Fənn: Mikroiqtisadiyyat-1 Mövzu:Əmək bazarında tələb və təklif


Əməyin təşkilinin əsas istiqamətləri



Yüklə 109,87 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü109,87 Kb.
#41978
1   2   3   4   5   6
gülay

Əməyin təşkilinin əsas istiqamətləri.

Əməyin təşkili müəssisələrdə istehsalın təşkilinin mühüm tərkib hissəsidir. Cəmiyyət istehsal və istehlakdan kənar yaşaya bilmədiyi kimi təbiətlə insanın iştirakından ibarət olan əmək prosesi olmadan da yaşaya bilməz.

Müəssisələrdə əməyin düzgün təşkili dedikdə, iş qüvvəsindən səmərəli istifadə və az əmək sərfi ilə çox məhsul istehsal etmək vəzifəsi başa düşülür. Texnika və istehsalın təşkilinin təkmilləşməsinin mövcud səviyyəsində iş qüvvəsindən planauyğun və məqsədəuyğun istifadə etməyə yönəldilmiş tədbirlər məzmununa əməyin təşkili deyilir.

Əməyin təşkilində məqsəd - az əmək sərfi ilə çox məhsul istehsalından, insanın əmək proseslərində hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmaqdan, müəssisə kollektivinin bütün iş vaxtı fondundan, istehsal avadanlıqlarından və maddi vəsaitlərdən səmərəli istifadə hesabında əmək məhsuldarlığının dönmədən artmasını təmin etməkdən ibarətdir. Yeni texnika və mütərəqqi texnoloji proseslərin inkişafı, kompleks mexanikləşdirmə və avtomatlaşmanın geniş tətbiqi, habelə müəssisələrin daha da ixtisaslaşdırılması və istehsal koperasiyasının yaxşılaşdırılması əsasında istehsalın texniki səviyyəsinin yüksəldilməsi əmək təşkilinin təkmilləşməsini tələb edir. Elm və texnika inkişaf etdikcə əməyin təşkili də öz formasında müəyyən qədər dəyişiklik edir. K.marks və F.Engels hələ vaxtı ilə yazırdılar: ” Əməyin təşkili üsulları, formaları və xarakteri həm istehsal münasibətləri və həm də məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə müəyyənləşir... əmək mövcud əmək alətlərindən asılı olaraq müxtəlif şəkildə təşkil olunur və bölüşdürülür.

Müəssisələrdə əməyin təşkilinə aşağıdakı məsələlər daxildir:


  • əmək bölgüsü və əmək kooperasiyası;

  • əmək proseslərinin təşkil olunması;

  • əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə tədbirlər;

  • əmək intizamının möhkəmlənməsi;

  • işçilərin mədəni – texniki və istehsal ixtisasının artırılması üzrə tədbirlər;

  • mütərəqqi əmək üsulları və əmək fəndlərinin tətbiqi;

  • iş yerlərinin təşkili;

  • işçilərin maddi və mənəvi həvəsləndirilməsi;

  • əməyin normallaşdırılması

Müəssisələrdə əmək təşkilinin əsas, müqəddəm, ilkin şərtləri aşağıdakılardan ibarətdir:

  • əməyin mexanikləşmə səviyyəsinin yüksəldilməsi4

  • istehsalın texnoloji prosesinin təşkili;

  • istehsalın ixtisaslaşması və təmərküzləşməsi;

  • müəssisəyə onun istehsal bölmələrinin operativ təsərrüfat müstəqilliyinin təmin edilməsi;

  • işçilərin mədəni-texniki səviyyəsinin yüksəldilməsi

Əmək təşkilinin əsas prinsiplərinə isə aşağıdakılar daxildir :

  • əmək məhsuldarlığının yüksəldilməsi əsasında işçilərin həyat səviyyəsinin ardıcıl olaraq yaxşılaşmasının təmin edilməsi;

  • əmək şəraitinin sağlamlaşdırılması;

  • işçilərin yaradıcı təşəbbüsünün inkişaf etdirilməsi və müəssisədaxili ictimai münasibətlərin təkmilləşməsi;

  • şəxsi və kollektiv maddi maraq prinsipinin möhkəmlənməsi və onların düzgün əlaqələndirilməsi.

Əməyin elmi təşkili ( ƏET ) əməyin təşkilinə qarşı qoyulan 1 anlayış deyildir.ƏET-nə əməyin təşkilinin yüksək mərhələsi kimi baxmaq lazımdır. ƏET elm və texnikanın, habelə təcrübənin son naliyyətləri əsasında əmək proseslərinin təkmilləşməsi prosesidir. Ona görə də ƏET – in mövcud əmək təşkilinə elm və təcrübənin əldə etdiyi naliyyətlərin əlavə edilməsi kimi başa düşmək olar. ƏET-nin başlıca mahiyyəti.əməyin təşkili formalarının texnikanın inkişafından geridə qalması hallarını aradan qaldırçaqdan,əmək təşkili formalarının texnikanın inkişaf səviyyəsinə uyğun gəlməsini təmin etməkdən ibarətdir.

ƏET-nin əsas istiqamətləri aşağıdakılardır:



  • iş yerlərinin səmərəli təşkili və iş vaxtından istifadə

  • əmək üsulları və fəndlərinin səmərələşdirilməsi

  • səmərəli əmək bölgüsü və əmək kooperasiyasının seçilməsi

  • əməyin normallaşdırılmasının təkmilləşməsi

  • əmək şəraitinin yaxşılaşdırılması

  • kadrların hazırlığı istehsalat təlimi

  • maddi həvəsləndirmənin təkmilləşməsi

  • əmək və istirahət rejiminin səmərələşdirilməsi

  • idarəçilik əməyinin səmərəli təşkili


ƏDƏBİYYAT:

1.Tofiq Quliyev “Menecmentin (idarəetmənin) əsasları”BAKI-2006

2. K. A. Şahbazov, M. H. Məmmədov, H. S. Həsənov “ Menecment” Bakı- 2005

3.Ağasəf İmran “Menecment” Bakı - 2007




Yüklə 109,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin