Əhəmənilərin bu ərazilərdə yürütdükləri vergi siyasəti soyğunçu
xarakter daşıyırdı. Hətta tarixi mənbələrdə göstərilir ki, əhəməni
hökmdarı I Dara xacələrdən belə vergi tutarmış. Farslar hakim xalq kimi
pul şəklində vergi ödəməkdən azad idilər. Digər xalqlar isə ümumilikdə
hər il 7740 gümüş vavilon talantı məbləğində vergi ödəyirdilər.
E.ə.334-cü ildə Makidonyalı İsgəndər Şərqə doğru yürüşə başladı
və bir neçə illik müharibədən sonra Midiyanı işğal etdi İsgəndərin
dövründə Urmiya gölü hövzəsində müstəqil padşahlıq mövcud idi. Bu,
Azərbaycan, İrandilli ənənəyə görə isə Atropatena dövləti idi.
Sonrakı dövrlərdə Azərbaycan Selevkilər, Parfiya dövlətlərinin
işğalına məruz qalır. Selevkilər dövlətinin vergi sistemi kifayət qədər
mürəkkəb idi. Kollektivlər (icmalar və şəhərlər) tərəfindən ödənilən
foros adlı vergi xüsusilə ağır idi. Çünki onun həcmi ilin məhsuldar olub-
olmamasından asılı olmayaraq dəyişməz qalırdı. Bundan başqa əhalidən
can vergisi, müxtəlif növ rüsumlar yığılır, əmlakın başqasına verilməsi,
qul alveri və s. fəaliyyət növlərinə görə vergi tutulurdu. Parfiya
dövlətinin də vergi sistemi barədə olduqca az məlumat var.
III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi
Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna
görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyüşçülər, 3) katiblər, 4)
vergi verənlər.
Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini -
əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi.
Bütün vergi verən zümrənin başında
vastrioşansalar dururdu. O, eyni
zamanda maliyyə idarəsinin başçısı hesab olunurdu.
Bütün vergi verənlər zümrəsi qezit adlanan can vergisi və
fövqəladə vergilər ödəyirdilər. Kəndlilərdən xaraq adlanan torpaq
vergisi tutulurdu. Kəndlilərin üzərinə bir sıra mükəlləfiyyətlər də
qoyulmuşdu. Onlar irriqasiya qurğularının, qalaların və inzibati binaların
tikintisinə cəlb edilirdilər.
I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya
alınırdı. Vergi vahidi 1/10 hektara bərabər olan
qarib sayılmağa başladı.
Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq
müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsində bir dirhəm,
bir qarib üzümlükdən 8 dirhəm, bir qarib qarayonca sahəsində 7 dirhəm
alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 dirhəm
vergi tutulurdu.
I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20-50 yaşlı
kişilərdən 12, 8, 6 və 4 dirhəm can vergisi müəyyən edilmişdi. Kübar
Dostları ilə paylaş: