Vergi uçotunun qarşısında duran vəzifələri həll etmək üçün onun
aşağıdakı üsullarını qeyd etmək olar:
- vergi uçotu göstəricilərinin müəyyən edilməsi;
- «vergi maya dəyərinin» hesablanması;
- vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi;
- vergi diskontunun təyin edilməsi;
- vergi dövrünün müəyyən edilməsi;
- xüsusi vergi sənədlərinin aparılması.
Vergi uçot göstəricilərinin müəyyən edilməsi mühasibat
uçotunun məlumatlarına əsaslanır, ancaq yalnız vergitutma məqsədləri
üçün istifadə olunur. Məsələn, vergi uçotu göstəricisi olan mənfəət
göstəricisi mühasibat uçotu göstəricisi olan balans mənfəəti göstəricisi
ilə sıx bağlıdır, lakin onunla üst-üstə düşmür.
Dostları ilə paylaş: