Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
  1   2   3   4   5   6   7   8   9   ...   15
Sosial pedaqogika (Mühazirələr)



Fənn: Sosial pedaqogika 
Fənn müəllimi: Nahidə Cəfərova 
İxtisas: Muhasibat 
Kurs: 2 
Mövzu 1. Sosial pedaqogikanın mövzusu və vəzifələri 
Plan:
1. Sosial pedaqogikanın mövzusu 
2. Pedaqogikanın kateqoriyaları 
Pedaqogika elminin maraqlı tarixi var. XX yüzillikdə ictimai 
təcrübənin müxtəlif sahələrinə nüfuz etdikcə onun müxtəlif sahələri 
inkişaf edir formalaşır. 
Körpəlik pedaqogikası, məkətəbəqədər pedaqogika, ali məktəbəqədər 
pedaqogika, xüsusi pedaqogika, tibbi pedaqogika, hərbi pedaqogika, 
idman pedaqogikası və.s 
Son illər bu elm sahələri sırasına social pedaqogika daxil olmuşdur. 
Sosial pedaqogika termini IX-əsrdə yaranmışdır.Onu ilk dəfə təqribən 
130 il bundan əvvəl Alman pedaqoqu Disterverq təklif etmişdir.
Əsas aktuallıqını isə X-əsrin 80-90ci illərindən etibarən aktuallığını 
tapmışdır. 
Yetim evlərində uşaq müəssələrində yataqxanalarda,mənzil istismar 
idarələrində social pedaqoq (social işçi) fəaliyyət göstərib. 
Yalnızca onlara sosial pedaqoq deyil, tərbiyəçilər deyiblər. 
Hal-hazırda sosial pedaqogika böyüyən nəslin, təlim, təhsil, tərbiyənin 
qanunu, məqsəd, məzmun və qanunauyğunluqlarından və səmərəli 
yollarından bəhs edən elmdir. 
Sosial pedaqogika iki elmin sosialogiya və pedaqogikanın 
qovşağından əmələ gəlir. Sosial pedaqogika yeni bilik sahəsidir. Onun 
öz predmenti təqdiqat metodları vardır. 
Sosial pedaqogika cəmiyyətin və cəmiyyətdə bərqərar olmuş ictimai 
münasibətləri öyrənir. Böyük əhəmiyyətə malik olan bu elm sahəsi 
mikro və makro sosialoji cəmiyyətləri öyrənir. 
Deməli sosial pedaqogika elmi cəmiyyətin bütün təbəqələrində 
insanların sosial tələbatlarını ödənilməsinə xidmət edir. 
Sosial pedaqogika ailə tərbiyəsini onun xususiyyətlərini dini və ictimai 
tərbiyəni üstün tutur. 


Məs. İslam dini ilə insanpərvərlik dözümlüluk, insalara və bütün 
varlıqlara məhəbbət kimi əxlaqi normaların gözlənilməsinə əməl 
olunmasından ibarətdir. Sosial pedaqogikanın obyekti-insan, predmenti 
isə praktik fəaliyyətin prinsiplərinin forma üsullarıdır. 
Sosial pedaqogikanın vəzifəsi müstəqil yaradıcı insanlarla, müsbət 
münasibətlərə qadir olan öz vaxtına səhətinə məhsul olan şəxsiyyəti 
formalaşdırmaqdır. 
Sosial pedaqogikanın kateqoriyalarına aşağıdakılar daxildir. 
1. Sosial pedaqoq-uşaqlar, yeniyetmələr, gənclər, və yaşlılara müxtəlif 
sosail mədəni muhitdə (ailədə, tədris müəssələrində, uşaq evlərində, 
əmək kollektivlərində, istirahət yerlərində və.s) aparılan tərbiyəvi işləri 
təşkil edən mütəxəsisdir. 
O şəxsiyyəti və onu əhatə edən mikro muhitini, psixo pedaqoji 
xusiyyətlərini öyrənir.Onun maraq və tələbatlarını müəyyənləşdirir 
kənara çıxmaları konfilikli situasiyaları üzə çıxarıb vaxtında ixtisaslı 
yardım göstərir. 
2. Sosiallaşma- insanın bütün həaytı boyu ətraf muhitlə qarşlıqlı təsir 
şəraitində sosail norma və mədəni əxlaqlı dəyərləri mənimsəməsi özünü 
reallaşdırması prosesidir. 
3. Sosium- İnsanın formalaşdığı mühit onu əhatə edənlərin qrupudur. 
4. Mikrososium- İnsanın ən yaxın ətarfı, gündəlik təmasda olduğu 
unsiyyət və qurduğu munasibətlər ona bir başa təsir göstərə bilən ailə 
məktəb, yaşayış yeri dostlarından ibarət mühitdir. 
5. Sosial rol- İctimai və şəxsiyyətlər arası münasibətlər sistemində 
obyektiv olaraq şəxsiyyətin daşıdığı sosial mövqey sosial funksiyadır 
6. Sosial iş- İnsanların maddi, mədəni sosial həyat səviyyələrini, 
hökümət və qeyri hökümət təşkilatları ilə fəaliyyət sahələri ilə 
yüksəlməyə çalışan xususi növ peşə fəaliyyətidir. 
7. Sosial müdafiə- vətəndaşların qanunvericiliklə təsdiq edilmiş sosial, 
hüuqi iqtisadi təminatların həyata keçirilməsini əsas sistemidir. 
8. Sosial adaptasiya- Fərdin qrup təbəqə və yeni sosial muhitin şəraitinə 
dəyişmiş və dəyişməkdə olan həyat realıqlarına uyğunlaşma prosesidir. 
9. Sosial reablitasiya- Fərdin cəmiyyətə və mədəni əxlaqi sisteme 
qoşulmasına imkan verən fəaliyyətdir. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin