FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə10/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   6   7   8   9   10   11   12   13   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
5


özündə  birbaşa  və  dolayı  vergiləri  əks  etdirən  vergi  sistemləri 
formalaşırdı.  Avropa  ölkələrində  demokratik  proseslərin  inkişafı 
vergilərin daxil və tətbiq edilməsi məsələsində də öz əksini tapdı. 1791-
ci  il  Böyük  Fransa  inqilabından  sonra  vergiləri  və  büdcəni  Fransa 
prlamenti  təsdiq  edirdi.  1689-cu  ildə  İngiltərədə  “Hüquqlar  haqqında 
Bill”  (Bill  –  İngiltərədə  və  ABŞ-da  parlamentin  müzakirəsinə  verilən 
qanun layihəsi) dövlətin bütün gəlir və xərclərini təsdiq etmək hüququnu 
səlahiyyətli dövlət orqanlarının ixtiyarına verdi. 
 
XIX  əsrdən  başlayaraq  vergilərin  inkişafında  yeni  bir  mərhələ 
başladı. Məhz bu dövr vergilərin sayının azalması, onların tutulmasının 
hüquqi  bazasının  yaranması  ilə  xarakterizə  olunurdu.  Maliyyə  elmi 
inkişaf etdikcə vergitutmanın da nəzəri problemləri təşəkkül tapırdı. 
 
İqtisadçılar vergilərin  ölkənin iqtisadi vəziyyətinə  təsir göstərmək 
üçün  istifadə  edilə  bilməsi  haqqında  düşünməyə  başladılar.  İstehsalın 
inhisarçı  inkişafı  ilə  əlqədar  olaraq  iqtisadiyyatın  dövlət  tənzimlənməsi 
birinci  dərəcəli  əhəmiyyət  kəsb  etməyə  başladı.  Bu  dövrdə  vergilər  bir 
çox  ölkələrin  dövlət  gəlirlərinin  əsas  mənbəyinə  çevrilirdi.  Məsələn, 
1880-ci  ildə  Böyük  Britaniyada  vergilər  dövlət  büdcəsinin  gəlir 
hissəsinin 91 faizini, Rusiyada 81 faizini, 1906  – 1910-cu illərdə ABŞ-
da  91,2  faizini  təşkil  edirdi.  İmperializmin  təşəkkül  tapdığı  mərhələdə 
kəskin  təbəqələşmə  nəticəsində  cəmiyyətin  həddən  artıq  yoxsullara  və 
varlılara  bölünməsi  hökumətləri  elə  qərarlar  qəbul  etməyə  məcbur  etdi 
ki,  təbəqələşməni  aradan  qaldırmaq  mümkün  olmasa  da,  heç  olmasa 
əhalinin ən yoxsul təbəqələrini onların həyat qabiliyyətini təmin edəcək 
səviyyəyə qaldırmağa imkan versin. 
 
Bunun  da  nəticəsində  vergilərin  rolu  getdikcə  artmağa  başladı. 
Onlar  dövlətin  iqtisadi  siyasətinin  aləti  kimi  cəmiyyətdə  bazar 
münasibətlərinin inkişafı ilə, hər şeydən əvvəl,  müxtəlif qütblü gəlirləri 
olan  şəxslərin  gəlirlərini  az  da  olsa  bir-birinə  yaxınlaşdırmaq 
baxımından daha çox əhəmiyyət kəsb etməyə başladılar. Bu zaman vergi 
yolu  ilə  yığılan  pulların  təkcə  kəmiyyəti  deyil,  strukturu  da  dəyişməyə 
başladı. Əgər əsrin əvvələrində vergi ödəmələrinin əsas hissəsini (70-80 
faizini)  dolayı  vergilər  təşkil  edirdisə,  dövlət  tədricən  ölkənin  iqtisadi 
inkişafını  nizamlama  vasitəsi  kimi  birbaşa  vergilər  də  inkişaf  etdirmək 
məcburiyyəti  ilə  üzləşirdi.  Yalnız  Birinci  Dünya  Müharibəsindən  sonra 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin