MÖVZU 11
1. Ehtimal modellərin mahiyyəti və istifadəsi
üçün PDF BAX (məsələlər var)
2.Tək-dövr modeli:
Bu modeldə məhsul üçün bir sifariş vardır. Satış dövrünün sonunda qalan məhsulun dəyəri çox cüzi və
yaxud da yoxdur. Belə növ məhsullara yolka, mövsümu mallar, un məmulatları, qəzet və jurnallar aiddir.
Bu məhsullar gündəlik və ya həftəlik sifariş edilir və gələn satışa qədər inventarlaşdırılmaya məruz qalmır.
3.Tək dövr modeli mövsümi məhsulların dəqiq tələbi bilinmədiyindən tələblə əlaqədar ehtimaldan istifadə
edilir.
4. Mövsümün əvvəlində optimal sifarişin müəyyənləşdirilməsi məqsədilə standart kənarlaşma və aşağıda
verilən iki marjinal xərclər - Cc (məhsul qıtlığı xərci) və Co (məhsul artıqlığı xərci) müəyyənləşdirilməlidir. Bu
göstəricilər aşağıdakı hesablama ilə müəyyən olunur.
Cc (məhsul qıtlığı xərci) = Məhsulun bir vahidinin qiyməti – məhsulun bir vahidinin xərci
Co (məhsul artıqlığı xərci) = məhsulun bir vahidinin xərci – hər vahid məhsulun məhv olmaqdan qurtarma xərci
Bu iki göstərici müəyyən olunduqdan sonra Xidmət səviyyəsi aşağıdakı düsturla müəyyən olunur
Xidmət səviyyəsi = CC / (CC + CO )
Dostları ilə paylaş: |