yığımları vergilərin köməyi ilə almaq və büdcə sistemi vasitəsi ilə
onlardan investisiya üçün ehtiyat mənbəyi kimi istifadə etmək lazımdır.
Bundan çıxış edərək o, kifayət qədər yüksək və proqressiv vergi
dərəcələrinin zəruriliyini əsaslandırırdı. Onun fikrincə proqressiv vergi
sistemi istehsalçını investisiya sahəsində riskli qərarlar qəbul etmək
üçün stimullaşdırmalıdır. Bundan başqa aşağı vergilər dövlət xəzinəsinə
daxilolmaları azaldır və bununla da iqtisadi dayanıqsızlığı gücləndirir.
Bununla, Keyns nəzəriyyəsinə görə vergilər dövlət tənzimlənməsi
sistemində mühüm rol oynamalıdırlar. Yüksək vergilər iqtisadi fəallığı
stimullaşdırır, iqtisadiyyatdakı balanslaşmaya təsir edir.
C.Keynsin iqtisadi nəzəriyyəsi böyük tətbiqi əhəmiyyət də kəsb
etmişdir. Məsələn, I Dünya müharibəsi ərəfəsində İngiltərə hökuməti
ondan istifadə etmişdir.