Tələbin az olduğu təqdirdə inventarlaşmanı artırmaq olar. Bu xərclərin artmasına səbəb olur.
4.Tələb çox olduğu və ya az olduğu hallarda istehsal səviyyəsini dəyişmək:
Mövcud işçi qüvvəsinə uyğun tələb çox olduqda əlavə iş saatları tətbiq etmək.
5.Əməliyyat menecerləri müəyyən tələb variantlarından da istifadə edə bilərlər:
Tələbə təsir etmək. Tələb az olduğu təqdirdə firma reklam, yeridilmə xərclərini artıra bilər.
Tələbin yüksək olduğu hallarda sifarişin çatdırılmasını yubatmaq.
Müxtəlif növ məhsullar istehsal etmək.
6. Planlaşdırma məqsədilə bir neçə strategiyadan istifadə oluna bilər. Bu strategiyalar aşağıdakılardır:
Tələbi təqib etmə strategiyası (Chase strategy)-Tələbi təqib etmə hər bir dövrdə proqnozlaşdırılan tələbə
uyğun istehsala nail olmaqdır. Bu strategiyada müxtəlif yollardan istifadə etmək olar. Məsələn, işçi
səviyyəsini artırıb-azaltmaq və s.
İstehsal səviyyəsi strategiyası (Level strategy)-Bu strategiyadan istifadə etdikdə bütün müddətlər üçün eyni
miqdarda məhsul istehsal etmək mümkündür. Bu zaman istehsal olunmuş artıq məhsulları
inventarlaşdırmaq, işçi qüvvəsi üçün əlavə işlər yaratmaq və s. məsələlər ortaya çıxır.
Firmaların əksəriyyəti Qarışıq strategiyadan (Mixed strategy) istifadə edirlər.
Dostları ilə paylaş: