FəNN: makroiQTİsadiyyat


Əməyin süzgəcindən keçməmiş təbii ehtiyatlar cəmiyyətin təbii sərvətini təşkil edir



Yüklə 322,89 Kb.
səhifə34/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   30   31   32   33   34   35   36   37   ...   177
Makroiqtisadiyyat mühazirə

Əməyin süzgəcindən keçməmiş təbii ehtiyatlar cəmiyyətin təbii sərvətini təşkil edir. Insanlar yerin təkindən faydalı qazıntıları çıxar­maqla təbii ehtiyatların azalmasına və son nəticədə tamamilə tükən­mə­sinə səbəb olur və onları bərpa etmək imkanına malik deyil­dirlər. Doğ­rudur, insanlar təbii sərvətlərin süni əvəzedicilərini yarada, bəzi­lərini bərpa edə, yaxud da yeni ehtiyatları, təbii yataqları kəşf edə bi­lərlər. Lakin onlar yeni faydalı qazıntı ehtiyatları yarada bilməzlər1.

Bəzi təbii ehtiyatların bərpa olunması müəyyən qə-dər xərc tələb edir və iqtisadi proseslərin – torpağın iqtisadi münbitliyinin yük­səlməsi, süni meşəliklərin salınması və s. – nəticəsi kimi meydana çıxır. Bu zaman həmin ehtiyatların iqtisadi təbiəti dəyişir, onlar təkcə iqtisadi münasibətlərin obyekti deyil, həm də onun nəticəsi olur, təbiətin insan­lara hazır halda verdiyi dövriyyə kapitalının ünsürü olmaqdan çıxır, əmək prosesinin nəticəsinə, məhsulun, insanların əmə-yi ilə yaradılan sərvətin bir hissəsinə çevrilir. Və deməli, bir tərəfdən istehsalın məh­su­lu, digər tərəfdən isə onun maddi ilkin şərti olur. Bir halda ki, belədir, onda sərvətlə məhsul arasındakı qarşılıqlı əlaqədə iki xətti ayırmaq lazımdır. Bunlardan biri "məhsul-sərvət", digəri isə "sərvət-məhsul" xət­tidir.




Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin