Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Universiteti
Kafedra: Maliyyə və iqtisadiyyat
Fakültə:Biznes iqtisadiyyat
Fənn: Mikroiqtisadiyyat-1
Mövzu:Əmək bazarında tələb və təklif
İxtisas:Menecment
Kurs: I
Qrup:204408
Müəllim: Xədicə Ələkbərova
Tələbə:Gülay İsmayılova
Plan .
1.Əmək bazarının məzmunu və quruluşu
2.Əmək bazarında tələb və təklif
3.Əməyin təşkilinin əsas istiqamətləri.
Ədəbiyyat siyahısı
Əmək bazarında tələb və təklif
Planlı iqtisadiyyat sistemində “ əmək bazarı ” anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır.
Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |