Belçika. Xarici İşlər Nazirliyi.
Onun tərkibinə baş katiblik və beş baş departament: siyasi, inzibati, hüquqi, xarici siyasi əlaqələr və inkişaf məqsədilə əməkdaşlıq departamentləri daxildir. Siyasi departament iki direktorluqdan - ikitərəfli münasibətlər və beynəlxalq əlaqələr direktorluğundan ibarətdir ki, onlar da öz növbəsində bölmələrə və xidmətlərə bölünürlər. İkitərəfli münasibətlər direktorluğu: Qərb ölkələri bölməsi, Yaxın Şərq və Şimali Afrika bölməsi, Uzaq Şərq bölməsi, Latın Amerikası bölməsi. Beynəlxalq əlaqələr direktorluğu: Qərb ölkələri təşkilatı xidməti, Avropa təşkilatları xidməti; Şərq-Qərb münasibətlərinin koordinasiya məsələləri üzrə xidmət, ətraf mühitin qorunması problemləri üzrə xidmət; tarix məsələləri üzrə xidmət; ümumi məsələlər üzrə xidmət. Nazirliyin bütün xidmətlərinin işinin koordinasiyası baş katibliyin vəzifəsidir.
Dostları ilə paylaş: |