XIII əsrdə Fransada duza aksiz vergisi tətbiq edildi. Buradan
da aksiz vergisi anlayışı əvvəl Hollandiyaya, sonra İngiltərəyə, daha
sonra isə digər Avropa ölkələrinə yayıldı. Adətən aksiz vergisinə
alkoqollu içkilər və tütün məmulatları cəlb edilirdi. İngiltərədə isə
Kromvelin dövründə bir sıra istehlak mallarına da aksiz vergisi tətbiq
olunurdu. Adətən aksizlər idxal və ixrac olunan mallardan şəhər
qapılarında tutulardı. Aksiz vergisinin dərəcəsi 5-25% arasında idi.
Dostları ilə paylaş: