FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə13/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   9   10   11   12   13   14   15   16   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
7


 
Əhəmənilərin  bu  ərazilərdə  yürütdükləri  vergi  siyasəti  soyğunçu 
xarakter  daşıyırdı.  Hətta  tarixi  mənbələrdə  göstərilir  ki,  əhəməni 
hökmdarı I Dara xacələrdən belə vergi tutarmış. Farslar hakim xalq kimi 
pul şəklində vergi ödəməkdən azad idilər. Digər xalqlar isə ümumilikdə 
hər il 7740 gümüş vavilon talantı məbləğində vergi ödəyirdilər. 
 
E.ə.334-cü  ildə  Makidonyalı  İsgəndər  Şərqə  doğru  yürüşə  başladı 
və  bir  neçə  illik  müharibədən  sonra  Midiyanı  işğal  etdi  İsgəndərin 
dövründə  Urmiya  gölü  hövzəsində  müstəqil  padşahlıq  mövcud  idi.  Bu, 
Azərbaycan, İrandilli ənənəyə görə isə Atropatena dövləti idi. 
 
Sonrakı  dövrlərdə  Azərbaycan  Selevkilər,  Parfiya  dövlətlərinin 
işğalına  məruz  qalır.  Selevkilər  dövlətinin  vergi  sistemi  kifayət  qədər 
mürəkkəb  idi.  Kollektivlər  (icmalar  və  şəhərlər)  tərəfindən  ödənilən 
foros adlı vergi xüsusilə ağır idi. Çünki onun həcmi ilin məhsuldar olub-
olmamasından asılı olmayaraq dəyişməz qalırdı. Bundan başqa əhalidən 
can vergisi,  müxtəlif növ rüsumlar yığılır,  əmlakın başqasına verilməsi, 
qul  alveri  və  s.  fəaliyyət  növlərinə  görə  vergi  tutulurdu.  Parfiya 
dövlətinin də vergi sistemi barədə olduqca az məlumat var. 
 
III-IV  əsrin  I  yarısında  bütün  Sasani  dövlətində  olduğu  kimi 
Adurbadaqanda  da  (Azərbaycan  nəzərdə  tutulur)  əhali  sinfi  strukturuna 
görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyüşçülər, 3) katiblər, 4) 
vergi verənlər. 
 
Vergi  verənlər  zümrəsi  özündə  bütün  zəhmətkeş  əhalini  - 
əkinçiləri,  sənətkarları,  eləcə  də  ticarətlə  məşğul  olanları  birləşdirirdi. 
Bütün  vergi  verən  zümrənin  başında  vastrioşansalar  dururdu.  O,  eyni 
zamanda maliyyə idarəsinin başçısı hesab olunurdu. 
 
Bütün  vergi  verənlər  zümrəsi  qezit  adlanan  can  vergisi  və 
fövqəladə  vergilər  ödəyirdilər.  Kəndlilərdən  xaraq  adlanan  torpaq 
vergisi  tutulurdu.  Kəndlilərin  üzərinə  bir  sıra  mükəlləfiyyətlər  də 
qoyulmuşdu. Onlar irriqasiya qurğularının, qalaların və inzibati binaların 
tikintisinə cəlb edilirdilər. 
 
I  Xosrovun  dövründə  üzərinə  vergi  qoyulmuş  torpaqlar  siyahıya 
alınırdı. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı. 
Torpaq  vergisinin  miqdarı  əkilən  bitkinin  xarakterindən  asılı  olaraq 
müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsində bir dirhəm, 
bir qarib üzümlükdən 8 dirhəm, bir qarib qarayonca sahəsində 7 dirhəm 
alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 dirhəm 
vergi tutulurdu. 
 
I  Xosrovun  dövründə  əmlakın  qədərindən  asılı  olaraq  20-50  yaşlı 
kişilərdən  12,  8,  6  və  4  dirhəm  can  vergisi  müəyyən  edilmişdi.  Kübar 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin