Əhali hakim təbəqənin nümayəndələrini və onların qulluqçularını,
atlarını öz evlərində yerləşdirməli və yedizdirməli idilər. Bu cür xidmət
üçün alınan vergi nüzl adlanırdı. Kömrük və gözləmə haqqı üçün
təhəkkümat vergisi verilirdi. Bu vergidən yalnız dini idarələr azad idi.
Feodal toyları zamanı əhalidən süd pulu, cehiz pulu məqsədilə şir baha
deyilən vergi toplanırdı. Vergiləri saymaqla qurtaran deyildi. Monqol
istilaları zamanı vergilərin sayı qırxı keçmişdi.
XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarının çox böyük bir qismi
monqol hakim dairələrinin əlinə keçmişdi. Elxanın və sülalə üzvlərinin
əlində olan torpaqlar «incu» adlanırdı. Bu dövrdə iqta institutu
qüvvətlənmişdir. Torpaqların bir hissəsi kənd icmasının ixtiyarında
qalırdı. Vergi verilməsində əvvəlki kimi ellik zəmanət mövcud idi.
Monqol qoşunlarının saxlanması üçün əhali üzərinə xüsusi vergi –
Dostları ilə paylaş: