istifadə olunmuş suyun müqavilində də bəhrə vergisi ödəyirdilər.
Hərbiçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan
vergilərin məcmusu
ixracat adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına
toplanan vergilər
şiltaqat adlanırdı.
XVI əsrin əvvəlində Azərbaycan Səfəvi dövlətinin yaranması
böyük sosial-iqtisadi irəliləyişin müsbət nəticəsi idi. Lakin əhalinin
vəziyyəti dəyişmədi, əksinə Səfəvi – Osmanlı müharibələri dövründə
daha da ağırlaşdı. I Təhmasibin hakimiyyətinin son illərində torpaq
vergisi məhsulun altıda bir hissəsini təşkil edirdi.
Kəndlilər torpaq sahiblərinə otlaqlardan istifadə üçün çobanbəyi,
çöpbaşı, bağlar üçün bağbaşı verir, bayramlarda feodallara bayramlıq və
novruzi aparırdılar. Vergilərin bir hissəsi pulla ödənilirdi. Kəndlilər ilin
müəyyən günlərini torpaq sahibi və dövlət üçün müfdə işləyirdilər.
Kəndə gələn məmurları və onların xidmətçilərini yedirtmək, gecələməsi
təmin etmək kənd əhalisinin vəzifəsi hesab edilirdi.
Rəiyyətə nisbətən elatlar (maldar kəndlilər) az vergi verirlər.
Bunların xəzinəyə verdiyi əsas vergi çobanbəyi (otlaq xərci) idi. Şahın
və feodalların hərbi qüvvələri də başlıca olaraq elatlardan toplanırdı.
XVI əsrin sonlarında I Şah Abbasın həyata keçirdiyi islahatlar
Səfəvilər dövlətinin möhkəmlənməsində mühüm rol oynadı. 1598-ci il I
Şah Abbas ölkənin paytaxtını İsfahan şəhərinə köçürdü və orada
məhsuldar qüvvələrin inkişaf etdirilməsi üçün bir sıra vergi islahatları
həyata keçirdi. Bu məqsədlə həmin ərazilərdə maldarlardan tutulan
çobanbəyi vergisi ləğv edildi, bəzi vergilər nəzərə çarpacaq dərəcədə
azaldıldı, bəziləri isə müəyyən müddətə ləğv edildi. 1613-cü ildə bu
güzəştlər daha 3 il müddətinə, sonra isə daha 1 il müddətinə uzadıldı. Bu
cür güzəştlər müharibə nəticəsində qarət olunmuş Xorasanın həm
oturaq, həm də köçəri əhalisinə verildi.
1699 – 1702-ci illərdə əhalinin yeni siyahıya alınması keçirildi. Bu
siyahıya alınma zamanı vergilər 3 dəfə artırıldı.
XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı əsasən
rəiyyət və elatların boynuna düşürdü.
1736-cı ildə Səfəvilər dövləti süqut etdi və tezliklə Azərbaycan
ərazisində Şəki, Qarabağ, Quba, Gəncə, Naxçıvan xanlıqları kimi
feodallıqlar yarandı.
XVIII əsrin II yarısında Azərbaycanda xanlıqları dövründə əsas
vergini
malcəhət (Naxçıvan və Şirvan xanlıqlarında və bu vergi
bəhrə
adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1\10-
lə 1\3 arasında tərəddüd edirdi.
Dostları ilə paylaş: