Müəllim:Nərmin Musayeva
Kurs,qrup: 1-ci kurs,TB4
Mövzu: Virusologiyanin əsasları və növləri
Viruslar hüceyrə quruluşuna malik olmayan, bakterial süzgəclərdən asanlıqla keçən canlılardır. ‖Virus‖-zəhər deməkdir. Viruslar haqqında elm virusalogiya adlanır. 1892 ci ildə rus alim-bioloqu D.İ. İvanovski tərəfindən tütünün mozaika xəstəliyinin öyrənilməsi zamanı kəşf edilmişdir.
Virusalogiyanın ləngiməsinə aşağıdakılar səbəb olmuşdur:
1) Virus hissəciklərini görməyə imkan verən mikroskopun olmaması.
2) Süzülən agentin becərilməsinə imkan verən qidalı mühitin olmaması.
A. Budraff və Ə. Qudpasçer tərəfindən toyuq embrionunda virusların becərilməsi və elektron mikroskopların kəşfi göstərilən çətinlikləri aradan qaldırmağa imkan yaradır. Hazırda 2000-dən artıq virus tapılmışdır ki, bunların 600-dən çoxu insanlarda xəstəlik törədir: çiçək, qrip, qızılca, polimelit və s.
Viruslar prokariot və eukariot mikroorqanizmlərdən struktur quruluşuna görə fərqlənir:
1. Onlar ancaq bir tip nuklein turşusuna malikdir.
2. Onların hüceyrə quruluşu yoxdur.
3. Böyümə və ikiyə bölünmə qabiliyyətinə malik deyil.
4. Öz tərkib hissəsinin deyil, sahib hüceyrənin hesabına çoxalır.
5. Xüsusi zülalını sintez etmək üçün sahib hüceyrənin ribosomundan istifadə edir.
6. Genetik parazitdir.
Virusların sahib hüceyrədən kənar forması virion adlanır.
Virionun mərkəzində nuklein turşularından ibarət olan nukleoid yerləşir, xaricdən isə onu zülal təbiətli kapsomerlərdən ibarət kapsid əhatə edir. Kapsomerlərin vəziyyətinə görə viruslar iki simmetriyalı ola bilir: kuboidal və spiral formalı. Çöpvari və sapvari viruslar əsasən spiral formalı, sferik viruslar isə kyboidal simmetriyalı viruslara aiddir. Bəzi viruslarda isə kapsid superkapsid adlanan xarici təbəqə ilə əhatə olunmuşdur.
Virusları başqa canlılardan fərqləndirən digər cəhət onların obliqat parazit olmalarını təmin edən zülal sintezedici xüsusi bir sistemininin olmasıdır. Eukariot prokariotlardan fərqli olaraq viruslar bölünməklə yox, disyuktiv reproduksiya yəni, istehsal etmə, sürətini çıxarma üsulu ilə çoxalırlar. Bütün viruslar DNT və RNT genomuna malikdir. Digər orqanizmlərdə isə, irsi xassələr yalnız iki zəncirli DNT-də yerləşdiyi halda, viruslarda genetik aparat, həm DNT-də, həm də RNT-də cəmlənmişdir.
Virionda kapsid zülalı ilə yanaşı, əsasən daxili zülal da müşahidə edilir. Kapsid zülalının ən əsas xüsusiyyətlərindən biri onun proteolitik fermentin təsirinə qarşı qeyri-adi yüksək davamlılığa malik olmasıdır. Bu isə polipeptid zəncirinin müəyyən düzülüşünə malik olması ilə izah edilir ki, nəticədə peptid əlaqəsi ferment təsirnə qarşı davamlı olur. Kapsid zülalının digər xüsusiyyəti onların öz-özünə formalaşma qabiliyyətinə malik olmasıdır.
Virusların təsnifatı- DNT-tərkibli viruslar (dezoksiriboviruslar)
Poxviridae-təbii çiçək virusu, çiçək vaksini virusu
Herpesviridae-sadə herpes virusu, su çiçəyi və sitomeqaliya virusları
Hepadnöviridae-B hepatit virusu
Adenoviridae-adenoviruslar
Papovaviridae-papilloma, polioma
RNT-tərkibli viruslar (riboviruslar)
Ortomyxoviridae-qrip virusları
Paramyxoviridae-paraqrip, qızılca, epidemik paratit
Rhabdoviridae-quduzluq
Coronaviridae-koronoviruslar
Flaviviridae-sarı qızdırma, gənə və yapon encefaliti, məxmərək viruslar
Retroviridae-QİÇS virusu
Picornaviridae-enteroviruslar (poliomielit, koksaki, ESNO) A hepatit virusu və s.
DNT-tərkibli virusların replikasiyasında iştirak edən bir sıra fermentlər və DNT polimerazanın əmələ gəlməsinə nəzarət edən ilkin genlər transkripsiya (ötürülür) edir. Bu hadisə sahibin DNT dən asılı RNT polimerazasının iştirakı ilə baş verir. Bu viruslardan (Adenoviruslar, papovo və parvo viruslarda) DNT nin replikasiyası sahibin DNT polimerazasının iştirakı ilə gedir.
Bütün DNT tərkibli viruslarda bu proses nüvədə, yalnız poxviridae viruslarda sitoplazmada baş verir (təbii çiçək)
RNT tərkibli viruslarda nuklein turşularının replikasiyası (ikiləşməsi) 3 yolla baş verir.
1-Ribosomları translyasiya edir nəhəng polipeptid əmələ gətirir və replikasiya başlayır.
2-Digər virusların RNT-si matriks (əsas) rolunu oynayır və RNT-nin transkripsiyası baş verir.
3-Onkogen RNT tərkibli viruslarda isə sintez başqa cür gedir. Matrikslə onun RNT-si DNT surətin (kopya) əmələ gətirir. RNT-dən aslı DNT polimeraza və ya əks transkriptaza iştirak edir, sonra bir saplı DNT-nin replikasyası başlanır ki, bu da iki saplı formanın yaranması ilə başa çatır. Sonra matriksdə DNT üzərində RNT molekulu sintez edilir. Bunların bir hissəsi RNT fondunun digəri isə məlumat RNT-si funksiyasını yerinə yetirərək kapsid zülalını sintez etmək üçün ribosomlara translyasiya edilir.