FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə87/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   83   84   85   86   87   88   89   90   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
64


 
-  vergi  orqanlarının  yuxarıda  göstərilən  məsələlər  barədə 
qanunvericiliyin  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  və  fiziki 
şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda. 
 
Operativ  vergi  nəzarəti  vergi  orqanının  əsaslandırılmış  qərarına 
əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicisinin və ona məxsus 
obyektin  adı,  eyniləşdirmə  nömrəsi,  ünvanı  və  yaxud  vergi 
ödəyicilərinin  yerləşdiyi  ərazi,  habelə  operativ  vergi  nəzarəti  ilə  əhatə 
olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və 
operativ  vergi  nəzarətini  həyata  keçirən  vergi  orqanının  vəzifəli  şəxsi 
(şəxsləri) göstərilir. 
 
Operativ  vergi  nəzarəti  vergi  ödəyicisinə  əvvəlcədən  xəbərdarlıq 
edilmədən  başlanır  və  vergi  ödəyicilərinin  faktiki  iş  vaxtı  həyata 
keçirilir.  Operativ  vergi  nəzarətini  həyata  keçirən  vergi  orqanının 
vəzifəli  şəxsi  nəzarətə  başladıqdan  sonra  vergi  orqanının  qərarını  vergi 
ödəyicisinə dərhal təqdim etməlidir. 
 
Operativ  vergi  nəzarətini  həyata  keçirən  vergi  orqanının  vəzifəli 
şəxsləri  tərəfindən  öz  səlahiyyətləri  çərçivəsində  vergi  ödəyicilərinin 
ərazilərinə  və  ya  binalarına  (yaşayış  binaları  (sahələri)  istisna  olmaqla) 
daxil  olması,  ərazilərinə,  binalarına  (yaşayış  binaları  (sahələri)  istisna 
olmaqla),  habelə  sənədlərinə  və  ya  əşyalarına  baxış  keçirilməsi, 
sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, 
ekspert  cəlb  edilməsi,  mütəxəssis,  tərcüməçi  və  müşahidəçi  dəvət 
edilməsi və aksiz markası ilə markalanmalı markalanmamış və ya saxta 
aksiz  markası  ilə  markalanmış  malların  siyahıya  alınması  Vergi 
Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
 
Operativ  vergi  nəzarətinin  nəticələri  üzrə  vergi  orqanının  vəzifəli 
şəxsləri  tərəfindən  Vergilər  Nazirliyinin  müəyyən  etdiyi  formada  akt 
tərtib edilir. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və 
operativ  vergi  nəzarətinin  materiallarına  baxılması  Vergi  Məcəlləsinin 
“Səyyar  vergi  yoxlamasının  nəticələrinin  rəsmiləşdirilməsi”  və  “Vergi 
yoxlamasının  materiallarına  baxılmanın  nəticələri  üzrə  qərarın 
çıxarılması” maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
 
  

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin