FəNN: makroiQTİsadiyyat


Mötədil (mülayim) inflyasiya



Yüklə 322,89 Kb.
səhifə55/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   51   52   53   54   55   56   57   58   ...   177
Makroiqtisadiyyat mühazirə

Mötədil (mülayim) inflyasiya dövründə qiymətlər il ərzində 10%-dan çox artmır, pulun alıcılıq qabiliyyəti demək olar ki, dəyişmir. Qərb ölkələrində buna heç bir narahatlıq doğurmayan normal hal kimi baxırlar.

Qiymətlərin qalxması il ərzində iki və daha çox rə-qəmli ədəd­lərlə ifadə olunduqda buna "çaparaq" inflyasiya deyilir. Bu zaman mü­qa­vilələr qiymətlərdəki dəyişkənliklə əlaqələndirilir, pul kütləsi sürətlə əmtəələrdə maddiləşdirilir. Inflyasiya iqtisadiyyat üçün təhlükə tö­rətdiyinə görə onun əleyhinə tədbirlər görülməsi tələb olunur.

Hiperinflyasiya zamanı qiymətlər çox sürətlə artır, onunla əmək haqqı arasında çox böyük fərq əmələ gəlir, iri müəssisələr nəinki mənfəət əldə edir, əksinə zərərlə işləyirlər, iqtisadiyyat iflic vəziyyətinə düşür, adamlar əllərində olan pulu əmtəələrdə maddiləşdirməyə çalışır, təsərrüfat əlaqələri pozulur, barter sövdələşmələrinə üstünlük verilir, biz­neslə məşğul olmaq fayda vermir. Odur ki, istehsal ixtisar olunur, xarici əlaqələr azalır, firmadaxili təsərrüfatçılığın ünsürləri arasında uy­ğunsuzluqlar əmələ gəlir.


Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin