Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas


Mövzu 7: Ailə şəxsiyyətinin sosial inkişafının mühüm amili kimi  Plan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Sosial pedaqogika (Mühazirələr)

Mövzu 7: Ailə şəxsiyyətinin sosial inkişafının mühüm amili kimi 
Plan
1. Ailə tipləri 
2. Ailədə qarşılıqlı münasibıtlərə xələl gətirən amillər 
Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamı 
üçün çox önəmli bir ünsür, hamının rahatlıqla sığınıb isindiyi bir 
ocaqdır. Ailə kiçik bir dövlət hesab edilərək cəmiyyətin əsasını təşkil 
edir. Ailə məsələsi bütün dövrlərdə insanları, dövlətləri düşündürən, 
onlar üçün hər şeydən zəruri olan bir məsələdir. Onun necə olması, hansı 
təməllər üzərində qurulması, inkişafı, övladların tərbiyəsi millətin və 
dövlətin gələcəyinin əsas şərtlərindəndir. Ailə elə bir qurumdur ki, 
burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə olunmuşdur.
Bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə formalaşır. Ailənin 
şəxsiyyətin inkişafında, böyüyən insanın taleyində əhəmiyyəti çox 
böyükdür.Ailə cəmiyyətin insan qruplarının ilkin mərhələsi olub ər-
arvadı, uşaqları öz ətrafında birləşdirən insan qrupudur. Hər bir insanın 
mənəvi keyfiyyətləri, davranışının ilkin cəhətləri ailədə formalaşır, 
xüsusilə – xeyirxahlıq, diqqətlilik, qayğıkeşlik, böyüklərə, valideynlərə 
hörmət, kiçiklərə qayğı, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq, 
əməksevərlik, vətənpərvərlik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə 
olunmasıailədə formalaşır. 
Qloballaşan cəmiyyətimizdə gündən-günə artan və diqqəti cəlb edən 
həyat hadisələri onu göstərir ki, müxtəlif amillərin təsiri nəticəsində ailə 
tərbiyəsi sistemində problemlər, çətinliklər əsaslı dəyişikliklər baş 
verməkdədir. Uzun əsrlər boyu milli-mənəvi dəyərlərə bağlılığını 
qoruyub saxlamış ənənəvi ailə məfhumunun bəzi hallarda erroziyaya 
uğraması prosesi də nəzərə çarpır. Bu xoşagəlməz dəyişmənin əsas 
səbəbləri kimi sosial-iqtisadi çətinlikləri, azuşaqlı və təkuşaqlı ailələrin 
sayının artmasını, yeni qurulmuş ailələrin təcrübəli valideynlərdən çox 
tez ayrılaraq müstəqil həyata erkən başlamalarını, sosial amilləri və ən 
əsası gənclərin ailə qurumu mövzusunda az biliyə sahib olmalarını 
göstərmək olar. 
Ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas 
elementlərdən biri sayılır. Ailə yaxın qohumların birlikdə 
yaşadıqları sosial qrupdur. Lakin buna adi qrup kimi baxmaq da doğru
deyil. 


O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir.Bu baxımdan da ailə 
cəmiyyətin mühüm təsisatlarından biri sayılır. Ailə 
hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu
sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin 
inkişafında mühüm rol oynayır. Nikah isə 
ailənin hüquqi əsasıdır. Nikah kişi ilə qadın arasında, 
valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, 
müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. 
Ailənin cəmiyyətdə oynadığı mühüm rollardan biri onun şəxsiyyətin, 
xüsusilə də uşaqların şəxsiyyətinin formalaşması ilə bağlıdır. 
Şəxsiyyət amili vətəndaş cəmiyyətində diqqət yetirilən əsas 
amillərdəndir. O cəmiyyət kamil vətəndaş cəmiyyəti 
sayılır ki, orada azad şəxsiyyət yetişir və inkişaf edir.
Təcrübə göstərir ki, şəxsiyyətin formalaşmasında ailə 
münasibətləri, onu əhatə edən insanların ona qayğısı müsbət rol oynayır. 
Şəxsiyyətin inkişafına, xüsusilə kiçik və məktəb 
yaşlı uşaqlara ailə mühiti güclü təsir göstərir. Ailə onların maraq və 
tələbatlarının həyata keçməsi üçün əlverişli şərait yaradır. Şəxsiyyətin 
əxlaqi və sosial keyfiyyətlərinin də əsası ailədə qoyulur. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin