FəNN: makroiQTİsadiyyat


Tələb və təklifin inflyasiyası



Yüklə 322,89 Kb.
səhifə63/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   59   60   61   62   63   64   65   66   ...   177
Makroiqtisadiyyat mühazirə

3. Tələb və təklifin inflyasiyası.
Iqtisadçılar inflyasiyanın aşağıdakı iki tipini bir-birindən fərq­ləndirirlər: 1) Tələbin inflyasiyası, 2) Təklifin inflyasiyası.

Ümumi təklif sabit qalmaqla, ümumi tələb artdıqda qiymətlər dəyişir. Və bununla əlaqədar olaraq tələbin inflyasiyası baş verir ki, onu da ən sadə şəkildə belə ifadə etmək olar: "dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq üçün daha çox pul kütləsi olur".

Lakin ümumi tələblə istehsalın həcmi, məşğulluq və qiymətlər arasındakı nisbətin öyrənilməsi ilk baxışda təsəv-vür olunduğu kimi o qədər də sadə məsələ deyildir.

Ilk dövrlərdə istehlak və investisiya, habelə hökumə-tin sərf etdiyi və xalis ixracla əlaqədar olan ümumi xərclər az olduğuna görə ümummilli məhsul tələb olunan qədər istehsal edilmir, müəssisələrin is­tehsal güclərinin çox hissəsi fəaliyyət göstərmir, işsizlik artır. Ümumi tələb artdıqda isə istehsalın həcmi artır, işsizliyin səviyyəsi aşağı düşür, qiymətlər ya çox az qalxır, yaxud da sabit qalır. Bu, onunla izah edilir ki, fəaliyyət göstərməyən çox böyük miqdarda maddi və əmək ehti­yat­larının istehsala cəlb olunmasına ma-raq artır, mövcud qiy­mət­lərlə on­la­rı istənilən vaxt istifadəyə vermək imkanı meydana çıxır. Bu­nun nəticə­sində məhsul istehsalı çoxalır, qiymətlər isə bahalışmır.

Tələb artdıqda isə iqtisadiyyat tam məşğulluğa və mövcud eh­tiyatlardan tam istifadə olunmasına yaxınlaş-maqla ikinci mərhələyə daxil olur. Lakin qeyd etmək lazım-dır ki, tam məşğulluğa nail olunana qədər də qiymətlər təd-riclə artmağa başlaya bilər. Ona görə ki, isteh­salın miqyası genişləndirildikcə dövriyyəyə cəlb edilən ehtiyatlardan iqtisadiyyatın bütün bölmələrində və sənayenin bütün sahələrində bir­dən-birə, eyni vaxtda istifadə olunmur. Daha doğrusu, sənayenin bir çox sahələrində artıq isthesal gücləri olduğu halda, digərlərində "zəif yerlər" meydana çıxır. Sənayenin bəzi sahələri özünün artıq istehsal güclərindən başqalarına nisbətən daha tez istifadə edirlər. Işçi qüvvəsi bazarlarında tələbin artması nəticəsində işçilərin bəzi kateqo­riyala­rın­dan tam istifadə olunmağa başlayır, onların əmək haqqı yüksəlir. Bun­larla əlaqədar olaraq firmaların istehsal xərcləri də artır və buna görə də onlar qiymətləri qaldırmağa məcbur olurlar.

Əmək bazarında təklifin azalması kollektiv müqavi-lələr bağla­narkən həmkarlar ittifaqının sahibkarlara təsiret-mə imkanlarını geniş­ləndirir və əmək haqqının artırılma-sına nail olmaqda onlara kömək edir. Firmalar tətil hərəka-tından (xüsusilədə iqtisadiyyatın inkişaf et­diyi dövrdə) çəkinərək əmək haqqını artırmağa razı olurlar. Bundan baş­qa, ümumi xərclər artdıqda, firmalar onu, qiymətləri qaldır-maqla istehlakçılardan "çıxarmağa" çalışırlar. Nəhayət tam məşğulluğa nail ol­unduqda, firmalar daha məhsuldar, yəni ixtisaslı peşə sahiblərini muzdla tutmaq məcburiyyətində qalırlar ki, bu da öz növbəsində xərc­lərin və qiymətlərin artmasına səbəb olur. Ikinci dövrdəki inflya­si­yanı bə­zən "vaxtsız" inflyasiya adlandırırlar. Çünki o, ölkədə tam məş­ğulluq başlananadək meydana çıxır.


Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin