FƏNN: MAKROİQTİSADİYYAT
MÜHAZİRƏ MÜƏLLİMİ: DOS. H.M. ƏHMƏDOV
Mövzu 1. Ümumi tələb və təklif. Makroiqtisadi tarazlıq.
( 2 saat)
Plan
1. Ümumi tələb və təklif, onlara təsir edən amillər.
2. Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi.
3. Makroiqtisadi tarazlığın təhlili.
1. Ümumi tələb və təklif, onlara təsir edən amillər.
Makroiqtisadiyyatın qarşısında duran əsas vəzifə bü-tövlükdə iqtisadi sistemin fəaliyyət mexanizmini aydınlaş-dırmaqdan ibarətdir. Makroiqtisadi təhlil isə bazarda for-malaşan və istehsalın bütün sahələrinə təsir göstərən, onların arasında meydana çıxan qarşılıqlı əlaqələri özündə əks etdirən iqtisadi qanunauyğunluqların aşkara çıxarılması və öyrənilməsini nəzərdə tutur.
Ümumi tələb (AD) dedikdə qiymətlərin mövcud səviyyəsində təklif olunan bütün əmtəə və xidmət-lərə olan tələb nəzərdə tutulur. Umumi təklif (AS) isə qiy-mətlərin mövcud səviyyəsində istehsal edilə və təklif oluna bilən bütün əmtəə və xidmətlərin miqdarını göstərir. Ümumi tələb istehlak və investisiya əmtəə və xidmətlərinə olan tələbdir. Ümumi təklif isə ümumi daxili məhsula (ÜDM) uyğun gəlir, yəni ona bərabər olur.
Miqdar pul nəzəriyyəsinə uyğun olaraq ümumi tələbi aşağıdakı kimi müəyyən etmək olar:
AD = (M x V) : P
Burada: P – qiymətlərin səviyyəsini, M – dövriyyədə olan pul kütləsini, V – pulun dövriyyə sürətini göstərir.
Ümumi tələb və təklif cari və dəyişməz (sabit) qiy-mətlərlə müəyyən edilə bilər. Lakin qiymətlərin daim dəyiş-məsi bu kateqoriyaların aydınlaşdırılmasında müəyyən çətinliklər yaradır. Ona görə də məcmunun həcmi və dina-mikasını müəyyən etmək üçün indeks metodundan istifadə olunur. Başqa sözlə, tələb və təklif göstəriciləri ya əsas dövr, yaxud da hesabat dövrü üzrə hesablanır.
Hər hansı bir əmtəəyə olan tələblə onun qiyməti ara-sında mütənasiblik olduğu kimi, ümumi tələblə qiymət-lərin səviyyəsi arasında da tərsmütənasiblik vardır. Ümumi təklifə gəldikdə isə onunla qiymətlərin səviyyəsi arasında düzmütənasiblik mövcuddur. Belə ki, qiymətlər qalxdıqda təklif də artır. Hər bir ayrıca əmtəə üzrə təkliflə, onun qiy-məti arasında da belə bir asılılıq vardır.
Ümumi tələb və təklif həm qiymət, həm də qeyri-qiymət amillərinin təsiri ilə formalaşır. Qeyri-qiymət amillərinə iqtisadi ədəbiyyatda "digər şərtlər" də deyilir.
"Digər şərtlər" sabit qalmaqla, əmtəə və xidmətlərin qiymətlərinin bahalaşması tələbin azalmasına, əksinə aşağı düşməsi, tələbin artmasına səbəb olur.
Ümumi tələbin dəyişməsinə təsir edən digər şərtlər dedikdə aşağıdakılar nəzərdə tutulur: 1) Istehlakçıların rifa-hı; 2) Istehlakçı gözləmələri və borclarının artması; 3) Vergi-lər və faiz dərəcələri; 4) Investisiyalardan və müəssisələrin mənfəətindən gözlənilən gəlir; 5) Texnologiyalar və artıq istehsal güclərinin mövcudluğu; 6) Başqa ölkələrin milli gəliri; 7) Valyutaların məzənnələri.
Istehlakçıların mülkiyyətində müəyyən maddi qiy-mətlilər – səhm, istiqraz, daşınmaz əmlak (ev, torpaq) və s. olur. Bu aktivlərin real dəyərinin kəskin surətdə azalması istehlakçıların yığıma meyl göstərmələrinə və deməli, satın aldıqları əmtəələrin, nəticə etibarilə isə ümumi tələbin azal-masına gətirib çıxarır. Əksinə, istehlakçıların əllərində olan aktivlərin real dəyərinin artması cari qiymətlərlə onların sərf etdikldəri vəsaitin və nəticə etibarilə ümumi tələbin çoxal-masına səbəb olur. Daşınmaz əmlakın real dəyərinin kəskin surətdə azalması isə qiymətlərin ümumi səviyyəsindəki dəyişiklikdən asılı olmayaraq istehlakçıların rifahının aşağı düşməsi deməkdir.
Istehlakçıların sərf etdikləri vəsaitin xarakterindəki dəyişikliklər onların düşüncələrindən asılıdır. Məsələn, on-lar gələcəkdə gəlirlərinin artacağına inandıqda və ya heç olmasa belə düşündükdə, əllərində olan pul vəsaitinin çox hissəsini həvəslə sərf etməyə meyl göstərirlər. Sözsüz ki, bu zaman istehlakçıların xərci və bununla birlikdə ümumi tələbi də artır. Əksinə, istehlakçılar, gələcəkdə real gəlirlə-rinin azalacağını güman etdikdə, xərcləri və deməli, ümumi tələb də azalır. Inflyasiyanın yeni dalğasının gözlənilməsi də ümumi tələbi artırır. Ona görə ki, istehlakçı, əmtəələri qiymətlər qalxana qədər satın almağa çalışır. Əksinə, yaxın gələcəkdə qiymətlərin aşağı düşəcəyi gözlənildikdə istehlakçı əmtəə satın alınmasından müəyyən müddət imtina edə bilər ki, bu da ümumi tələbin azalmasına səbəb olur.
Istehlakçıların möhlətlə aldıqları əmtəələrə görə borclarının çox olması, onları əllərində olan pul vəsaitinin bir hissəsini borcun ödənilməsinə ayırmağa məcbur etdiyinə görə cari ehtiyaclarına az vəsait sərf edirlər. Bu isə öz növ-bəsində ümumi tələbin azalmasına səbəb olur. Əksinə, isteh-lakçıların borcları az olduqda, onlar daha çox xərcləyirlər və bu da ümumi tələbin artmsına doğru aparır.
Ümumi tələbə təsir edən qeyri-qiymət amillərindən biri də vergilər və faiz dərəcələrinin dəyişməsidir. Belə ki, vergi dərəcələri aşağı salındıqda xalis gəlir çoxalır, əksinə, vergi dərəcələri artırıldıqda xalis gəlir azalır. Bu da müvafiq olaraq ümumi tələbin artması və ya azalması deməkdir.
Kapital qoyuluşlarına görə daha çox mənfəət götürü-ləcəyinə dair nikbin proqnozlar olduqda investisiya əmtəə-lərinə olan tələb artır, əksinə olduqda isə bu tələb azalır. Bu-na uyğun olaraq ümumi tələb, birinci halda artır, ikinci hal-da azalır
Yeni və təkmilləşdirilmiş texnologiyalar investisiya xərclərinin və ümumi tələbin artması üçün stimul yaradır. Məsələn, mikrobiologiya və elektronika sahələrində qazanılmış son nailiyyətlər yeni texnologiyalardan istifadə etmək üçün laboratoriyalar və istehsal gücləri yaradılma-sına gətirib çıxarmışdır ki, bu da ümumi tələbin artmasına səbəb olmuşdur.
Xarici ölkələrdə milli gəlirin artması başqa bir ölkədə istehsal olunan məhsullara olan tələbi, həm də bu ölkənin daxili bazarında ümumi tələbi artırır. Çünki hər hansı bir ölkənin milli gəliri artdıqda onun vətəndaşlarında öz ölkə-lərində istehsal olunan məhsullardan satın almaqla yanaşı, həm də digər ölkələrə getmək, onların əmtəələrindən də satın almaq imkanı yaranır. Bu isə həmin ölkədən ixrac olunan əmtəələrin çoxalmasına səbəb olur, milli gəlir azaldıqda isə əks mənzərə müşahidə edilir. Bu da öz əksini ümumi tələbin azalmasında tapır.
Ümumi tələbin artmasına təsir edən qeyri-qiymət amillərindən biri də valyutaların məzənnələrinin dəyişmə-sidir. Başqa ölkələrin valyutaları ilə müqayisədə hər hansı bir ölkənin milli valyutasının məzənnəsinin dəyişməsi milli gəlirdən sonra xalis ixraca və ümumi tələbə təsir edən ikinci mühüm amildirÜmumi tələbə, həmçinin demoqrafik proseslər, milli və tarixi ənənələr və s. təsir göstərir. Məsələn, ölkədə əha-linin sayının sürətlə artması, doğum əmsalının yüksək, ölüm əmsalının isə aşağı olması əmtəə və xidmətlərə olan tələbin artmasına, bu isə öz növbəsində istehsala daha çox ehtiyat-ların cəlb olunmasına və nəticə etibarilə ümumi tələbin çoxalmasına gətirib çıxarır.
Hər bir xalq özünün adət-ənənələri, toy və yas mərasimlərinin keçirilməsi, milli bayramların qeyd edilməsi (məsələn Azərbaycan xalqı üçün novruz, qurban, ramazan bayramları ən müqəddəs bayramlardır) ilə başqalarından fərqlənir. Dünyada yaşayan xalqların əksəriyyəti üçün ümumi bayramlar da (məsələn, hər il yanvarın 1-nin yeni il kimi qeyd edilməsi) vardır. Təbiidir ki, bütün bu proseslərdə ümumi tələbin artması meylləri müşahidə olunur.
Ümumi təklifin dəyişməsinə isə aşağıdakı qeyri-qiymət amilləri təsir göstərir: 1) Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsi; 2) Məhsuldarlığın dəyişməsi; 3) Hüquq norma-larının dəyişməsi.
Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsindən söhbət gedərkən aşağıdakılar nəzərdə tutulur: a) ölkə daxi-lində iqtisadi ehtiyatların (torpaq, əmək ehtiyatları, kapital və sahibkarlıq qabiliyyəti) mövcudluğu; b) xaricdən gətirilən iqtisadi ehtiyatlar; c) bazar hökmranlığı.
Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsi ümumi təklifin başlıca qeyri-qiymət amilidir. Digər şərtlər sabit qalmaqla onların qiymətlərinin qalxması məhsul vahidinə düşən xərclərin artmasına və ümumi təklifin azalmasına səbəb olur.
Iqtisadi ehtiyatların qiymətlərinin aşağı düşməsi isə əks nəticələrə gətirib çıxarır. Indi isə iqtisadi ehtiyatların qiymətlərinə təsir edən aşağıdakı amilləri – ölkə daxilində iqtisadi ehtiyatların mövcudluğunu, xaricdən gətirilən iqtisadi ehtiyatların qiymətlərini və bazar hökmranlığını nəzərdən keçirək.
Mütəxəssislərin hesablamalarına görə müəssisələrdə xərclərin 70%-ə qədəri işçi və qulluqçuların əmək haqqının payına düşür. Deməli, digər şərtlər sabit qalmaqla, əmək haqqında əmələ gələn hər hansı bir dəyişiklik məhsul vahidinə düşən xərclərə əhəmiyyətli dərəcədə təsir göstərir. Əmək ehtiyatlarının artması iş qüvvəsinin qiymətinin aşa-ğı düşməsinə, azalması isə əksinə, onun qiymətinin qalxma-sına səbəb olur. Qadınların əməyindən geniş istifadə edilmə-si, başqa ölkələrdən iş qüvvəsi axını iş qüvvəsi üzrə təklifin artmasına, müharibələrin olması, qarşısıalınmaz xəstəlik-lərin geniş yayılması və s. isə əmək ehtiyatlarının və onunla əlaqədar ümumi təklifin azalmasına gətirib çıxarır.
Cəmiyyətdə kapital ehtiyatları artmağa başladıqda ümumi təklif azalmağa doğru meyl edir. Bu, cəmiyyət öz gəlirinin çox hissəsinə qənaət etmək qərarına gəldikdə və özünün yığdığı vəsaiti investisiya əmtəələrinin satın alınmasına yönəltdikdə baş verir. Kapitalın keyfiyyəti yaxşı-laşdıqda isə istehsal xərcləri azalır, ümumi təklif artır. Kapitalın miqdarı azaldıqda və keyfiyyəti pisləşdikdə əks mənzərə müşahidə olunur ümumi təklif azalır.
Nəhayət, qeyd etmək lazımdır ki, iqtisadiyyatda olan sahibkarların – iş adamlarının – sayı dəyişir
Təklifin dəyişməsinə başqa ölkələrdən idxal olunan iqtisadi ehtiyatların qiymətləri də təsir edir. Başqa sözlə, iqtisadi ehtiyatların idxal edilməsi də ümumi təklifi artırır. Çünki istər özündə olan, istərəsə də başqa ölkələrdən idxal edilən iqtisadi ehtiyatlar istehsal güclərinin artırılmasına imkan verir. Idxal olunan iqtisadi ehtiyatların qiymətlərinin aşağı düşməsi ümumi təklifin artmasına, əksinə, qiymətlərin bahalaşması ümumi təklifin azalmasına səbəb olur. Iqtisadi ehtiyatları göndərənlərin bazarda hökmran-lıqlarının zəifləməsi və ya güclənməsi də qiymətlərə və ümu-mi təklifə təsir göstərir. Bazarda hökmranlıq dedikdə qiy-mətlərin rəqabət şəraitindəkindən yüksək müəyyən edilməsi imkanı nəzərdə tutulur.
Ümumi təklifin dəyişməsinə təsir edən başlıca qeyri-qiymət amillərindən biri də məhsuldarlıqdır. Məhsuldarlıq ümummilli məhsul ilə onun istehsalında istifadə olunan iqtisadi ehtiyatlar arasındakı nisbəti göstərir və orta hesabla xərc vahidinə düşən məhsulun dəyəri deməkdir. Yəni:
Ümummilli məhsulun dəyəri
Məhsuldarlıq = -----------------------------------------
Xərclər
Bütün firmaların (müəssisələrin) öz fəaliyyətlərində əldə rəhbər tutduqları və istifadə etdikləri hüquq norma-larında edilən dəyişikliklər məhsul vahidinə düşən xərclərin dəyişməsinə səbəb ola bilər. Buna iki amil təsir edir: 1) Vergilərin və subsidiyaların dəyişməsi; 2) Tənzimləmənin xarakterinin dəyişməsi.
Firmalardan alınan vergilərin (dövriyyə vergisi, aksiz və sosial təminatla əlaqədar olan vergilər) və əmək haqqının artırılması məhsul vahidinə çəkilən xərcləri çoxalda, ümumi təklifi isə azalda bilər.
Dövlət tərəfindən tənzimləmə, əksəriyyət hallarda firmalara baha başa gəlir. Çünki bu, məhsul vahidinə çəki-lən istehsal xərclərini artırır iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirakının məhdudlaşdırılması məhsul vahidinə çəkilən xərcin azalmasına, əksinə, onun rolunun gücləndirilməsi istehsal xərclərinin artmasına və ümumi təklifin azalmasına səbəb olur.
2. Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi.
Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də tarazlığa ya tələbatın məhdudlaşdırılması (tələbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da istehsal prosesinə cəlb olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur.
Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiymətlərin qalxıb – enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, onların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqyasında formalaşır. Lakin mikro və makroiqtisadi səviyyədə tarazlığın təmin olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi səviyyədə tarazlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyətlidir.
Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlakçıların fəaliyyəti mühüm rol oynayır. Belə ki, ba-zar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılı-ğını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabərləşdirməyə çalışırlar. Istehlakçılar da eynilə belə hərəkət edirlər.
Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi tarazlığı bir-birindən fərqləndirmək lazımdır. Qis-mən tarazlıq iqtisadiyyatın bir-biri ilə qarşılıqlı əlaqədə olan iki tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun gəlməsi) deməkdir. Qismən tarazlığa, məsələn, istehsal ilə istehlak, tədiyə qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcəsinin gəlirləri ilə xərcləri, ayrı-ayrı bazarlarda tələblə təklif arasındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın nəzəri əsaslarının işlənib hazırlanmasında A.Marşallın böyük xid-mətləri olmuşdur. Qismən tarazlıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahələrinin bir-biri ilə əlaqəli və uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi deməkdir. Ümumi iqtisadi tarazlığın əsasını yalnız istehlak nemətləri üzrə tələb və təklif arasındakı uyğunluq deyil, bütün bazarlardakı uyğunluq təşkil edir. Başqa sözlə, iqtisadi sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq olmalıdır.
Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib hazırlanmışdır. Onun fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun özü ilə deyil, həm də başqa əmtəələrin mövcudluğu ilə müəyyən edilir.
ƏGəgər müəyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Belə-liklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə oldu-ğunu demək, daha düzgündür.
Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün ba-zarlarını əhatə edir. Odur ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də tutaq ki, ət bazarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nəzərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymətlərinin quruluşu dəyişdikdə nail olunur. A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə "axması" nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Göründüyü kimi, nöqteyi-nəzərlər bir-birinin eynidir.
Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi varianta əsaslanır. Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan makroiqtisadiyyatın ən əlverişli vəziyyəti nəzərdə tutulur. Daha dəqiq desək, makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə etməkdən ibarət olan əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur. L. Valrasın tarazlaşma sistemi də məhz yuxarıda deyilən müddəalara əsaslanır. Onun fikrincə heç bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad rəqabətin mövcud olduğu bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi çoxsaylı ba-zarların mövcudluğu şəraitində qiymətlərin əmələ gəlməsi-nin qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.
Iqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə tə-min olunmur. Burada istehsal amilləri də mühüm rol oynayırlar. Belə ki, istehsal dairəsindəki uyğunzusluqlar ba-zardakı tarazlığın pozulmasına səbəb olur. Ikincisi, iqtisadi sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə nəzərdən keçirmək olar. Real həyatda isə iqtisadiyyata bazar vasitəsilə təsir etməklə yanaşı, qeyri-bazar amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis qeyri-bazar metodu hesab olunan dövlət tənzimləməsi metodları aiddir.
Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdirilməsini tələb edir. Bu, bir sıra amillər, xüsusilə də milli iqti-sadiyyatın vəziyyəti, istehsal amillərinin kəmiyyəti və key-fiyyəti, bunlarla bilavasitə əlaqədar olan cəmiyyətin isteh-saletmə imkanları ilə bağlıdır.
Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlığı üçün aşağıdakı ilkin şərtlərin olduğunu demək olar: 1) Tarazlıq qarşıya qoyulan məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. Iqtisadi inkişafın məqsədi və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tələbat və deməli, proporsiyalar da dəyişir, yeni tarazlıq vəziyyətinin təmin olunmasının zəruriliyi meydana çıxır2) Iqtisadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nəzərdə tutur.; 3) Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uyğunlaş-dırılması deməkdir4) Iqtisadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün bazarlarda tələblə təklif arasında tarazlıq nəzərdə tutulur.
3. Makroiqtisadi tarazlığın təhlili.
Çatışmazlıq nəzəriyyəsinin əsasını qoyan məşhur Macar iqtisadçısı Y.Kornainin fikrincə cəmiyyətdə "tərəd-dütetmə halları baş verdikdə – onu normal vəziyyətə qayta-ra bilən tənzimləmə mexanizmi olduqda, iqtisadi sistemin normal vəziyyəti haqqında danışmaq olar"1. Lakin normal vəziyyət tələblə təklif arasında daim mövcud olan uyğunluq demək deyildir.
Beləliklə, tarazlıq normal vəziyyətin xüsusi, "ideal" halı deməkdir. Bunun üçün iqtisadi parametrlər arasında onların hər birinə xas olan qarşılıqlı əlaqə və asılılıq, tarazlığın bərpa olunmasının spesifik üsulları səciyyəvidir. Həm də qismən tarazlıq ayrı-ayrı bazarlarda tələblə təklif arasındakı tarazlığı ifadə etdiyi halda, ümumi tarazlıq bütün bazarların əlaqəli və uzlaşdırılmış şəkildə fəaliyyət göstərmələrini əks etdirir.
Məlum olduğu kimi, ümumi iqtisadi tarazlıq anlayışı L.Valras tərəfindən irəli sürülmüşdür. Onun fikrincə "ümu-mi iqtisadi tarazlıq dedikdə xidmətlər bazarında məhsuldar xidmətlərə, məhsul bazarlarında isə gündəlik tələbat məh-sullarına olan səmərəli tələb və təklifin tarazlaşdığı, satış qiymətlərinin istehsal xərclərinə bərabər olduğu vəziyyət nəzərdə tutulur"2.
Ümumi tarazlıq sahəsində ən yeni tədqiqatlar L. Valrasın müddəalarına bir sıra əlavələr etməyə imkan verir. Bunlardan aşağıdakılar diqqəti daha çox cəlb edir: 1) Tarazlıq sabit deyildir, o daim pozulur və buna görə də "Tarazlıq, qeyri-tarazlıq" deməkdir, tezisi tamamilə doğrudur. Buradan da aşağıdakı nəticələri çıxarmaq olar: a) Tarazlığı mücərrəd ideal model kimi nəzərdən keçirmək lazımdır. Başqa sözlə, təsəvvür etmək ki, tarazlıq heç vaxt olmayıb və ola da bilməz. Lakin buna baxmayaraq tədqi-qata tarazlığın araşdırılmasından başlamaq lazımdır; b) Ta-razlıq optimal qeyri-tarazlıqdır. Bu, o deməkdir ki, o, qiy-mətlərin dəyərdən, nəticələrin xərclərdən kənarlaşmasını ifa-də etməklə, onun fəaliyyət göstərməsi və inkişaf etməsində müsbət rol oynayır; 2) Qeyri-tarazlıq olan tarazlıq iqtisadi vahidləri həm özlərinin, həm də bütövlükdə cəmiyyətin mənafelərinin əksinə fəaliyyət göstərməyə məcbur etməklə, mənfi, dağıdıcı rol oynayır.
Beləliklə, ümumi iqtisadi tarazlıq ölkə iqtisadiyyatının tarazlaşdırılması, bütün sahələrdə və bazarlarda onun normal inkişafını təmin edən qarşılıqlı əlaqə və uzlaşdırılmış sistem deməkdir.
Tələb və təklif öz-özünə deyil, bir-birilə qarşılıqlı əla-qə və təsir şəraitində formalaşır. Qısa zaman kəsiyində (is-tehsalın həcmi sabit olmaqla) tələb, iqtisadiyyata, necə deyərlər, "təzyiq edir". Uzunmüddətli dövrdə isə tələb təklif-lə bərabərləşir, bazar, azad rəqabət şəraitində bir sıra ilkin şərtlərin, daxili qanunauyğunluqların təsiri ilə tarazlığı təmin etməyə "çalışır".
Inhisar və bazar rəqabəti şəraitində (buna qeyri-mükəmməl rəqabət də deyilir) bazar tarazlığı problemini C.Robinson və E.Çemberlin təhlil etmişlər. Onların fikrin-cə, inhisar şəraitində qiymətlər orta və son xərclərdən yüksək müəyyən edilir.
Iqtisadi sistemdə tarazlıq olmadıqda bu, bir sıra mənfi hallara gətirib çıxarır. Bunlar öz əksini artım sürətinin azalmasında, istehlaka meylin artmasında, istehsalın səmə-rəliliyinin aşağı düşməsində və s. tapır.
Aydın məsələdir ki, bazar, təcrübədə meydana çıxan bütün problemləri həll etməyə qadir deyildir, onun vəzifələri və imkanları məhduddur. Müəyyə maneələr meydana çıxdıqda və dəyişikliklər baş verdikdə, məsələn, xammalların və ya yanacağın qiymətləri kəskin surətdə bahalandıqda, texnologiyalarda əhəmiyyətli tərəqqi, habelə siyasi böh-ran olduqda, bazar iqtisadiyyatı yeni tarazlıq şəraitinə dövlətin fəal iştirakı ilə uyğunlaşır. Yeni tarazlığa uyğunlaşma-nın xarakteri isə konkret şəraitdən, iqtisadi nizamlayıcıların səmərəliliyindən, dövlətin iqtisadi siyasətindən və s. asılıdır.
Ümumi iqtisadi tarazlığın ən mühüm anlayışlarından biri də iqtisadi vahidlər, əhali və dövlət tərəfindən nəzərdə tutulan (və ya planlaşdırılan) xərclərlə istehsal olunan milli məhsul arasındakı qarşılıqlı əlaqədir. Bu zaman "xərclər" maddəsində şəxsi istehlak, investisiya və dövlət xərcləri xüsusi qruplara ayrılır. Bunlardan hər hansı biri artırıldıqda ümumi xərclər də artmış olur.
Hər bir iqtisadi vahidin əldə etdiyi gəlir isə həmişə onun şəxsi istehlakına bərabər olmur. Gəlirlər az olduqda əvvəlki dövrlərdən qalan "yığım"dan şəxsi istehlak üçün istifadə oluna bilər və olunur. Gəlirlər artdıqda isə iqtisadi vahidlərdə istər şəxsi istehlak, istərsə də "yığım" üçün ayrı-lan vəsaiti artırmaq imkanı yaranır.
Bununla əlaqədar olaraq, məsələn, əldə edilən əlavə gəlirin hər 500 manatına görə əlavə "yığım" və əlavə istehlak üçün ayrılan vəsaitin təhlili xüsusi maraq doğurur. Bunu aşağıdakı kimi ifadə etmək olar:
MPS=DS : DD və MPC=DC : DD
Burada: MPS–"yığım"a son meylliliyi, MPC–istehla-ka son meylliliyi1, DS–yığımın əlavə artımını, DC–şəxsi istehlakın artımını, DD – şəxsi gəlirlərin əlavə artımını göstərir.
Mövzu 2. Təkrar istehsal.(2 saat)
Plan
1. Təkrar istehsalın mahiyyəti və növləri.
Ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həya-tının əsasını təşkil edir. Lakin isnanlar bu nemətləri bir dəfə istehsal etməklə kifayətlənə bilməzlər. Çünki onlar nemətləri bir tərəfdən istehsal, digər tərəfdən isə istehlak edirlər. Deməli, cəmiyyət istehlak etmədən yaşaya bilmədiyi kimi, istehsal etmədən də yaşaya bilməz Istehsal prosesinin daim təzələnməsi, fasiləsiz olaraq eyni mərhələlərdən keçməklə, sonsuz sayda təkrarlanması təkrar istehsal adlanır. Buradan aydın olur ki, istehsal ayrıca, birdəfəlik əməliyyat olduğu halda, təkrar istehsal, istehsalın daim təkrarlanması, dönə-dönə eyni mərhələlərdən keçməsi prosesidir.
Təkrar istehsalın həyata keçirilməsi üçün istehsalın bütün amilləri mövcud olmalıdır.
Bunlardan birincisi və başlıcası iş qüvvəsi və ya əməkdir
Əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti son nəticədə əhalinin sayı və yaş tərkibi ilə müəyyən edilir. Əhalinin yaş tərkibi isə onun təbii hərəkətindən asılıdır və bu, özünü bir qayda olaraq 15-20 ildən sonra göstərir.
Əhalinin təbii hərəkəti, onun təkrar istehsalının xa-rakteri hər şeydən əvvəl, ölkənin inkişaf səviyyəsi, maddi və mənəvi mədəniyyətin vəziyyəti, sosial şərait, adət-ənənələr, konkret tarixi amillər və s. müəyyən edilir. Bunlar əhalinin artımına, birinci növbədə doğum əmsalı və uzunömürlü-lüyünə müxtəlif cür təsir edirlər.
Demoqrafik proseslər öz təbiətinə görə birbaşa planlaşdırma obyektinə daxil olmasalar da, onları dolayı yolla tənzimləmək olar və lazımdır.
Müasir dövrdə işçi qüvvəsinin təkrar istehsalı qarşı-sında qoyulan ən mühüm vəzifələrdən biri kadrların hazır-lanması sisteminin tamamilə yenidən qurulmasıdır. Çünki bazar iqtisadiyyatı yeni, ona uyğun gələn işçi qüvvəsinin hazırlanması, onların peşə hazırlığı və ümumtəhsil səviy-yəsinin yüksəldilməsini tələb edir.
Sonrakı hər bir istehsal tsiklinin başlanması üçün həm də zəruri miqdarda investisiya əmtəələrinə malik olmaq lazımdır. Başqa sözlə, köhnəlmiş maşın və avadanlıqlar, bina və tikililər yeniləri ilə əvəz edilməli, yaxud da təmir olunmalıdır. Deməli şəxsi istehlak şeylərinin təkrar istehsalı üçün investisiya əmtəələri təkrar istehsal edilməlidir
Təkrar istehsalın həyata keçirilə bilməsi üçün istifadə edilmiş material və yanacaq ehtiyatlarının da ən azı yeri doldurulmalıdır. Təkrar istehsal prosesinin tərkib hissəsi və iqtisadi artımın sabit, uzunmüddətli ilkin şərti olan təbii eh-tiyatların və insanların yaşadıqları mühitin təkrar istehsalı da həyata keçirilməlidir. Təbiət nə qədər zəngin və səxavətli olsa da, onun da sərvətlərinin həddi-hüdudu vardır.
Istehsalın bir-birinin ardınca gələn və birdəfəlik əmə-liyyat kimi götürülən kəmiyyət tərəflərini müqayisə etdikdə, onun miqyasının və buna uyğun olaraq istehsal olunan nemətlərin həcminin dəyişdiyini müəyyən etmiş oluruq. Buna uyğun olaraq təkrar istehsalın aşağıdakı növlərini bir-birindən fərqləndirmək lazımdır: 1) Sadə təkrar istehsal; 2) Geniş təkrar istehsal; 3) Azalan (məhdud) təkrar istehsal.
Sadə təkrar istehsal – istehsalın dəyişməz, əvvəlki həcmdə təkrarlanması deməkdir. Daha doğrusu, əgər sadə-cə olaraq istehlak edilmiş investisiya əmtəələri və şəxsi isteh-lak şeylərinin yeri doldurulursa, əlavə investisiya əmtəələri və şəxsi istehlak şeyləri istehsal olunmursa, iqtisadiyyatda çalışan işçilərin sayı dəyişmirsə bu, sadə təkrar istehsaldır. Sadə təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) hamısı şəxsi istehlakın ödənilməsinə sərf olunur. Geniş təkrar istehsal – istehsal prosesinin artmış miqyasda təkrar-lanması deməkdir. Başqa sözlə, bu təkrar istehsalda nemət-lər – investisiya əmtəələri, şəxsi istehlak şeyləri əvvəlki dövr-lərə nisbətən artır, cəmiyyət yalnız istehlak edilmiş inves-tisiya əmtəələri və istehlak şeylərinin yerini doldurmur, həm də onlardan daha çox istehsal olunur, istehsala daha çox iqtisadi ehtiyatlar cəlb edilir.
Geniş təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) bir hissəsi şəxsi istehlak, digər hissəsi isə məh-suldar istehlak üçün istifadə olunur.
Lakin təsərrüfat quruculuğu təcrübəsində elə hallar da olur ki, istehsal nə əvvəlki həcmdə, nə də artmış miqyas-da təkrarlanmır, əksinə, onun səviyyəsi əvvəlki dövrlərə nis-bətən azalır. Buna azalan və ya məhdud təkrar istehsal deyilir.
Bütövlükdə, insan cəmiyyətinə geniş təkrar istehsal xasdır. Çünkü, hamı üçün normal və daha yaxşı həyat səviy-yəsinin təmin olunduğu, yaxud da buna cəhd göstərildiyi cəmiyyətlərdə geniş təkrar istehsal olmalıdır. Bu, bir sıra amillərlə, xüsusilə də əhalinin sayı və tələbatının artması, iqtisadiyyatın miqyasının genişlənməsi, əmək bölgüsünün dərinləşməsi, xarici iqtisadi əlaqələrin geniş miqyas alması və s. əlaqədardır.
Dostları ilə paylaş: |