FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


Kommunal  və  yerli  vergilər  məqsədli  xarakter  daşıyırdı



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə9/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   5   6   7   8   9   10   11   12   ...   179
Vergilər Və Vergitutma

Kommunal  və  yerli  vergilər  məqsədli  xarakter  daşıyırdı  və 
konkret  ehtiyacın  maliyyələşdirilməsinə  xidmət  edirdi.  Fövqəladə 
vergilər  isə  zərurət  yarandıqda,  məsələn,  müharibələrə  hazırlıq  zamanı 
tətbiq edilirdi. 
 
Qeyd  etmək  lazımdır  ki,  əksər  tarixi  hadisələr  vergi  konfliktləri 
nəticəsində  yaranmışdır.  Rus  iqtisadçısı  N.Turgenyevin  (1789-1871) 
qeyd  etdiyi  kimi,  “səfeh  vergi  sistemləri  hollandların  ispanlardan, 
isveçrəlilərin  avstriyalılardan  asılılığına  son  qoymuşdur”.  Bu  cür 
hadisələr  daim  hökmdarları  vergi  islahatları  aparmağa  vadar  etmişdir. 
Bu  nöqteyi-nəzərdən  Səfəvi  hökmdarı  I  Şah  Abbası  (1571-1629) 
apardığı vergi islahatları diqqətə layiqdir. Onun fərmanı ilə 1598-99-cu 
ildən  maldarlardan  tutulan  çobanbəyi  vergisi,  torpaq  sahibləri  və 
kəndlilərdən  tutulan  torpaq  vergisi  ləğv  edildi.  İsfahan  şəhəri  və  onun 
ətrafı bir il müddətinə, 1623-cü ildə isə 3 il müddətinə bütün vergilərdən 
azad  edildi.  Osmanlı  işğalından  azad  edilmiş  Ordubad  və  Dərbənd 
şəhərlərinə  vergi  immuniteti  hüququ  verildi.  İsfahan  şəhəri  və  onun 
ətrafının  hər  cür  vergilərdən  azad  edilməsi  hal-hazırda  geniş  təşəkkül 
tapmış azad iqtisadi zonaları xatırladır. 
 
Demək  olar  ki,  XVI  –  XVII  əsrlərə  qədər  heç  bir  dövlətdə 
mütəşəkkil  vergi  sistemi  olmamışdır.  Hər  yerdə  vergi  ödənişləri 
birdəfəlik  xarakter  daşımış,  onların  sayı  və  dərəcələri  hökmdarların 
subyektiv rəyindən asılı olmuşdur. Roma imperatoru Tit Flavi Vespasian 
(9–79-cu  illər)  ayaqyoluna  vergi  tətbiq  etmişdir.  Ondan  “buna  görə  nə 
üçün  vergi  tutursan?”  deyə  soruşduqda,  sonralar  aforizmə  çevrilmiş 
“pullar iy vermir” ifadəsini işlətmişdir. I Pyotrun tətbiq etdiyi üzdəniraq 
“saqqal”  vergisi də buna bir misaldır. 
 
Dövlətçiliyin 
inkişaf  etməsi  təsadüfi  vergilərin  aradan 
qaldırılmasını, 
elmi 
cəhətdən 
əsaslandırılmış 
vergitutmanın 
yaradılmasını  tələb  edirdi.  XVII  əsrin  sonları  XVIII  əsrin  əvvəllərində 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin