FəNN: makroiQTİsadiyyat


Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana gəlmişdir



Yüklə 322,89 Kb.
səhifə37/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   33   34   35   36   37   38   39   40   ...   177
Makroiqtisadiyyat mühazirə

Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana gəlmişdir. XVII – XIX əsrlərdə isə əmtəə-pul münasibət­ləri­nin genişlənməsi ilə əlaqədar olaraq vergilərin başlıca növünə, Avro­panın qabaqcıl ölkələrinin əksəriyyətində dövlət gəlirlərinin əsas mən­bə­lərindən birinə çevrilmişdir. Hazırda geniş mənada başa düşülən ak­siz, inkişaf etmiş ölkələrdə bütün vergi gəlirlərinin təqribən 1/4-ni təşkil edir.

Aksizlər, cəlb olunma üsuluna görə iki yerə bölünür: 1) Fərdi (seç­mə) aksizlər; 2) Universal aksizlər.

Kapitalizmin inkişafının erkən çağlarında fərdi aksizlər geniş yaylmışdı. Bu, başlıca olaraq duz, şəkər, kibrit, tütün, spirtli içkilərin qiymətlərinə əlavə olunmuşdur. Imperializm mərhələsində seçmə aksi­zin şamil edildiyi əmtəələrin siyahısı genişləndirilmiş və avtomobillərin, soyu-ducuların, ətriyyat mallarının qiymətlərinə də daxil edil-mişdir. Son dövrlərdə bu vergi benzin, ağ neft, qaz, habelə telefon xidmətləri, nəq­liyyatda yükdaşınması, avia və dəmir yolu biletlərinin qiymətlərinə də əlavə edilir. Hazırda Almaniyada 20, Yaponiyada isə 600-dən çox seç­mə aksiz fəaliyyət göstərir.

Ikinci dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin ço­xunda seçmə aksizə universal aksiz və ya döv-riyyə vergisi – müəssi­sələ­rin ümumi gəlirindən faizlə alınan vergi əlavə edilmişdir. Hazırda dövriyyə vergisi demək olar ki, iki ölkədə – ABŞ və Kanadada tətbiq edilir. Dövriyyə vergisi nəticə etibarilə pərakəndə satış qiymətlərinin vasitəsilə istehlakçılar tərəfindən ödənilir. XX əsrin 60-cı illərində isə Qərbi Avropa ölkələrində dövriyyə vergisinin əvəzinə universal aksizin yeni növü – əlavə dəyər vergisi tətbiq olunur. Verginin bu növünün döv­riyyə vergisindən fərqi ondadır ki, o, əmtəələrin bütün dəyərindən deyil, istehsal və satışdan ibarət olan ümumi zəncirin hər sonrakı mərhələ­sin­də əlavə dəyərdən alınır. Başqa sözlə, vergiyə, şirkətlərin öz məhsulla­rı­nı reallaşdırdıqdan sonra əldə etdikləri pul və göstərdikləri xidmətlərə görə daxil olan məbləğlə, mal satanlardan satın alınmış xammal, yarım­fab­rikat və xidmətlərə sərf olunan xərclər arasındakı fərq kimi hesab­la­nan əlavə dəyərə görə müəyyən edilir. Əlavə dəyər vergisi təcrübədə aşa­ğı­dakı kimi hesablanır. Müəyyən edilmiş norma ilə satılmış məh­sulların bütün dəyərinə görə vergi məbləği hesablanır, sonra bundan hə­min məhsulların istehsalına sərf olunan xammal, yanacaq, yarımfab­ri­kat və xidmətlərin dəyərinə görə hesablanan vergi çıxılır.

Əlavə dəyər vergisi bir qayda olaraq ayda bir dəfə ödənilir və vergi dərəcəsi 8-20% arasında tərəddüd edir. Almaniyada və Böyük Britaniyada sənayenin bütün sahələri və xidmət növləri üçün vergi dərə­cələri eynidir. Əlavə dəyər vergisi əsas etibarilə pərakəndə satış qiymət­lərinin tərkibində istehlakçılar tərəfindən ödənilir.

Əlavə dəyər vergisindən müəssisələrin xarici iqtisadi fəaliy­yətlərini tənzimləmək üçün kifayət qədər səmərəli istifadə edilir. Bir çox ölkələrdə xaricə mal ixrac edən müəs-sisələri stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri məhsulların qiymətlərinə daxil edilmiş əlavə dəyər vergisi sonradan özlərinə qaytarılır.

Ölkəmizdə araq-konyak və spirt qatılmış içkilər, şampan şəra­bı, pivə, nərə və qızıl balıq kürüsü, təbii xəz və gön-dəri məmulatı, məi­şət kondisionerləri, maşında toxun-muş xalçalar və xalça məmu­latları, minik maşınları, müxtə-lif növ siqaretlər və s. üzrə aksiz vergisi müəyyən edilmişdir.




Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin