Fənn: Mikroiqtisadiyyat-1 Mövzu:Əmək bazarında tələb və təklif



Yüklə 109,87 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü109,87 Kb.
#41978
1   2   3   4   5   6
gülay

Əmək bazarının mahiyyəti iş verənlə muzdlu işçinin alqı-satqı sövdələşməsi, onların mənafelərinin bir-birilə razılaşdırılması mexanizmlər məkanı və sistemidir. Başqa əmtəə sferalarında olduğu kimi burada da tələb və təklif qanunu hök sürür. əmək bazarı isə öz növbəsində işçi qüvvəsinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi funksiyasını icra edir. Əmək bazarının mexanizmləri olan işçi qüvvəsinə tələb ,işçi qüvvəsinin təklifi,işçi qüvvəsinin dəyəri və qiyməti, rəqabət, habelə işçi qüvvəsi ehtiyatı (rezervi) ,onların arasındakı əlaqə sıxlığı və nisbət konkret şəraitdən asılıdır.

Respublikamızın bəzi rayonlarında əmək ehtiyatlarının çatışmamazlığı, digərlərin isə artıqlığı müşahidə olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur. Respublikamızda ötən illər ərzində əhalinin artım sürəti azalmışdır. Bu prosesin səbəblərini əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü, eləcə də gənclərin respublikadan miqrasiyası ilə izah etmək olur. Daxili və xarici miqrasiyalar respublika üzrə əmək ehtiyatlarının paylanmasında mütənasiblik prinsiplərinin pozulmasına təsir göstərir. 1989-cu ildən başlayaraq respublikada miqrasiya daha intensiv inkişaf etməyə başlamışdır. Buna bir tərəfdən məlum hadisələr zəminində baş vermiş milli münaqişələr, digər tərəfdən isə daha da ağırlaşmış sosial problemlərin təsiri altında dolanışıq məqsədi ilə əsasən Rusiyaya və keçmiş SSRİ-nin digər respublikalarına, habelə xarici ölkələrə gedənlərin sayının sürətlə artması böyük təsir göstərmişdir. Bu səbəbdən, respublikanın şəhər və kəndlərində əmək ehtiyatlarının sayı azalmışdır. Bölgələrdə bəzən bəlli bir layihələr həyata keçirilərkən, inşaat, emal və ya istənilən digər sahələr üzrə kifayət qədər mütəxəssis tapmaq qeyri-mümkün olur. Bakı şəhəri daha çox inkişaf etdiyindən daxili miqrasiya şəraitində bacarıqlı kadr ehtiyatları paytaxta toplanıb. Kəndlərdə əmək ehtiyatlarının səviyyəsinin aşağı düşməsinə işçilər üçün iş və istirahət şəraitinin yaradılmaması, yeni texnologiyaların tətbiq edilməməsi, əməyin mühafizəsinin norma və qaydalarına riayət olunmaması, peşəyönümü istiqamətində daha məqsədəuyğun tədbirlərin hazırlanmaması və ən başlıcası yeni iş yerlərinin yaradılmasının lazımi səviyyədə olmamasıdır. Gələcəkdə yeni iş yerlərinin yaradılması üçün sənaye müəssisələrini, onların filiallarını və sexlərini kiçik şəhərlərdə, şəhər tipli qəsəbələrdə, əhalisi çox olan kəndlərdə təşkil etmək daha məqsədəuyğun olardı və bu kənd yerlərindən gedənlərin axınının qarşısının alınmasına öz müsbət təsirini göstərə bilər.


Mütəxəssislər cəmiyyətin potensial göstəricisidir. Dövlət məşğulluq siyasətinin mərkəzində məhz bu amil - hazırlıqlı kadr yetişdirmək vəzifəsi dayanmaqdadır. Əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)" təsdiq olunmuş, Məşğulluq Strategiyasının reallaşdırılmasını təmin edən Dövlət Proqramı hazırlanmış və bu sənəd respublika Prezidentinin 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmişdir.
Kadr hazırlığı heç vaxt rəqabət qabiliyyətini itirmir, əksinə, getdikcə daha da artırır. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, dünya bazarında gedən rəqabət prosesində yalnız yüksək səviyyəli kadrlara malik olan ölkələr qalib gəlirlər. İnsana kapital qoyuluşu, yəni onun mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyalar dünya təcrübəsində ən çox gəlir gətirən investisiya sahəsi kimi dəyərləndirilir. İxtisaslı və peşəkar kadrlar hər hansı müəssisə və ya təşkilatın dəyərli resurslarndan biri sayılır.


Yüklə 109,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin