FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə21/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   17   18   19   20   21   22   23   24   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
13


 
XIX  əsr  və  XX  əsrin  əvvəllərində  Azərbaycanda  mövcud  olmuş 
vergilər  birbaşa  vergilərdən,  rüsumlardan  və  aksiz  yığımlarından  ibarət 
idi. Qeyd edilən dövrdə Azərbaycan Rusiya İmperiyasının tərkib hissəsi 
olduğundan  vergilər  haqqında  qanunlar  yerli  xüsusiyyətlər  nəzərə 
alınmaqla mərkəzdən verilirdi. Yerli ərazi-idarəetmə orqanları yalnız öz 
əraziləri hüdudlarında əlavə vergilər yığa bilərdilər. 
 
Həmin  dövrdə  vergi  sistemi  dövlət  vergilərindən  və  yerli 
vergilərdən  ibarət  idi.  Dövlət  vergiləri  mövcud  qanunvericiliklə 
müəyyən  edilirdi  və  dövlətin  bütün  ərazisində  ödənilməli  idi.  Dövlət 
vergilərinə  –  dövlət  torpaq  vergisi,  əmlakdan  vergi,  ticarət  və  sənaye 
vergisi,  pul  kapitalından  vergilər  və  aksiz  vergiləri  aid  edilirdi.  Dövlət 
vergiləri Dövlət Xəzinəsinin gəlirlərinin əsas hissəsini təşkil edir. 
 
Yerli  vergilər  isə  yerli  ərazi  idarəetmə  orqanları  (quberniya, 
vilayət,  şəhər,  qəza  Zemstvoları)  tərəfindən  müəyyən  edilirdi  və  həmin 
ərazi daxilində yığılırdı. Yerli vergilər yerli Xəzinədarlıqla toplanırdı və 
yığılmış  vəsaitlər  yerli  polis  idarəsinin,  yerli  idarəetmə  orqanlarının, 
yerli təhsil, sanitariya və s. idarələrin saxlanılmasına sərf olunurdu. Yerli 
vergilərə  çox  vaxt  zemstvo  vergiləri  də  deyirdilər.  Yerli  vergilərə  – 
əlavə ticarət və sənaye vergisi, əlavə aksiz vergisi, şəxsi vergilər, tüstü 
(həyətbaşı)  vergisi,  qəssablardan  alınan  vergilər,  zibilxanaların 
təmizlənməsi  üçün  vergilər,  çəmən  və  otlaq  yerlərindən  istifadəyə  görə 
vergilər, yoldan istifadəyə görə vergilər və s. aid idi. 
 
Rusiya  İmperiyasında  vergitutma  sahəsində  ilk  növbədə  dövlət 
xəzinəsinin  maliyyə  vəsaitlərinə  olan  ehtiyaclarının  maksimum  təmin 
olunması məqsədi güdürüldü. 
 
Keçən  əsrin vergisi sisteminin  ən başlıca nöqsanlarından biri ölkə 
əhalisinin aztəminatlı yoxsul hissələrinə vergi güzəştlərinin olmaması və 
ya  bu  güzəştlərin  səviyyəsinin  çox  aşağı  olması  idi.  Həmin  dövrə  xas 
olan  digər  cəhətlərdən  biri  də  bu  idi  ki,  zadəganlar,  adlı-sanlı  nəsildən 
olan şəxslər vergi güzəştlərinə malik idilər və miyonlarla gəlirlərə malik 
olmalarına  baxmayaraq,  onlar  daha  az  vergi  verir  və  dövlət  məmurları 
ilə  daha  tez  dil  tapa  bilirdilər.  Yoxsullar  və  orta  təbəqənin 
nümayəndələri  isə  ağır  vergi  yükü  altında  əziyyət  çəkirdilər.  Bu  isə  ilk 
növbədə  birbaşa  vergilər  və  həddindən  artıq  müxtəlif  olan  rüsumlarla 
əlaqədar idi. Bu dövrdə olmuş vergilər təsərrüfat fəaliyyətinin və mülki 
münasibətlərinin  müxtəlif  sahələrini  əhatə  edirdi  və  mövcud 
qanunvericilik tənzimlənirdi.         
  
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin