrac olunan məh­sullar üçün subsidiyalar ayırmaq məqsədi ilə başqa alternativlər axtarıb tap­ma­lıdırlar. Bəzi ölkələrdə vergi güzəştləri məhsulların ixrac üçün isteh­sal olunub-olunmamasından asılı olmayaraq bü-tün istehsalçılara şamil edilir. Məsələn, Böyük Britaniyada inflyasiya baş verdikdə dəyən zərəri azaltmaq və ixrac olu-nan məhsulların rəqabət qabiliyyətini artırmaq məqsədilə yaradılan maddi dövriyyə vəsaitləri ehtiyatlarına qiymət ve­rər­kən bütün istehsalçılara xüsusi güzəştlər nəzərdə tutulur.

Beynəlxalq iqtisadi münasibətlərə əlavə dəyər vergisi də təsir göstərir. Məlum olduğu kimi, ƏDV bir qayda olaraq ixrac olunan məh­sullara şamil edilmir. Lakin harada istehsal edilməsindən, başqa sözlə, hansı ölkənin məhsulu olmasından asılı olmayaraq bu və ya digər ölkə­nin daxili bazarında reallaşdırılan bütün əmtəə və xidmətlərin qiymət­lə­rinə əlavə dəyər vergisi daxil edilir. Ona görə də ƏDV, ixrac olunmaq üçün məhsul istehsalının stimullaşdırıl-masına səbəb olduğu halda, məh­sul­ların idxal edilməsinə əngəl törədir, çünki ƏDV dolayı vergidir və ÜTT-nin məh-dudiyyətləri ilə üzləşmir.

Inkişaf etmiş ölkələrin hamısında demək olar ki, on-ların ərazi­sində əldə edilən bütün gəlirlərdən vergi tutulur. Bir sıra ölkələrdə – mə­sələn, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Rusiya və i.a., - onla­rın xaricdə fəaliyyət gös-tərən fiziki və hüquqi şəxslərinin əldə etdikləri gəlirlər də vergiyə cəlb edilir. Bu isə o deməkdir ki, fiziki və hüquqi şəxslərin əldə etdikləri gəlirlər ikiqat vergiyə cəlb oluna bilər.

Müxtəlif inteqrasiya qruplaşmalarına daxil olan öl-kələrdə ver­gi sistemlərinin bir-birinə yaxınlaşması meyli özünü göstərir. Bunu Av­ropa Ittifaqına daxil olan ölkələrin timsalında daha aydın görmək olar. Belə ki, perspektivdə, Avropa Ittifaqına daxil olan ölkələrdə ümumi vergi dərə-cələrinin müəyyən edilməsi, ikiqat vergitutmanın aradan qal­dırılması və s. nəzərdə tutulmuşdur. Bundan başqa, artıq indi bu ölkə­lər ƏDV-nin vahid dərəcəsi (15%) və vahid minimum aksiz rüsumu haqqında razılıq əldə etmişlər. Bu ölkələrdə buraxılan istiqrazlar üçün milli vergilər bir-birinə yaxınlaşmış (1-2% təşkil edir) və qiymətli ka­ğız­lar üzrə rüsumlar ləğv edilmişdir.




Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin