1. Vergitutma prosesinin əsas mərhələləri
2. Vergi
uçotu
3. Vergilərin hesablanması qaydaları
4. Vergilərin ödənilməsi qaydası
5. Vergi güzəştləri
1. Vergitutma prosesinin əsas mərhələləri
Vergi ödəyicisinin əsas vəzifəsi vergilərin ödənilməsidir.
Vergilərin
ödənilməsinin
hüquqi
tənzimlənməsi
həm
vergi
qanunvericiliyinin ümumi, həm də konkret vergi ödənişlərinə həsr
olunmuş xüsusi normalarla həyata keçirilir. Vergi öhdəliyinin yerinə
yetirilməsinin mahiyyəti mükəlləfiyyətli şəxs tərəfindən dövlət
büdcəsinin maliyyələşdirilməsinə yönəldilmiş müəyyən fəaliyyətin
yerinə yetirilməsidir.
Ancaq vergilərin ödənilməsi üzrə öhdəliyin yerinə yetirilməsinin
fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, mükəlləfiyyətli şəxsin
vergilərin ödənilməsi üzrə fəaliyyəti öhdəliyin həcminin müəyyən
edildiyi andan başlanır və pul vəsaitlərinin faktiki olaraq büdcəyə
keçirilməsi ilə sona çatır. Beləliklə, vergilərin ödənilməsi üzrə öhdəlik
müstəqil, lakin ardıcıl və bir-biri ilə qırılmaz surətdə bağlı olan iki
hissədən ibarətdir: vergilərin hesablanması və ödənilməsi.
Vergilərin ödənilməsi üzrə öhdəliyin yerinə yetirilməsinin digər
xüsusiyyəti ondan ibarətdir ki, öz varlığının tarixi ərzində vergitutma
elmi və praktikasında vergi ödəyicisinin vergi öhdəliyini yerinə
yetirməsi üçün istifadə etdiyi çoxsaylı üsullar, vasitələr, texniki yollar,
metodikalar işləyib hazırlanmışdır. Bu üsul vasitə və metodikalar
vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan hərəkətlərin yerinə
yetirilməsi şərtlərini və qaydalarını müəyyən edir.
Başqa sözlə, vergitutma prosesi və ya vergi icraatı vergi
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vergi öhdəliyinin yerinə
yetirilməsi deməkdir.
Vergitutma prosesi və ya vergi icraatı vergitutma obyektinin
yaranması ilə başlayır, vergilərin hesablanması və ödənilməsinin bütün
mərhələlərindən keçir və verginin büdcəyə ödənilməsi ilə başa çatır.
Dostları ilə paylaş: