Fənn: Mikrobiologiya, mıkroblolojl müayinə texnikası və epidermologiyanın əsasları ilə *Laborator diaqnostika* Söbəsl.
II kurs, III semestr, mövzu 1
MİKROBİOLOGİYA FƏNNIİ. TlBBl MİKROBİOLOGİYANIN MƏSƏLƏLƏRİ Mikrobiologiya biologiya elminin bir bölməsi olub, mikroorqanizmlərin həyatını, inkişaf qanunlarını öyrənir. Mikrobiologiya elmi ümumi və xüsusi hissələrə bölünür. Ümumi mikrobiologiya mikroorqanizmlərin quruluşunu və həyat fəaliyyətini, onların təbiətdə yayılmasını, irsiyyət və dəyişkənliyini, İnfeksiya və immunitetini öyrənir. Xüsusi mikrobiologiya ayrı-ayrı xəstəliklərin törədicilərini və onların laborator - diaqnostik üsullarını öyrənir.
Mikrobiologiyanın inkişaf tarixi Hələ qədim yunan həkimi Hippokrat əsərlərində infeksion xəstəliklərin baş verməsinə səbəb havada olan ''miazm" adlı zəhərli qazların olduğunu iddia edirdi. İnfeksion xəstəliklərin əmələ gəlməsinə səbəb hər hansı bir canlının olması fikrini XVII əsrin əvvəllərində A. Kirxer söyləmişdir. Mikroorqanizmlər ilə əlaqədar olan bu fərziyyələri qəti olaraq öz təcrübələrində təsdiq edən isə A. Levenhuk olmuşdur. XIX əsrdə fransız alimi Lui Paster qıcqırma və çürümə proseslərini mikroorqanizmlər tərəfindən törədildiyini göstərmişdir. Həm də Paster mikrobların anaerob şəraitdə inkişaf etdiyini müəyyən etmişdir. Paster qarayara, quduzluğa qarşı da vaksin aldı. R.Kox (1849-1910) ilk dəfə mikroorqanizmlərin ayrı-ayrı növlərinin təmiz kulturasını almaq üçün bərk qidalı mühitləri təcrübəyə daxil etdi. Professor Minx qayıdan yatalaq, Moçutkovski isə səpkili yatalaqlı xəstənin qanını özlərinə vurmaqla törədicini qanda aşkar etmişdir.
Mikrobiologiyanın inkişaf tarixini şərti olaraq bir neçə dövrə bölmək olar:
Morfoloji dövr - mikroorqanizmlərin təsviri dövrü (A. Levenhuk).
Fizioloji dövr - L. Paster və R.Kox ilə əlaqədar olub, mikroorqanizmlərin həyat fəaliyyətini və inkişaf qanunlarının mahiyyətinin açılması dövrüdür.
İmmunoloji dövr - Meçnikovun işləri ilə əlaqədardır.
İmmunologiyanın tarixi inkişafı tibbi mikrobiologiyanın inkişafı ilə sıx əlaqədardır. İmmunologiyanın, eləcə də mikrobiologiyanın əsas banilərindən biri L.Paster hesab edilir, immunitetdə humoral və hüceyrə nəzəriyyələrinin əsas banilərindən iki böyük alimin - P.Erlix və İ.Meçnikovun fəaliyyəti qeyd olunmalıdır. P.Erlix və onun tərəfdarları hesab edirdilər ki, immunitetdə orqanizmin mayelərində olan humoral amillər (qan zərdabı və limfa) əsas rol oynayır. 1908-ci ildə İ. Meçnikov və P.Erlix immunologiya sahəsində apardıqları işlərə görə Nobel mükafatına layiq görülmüşdür. İmmunologiya molekulyar biologiya, genetika , biokimya və hüceyrə biologiyası ilə sıx əlaqədardır.
Virusologiya- viruslar haqqında elmdir. Mikrobiologiya və immunologiya ilə birlikdə tibbi-biolojı fənnə daxil edilir. Onun sahəsi çox genişdir. O, biologiya, genetika, molekulyar biologiya, baytarlıq və fitopatologiya sahəsində də xüsusi yer tutur. Viruslar 1892-ci ildə rus alim-bioloqu D.İ.İvanovski tərəfindən tütünün mozaika xəstəliyinin öyrənilməsi zamanı kəşf edilmişdir.
Hazırda 2000-dən artıq virus tapılmışdır kı, bunların 600-dən ςoχu insanlarda xəstəlik törədir.
Azərbaycanda mikrobiologiya elminin inkişafı. Azərbaycanda mikrobiologiyanın inkişafı şəhərlərdə və kəndlərdə müxtəlif infeksion xəstəliklərin yayılması ilə sıx əlaqədardır. 1926- cı ildə professor Zdrodovskinin rəhbərliyi ilə mikrobiologiya kafedrası yaradıldı. Mikrobiologiya kafedrasına 1933-1971-ci ilədək F-Yaqubov başçılıq etmişdir. Kafedrada Ə.Səmədov, R. Bayramova, N. Əliyev, X. Əmiraslanov və başqaları müvəffəqiyyətlə işləmişlər. Yaqubov müayinənin serolojı metodlarını, Azərbaycan dilində mikrobiologiyanın terminologiyasını hazırlamışdır. Professor N. Əliyev Azərbaycan dilində ''Tibbi mikrobiologiyanın əsasları" kitabını yazmışdır. Sonralar o, həmin kafedraya rəhbərlik etmişdir. R. Bayramova mikrobiologiya sahəsində ilk azərbaycanlı qadın professordur. Azərbaycanda gənə ensefalıtı problemini öyrənmişdir.
1 Mikroorqanizmlərin əsas formalarını ilk dəfə göstərmişdir
1) A. Levenhuk
2) D. Samoyloviç
3) E. Cenner
4) L. Paster
2. İlk dəfə hansı xəstəliyə qarşı peyvənddən istifadə olunmuşdur?
1) Su çiçəyi.
2) quduzluq;
3) taun.
4) qrip.
3. Paster mikrob kulturasını qızdırmaqla hansı xəstəliyə qarşı peyvənd hazırlamışdır?