nəsillər, əyanlar, döyüşçülər, katiblər, kahinlər və məmurlar can
vergisindən azad idilər.
VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir
feodal dövləti – Xilafət meydana gəldi. 633-651-ci illərdə Azərbaycan
Xilafətə birləşdirildi.
Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-
idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən
torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi.
Əsasən silah gücünə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın
tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali
arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə
başqa şərtlərlə yanaşı, birdəfəlik illik vergilərin ödənilməsi təəhhüdü
haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun
ixtiyarında saxlayırdı.
Zimmi, yəni başqa dinə mənsub yerli adam
statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində
qalır, torpaq vergisi –
xəracla yanaşı, qeyri-müsəlmanların verdiyi can
vergisi –
cizyəni də ödəyirdilər.
Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı:
xüms – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5-nə bərabər olan
vergi;
zəkat – yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutlan
vergi;
zəkat əl-fitr – orucluğun başa çatması münasibətilə verilən pay –
fitrə,
sədəqə - yoxsullara verilən ianə;
uşr – məhsulun 1/10-nə bərabər
vergi.
Xüms – pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş
əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya
zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla
hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan
əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik
məxaricdən çox olanda xüms ödənilməli idi.
Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və
lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə
qoyulurdu. Buğda və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün
isə qora dövründə müəyyənləşdirilirdi.
Zəkat əl-fitr – ildə bir dəfə, orucluq ayının başa çatması
münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir
üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun
qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya
və başqa məhsullara bərabər idi.
Dostları ilə paylaş: