2. Iqtisadi artımın tipləri və modelləri.
Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə təkmilləşdirilməsində, ha-belə onun istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın ekstensiv və intensiv tipləri bir-birindən fərqləndirilir.
Ekstensiv1 inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sərfinin, kapital qoyuluşunun artırılma-sı, əkin sahələrinin genişləndirilməsi və s. hesabına istehsa-lın həcminin artırılması deməkdir. Məsələn, deyək ki, məh-sul istehsalını iki dəfə artırmaq lazımdır. Bunun üçün möv-cud olan və fəaliyyət göstərən müəssisələrlə yanaşı, quraşdırılmış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə artdıqda işçilərin sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticədə bir işçiyə düşən məhsul buraxılışı əvvəlki səviyyədə qalır.
Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nailiyyətlərindən və ehtiyatlar-dan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəl-dilməsi və məhsulların keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır.
Dostları ilə paylaş: |