4. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını
həyata keçirən şəxslər hər il avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq
icra hakimiyyəti orqanından təqvim ayının sonunadək
öz istəklərinə
uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat
blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. “Fərqlənmə nişanı” vergi
ödəyicisinin
nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə
əsasən iki iş günündən gec olmayaraq verilir.
“Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin həmin fəaliyyət
üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş
sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı
vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın
göstərilməlidir.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını
həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini tam
məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı”
verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını
həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda
fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və
növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.
Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə
həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya
istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və
verginin ödənildiyini təsdiq edən “Fərqlənmə nişanı”nın yenidən
rəsmiləşdirilməsi tələb olunmur.
“Fərqlənmə nişanı”nın və “Xüsusi fərqlənmə nişanı”nın formaları
nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks
etdirir:
- vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı,
soyadı;
- vergi ödəyicisinin VÖEN-i;
- nişanın qüvvədə olma müddəti;
- avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;
- avtomobil nəqliyyatı vasitələrində oturacaq yerlərinin sayı və ya
yükgötürmə qabiliyyəti;
- daşımanın həyata keçirildiyi ərazi;
- ödənilmiş verginin məbləği.
Dostları ilə paylaş: