Fənn: Sosial pedaqogika Fənn müəllimi: Nahidə Cəfərova İxtisas


Mövzu 14: Sosial pedaqoji fəaliyyətin xüsusiyyətləri sosial pedaqoqun  keyfiyyətləri  Plan



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix10.09.2022
ölçüsü0,53 Mb.
#63542
1   ...   7   8   9   10   11   12   13   14   15
Sosial pedaqogika (Mühazirələr)

Mövzu 14: Sosial pedaqoji fəaliyyətin xüsusiyyətləri sosial pedaqoqun 
keyfiyyətləri 
Plan:
1. Sosial pedaqoqun fəaliyyətinin mahiyyəti 
2. Sosial pedaqoqun işinin mərhələsi 
Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyətinin bütün növlərini 
optimallaşdırmaq, onları şəxsiyyətin hərtərəfli inkişafına və 
təkmilləşməsinə yönəltmək, onun dünyagörüşünü, qabiliyyətlərini, 
ictimai fəaliyyətindəki tələbatlarını formalaşdırmağı yüksək professional 
səviyyədə bacarmaqdır. Ustalıq fəaliyyətdə təzahür edir. 
Pedaqoji ustalıq təlim-tərbiyə fəaliyyəti ilə məşğul olan şəxslərin – 
müəllim və tərbiyəçilərin professional ustalığıdır. O pedaqoji fəaliyyətin 
yüksək səviyyəsi və ya ən uca və daim təkmilləşən təlim-tərbiyə 
sənətidir. Metodiki ustalığın elmi biliklər, bacarıqlar, vərdişlər və 
müəllimin şəxsi keyfiyyətlərinin sintezidir. Bu işin əsas mahiyyəti 
müəllimin şəxsiyyətində, onun mövqeyində, fəaliyyətini yüksək 
professional səviyyədə idarə etmək qabiliyyətindədir. Bundan ötrü isə 
müəllim pedaqoji fəaliyyətdən baş çıxarmalı, onun məqsədini, 
vasitələrini, obyektini, subyektini yaxşı bilməlidir, bu işə yaradıcı 
yanaşmalı, uşağın maraqlarını nəzər almalıdır. Müəllimin işinin məqsədi 
cəmiyyət tərəfindən müəyyənləşdirilir. Çünki, müəllim öz əməyinin son 
nəticələrini seçməkdə azad deyil, onun hərəkətləri məktəbli 
şəxsiyyətinin hərtərəfli inkişafına doğru yönəlməlidir. Lakin məqsəddən 
doğan konkret vəzifələri pedaqoji şəraitlə əlaqələndirməkdə müəllim 
özü işini qurmağı bacarmalıdır. 
Müəllimin fəaliyyəti başqasının fəaliyyətini idarəetmə mahiyyəti, bir 
növ şagirdin fəaliyyətinə uyğunlaşdırmaq xarakteri daşıyır. Orada həm 
müəllimin, həm də uşağın istəyi öz ifadəsini tapmalıdır, hər iki istək üst-
üstə düşməlidir. Məhz bu zaman əməkdaşlıq pedaqogikası özünə yol 
tapır. Sonra pedaqoji fəaliyyətin mürəkkəbliyi onun şagirdin gələcəyinə 
inamın obyektivləşməsində, ifadəsində özünü göstərir. Bu məqsəd 
müəllimə yaxın və aydlndır. O şagirddən tələb edir: 
"Sən bilməlisən, bacarmalısan, etməlisən”. Beləliklə, pedaqoji 
fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən 
qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla 
anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara 
verilmiş vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,. 


Tərbiyənin əsas vasitələri əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu 
fəaliyyət növlərində müntəzəm iştirak edirlər. 
Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş verən 
hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı 
insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış 
tələb edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı, 
ona əhatə olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və 
müxtəlif istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa 
olunan bütün təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə 
yanaşı yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə 
tutur. Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası 
məktəblərdə münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və 
məktəbliləri pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək 
üçün onları fəallaşdırmağa çalışır.
Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir göstərən 
müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin 
şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin 
şəxsiyyətini qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi 
yanaşacaq, təsirinə qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız 
düzgün əxlaqi təsir göstərən şəxs əsil tərbiyəçi ola bilər. Bu isə 
pedaqoqun mütamadi olaraq özünütəkmilləşdirməsi şərti ilə 
mümkündür. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin