Iqtisadi artımın əsl mahiyyətini əks etdirən "Xərc – məhsul buraxılışı" modeli rus riyaziyatçısı və iqtisadçısı, 1925-ci ildən ABŞ-da yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən Vasili Leontyev tərəfindən işlənib hazırlanmış-dır. V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstəricilərinin köməyilə şahmat cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı dörd kvadratdan ibarətdir: 1) Məhsulun istehsalına çəkilən mad-di xərc göstəriciləri; 2) Bilavasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul göstəriciləri; 3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergilər); 4) Xalis məhsulun yenidən bölüşdürülməsi.
Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məhsulun formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məhsulun bölüşdürülməsi göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərclərin xüsusi çəkisini asanlıqla müəyyən etmək olar. Bu məqsədlə sütundan və ya sətirdən götürülmüş (seçilmiş) göstərici ümumi məhsulun kəmiyyətinə bölünür.
Müasir dövrdə iqtisadi artımın modelləşdirilməsində aşağıdakı üç istiqaməti göstərmək olar: 1) Iqtisadi artımın Keyns modeli; 2) Neoklassik modellər; 3) Tarixi-sosioloji modellər.
Keyns modelinin mahiyyəti ondan ibarətdir ki, bunun tərəfdarları makroiqtisadi tarazlığın təmin olunma-sında tələbin həlledici rol oynadığını əsas götürürlər. Tələbin həlledici ünsürünün isə çoxaldıcının (multiplikatorun) vasi-təsilə mənfəətin artmasını təmin edən investisiyalardan ibarət olduğunu deyirlər. Keynsçilər istehsal amillərinin və onların bir-birini qarşılıqlı əvəz etmələrinin səmərəliliyi haqqında neoklassik baxışlara tərəfdar çıxmırlar.
Dostları ilə paylaş: |