FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə23/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   19   20   21   22   23   24   25   26   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
15


ərazisində  SSRİ-nin  vergi  qanunları qüvvədə  olduğundan  onlara  ayrıca 
nəzər salınması məqsədəuyğundur. 
 
1917-ci  il  inqilabından  sonra  Sovet  dövlətinin  əsas  gəlirləri  pul 
emissiyası,  təzminatlar  və  ərzaq  sapalağı  idi.  Buna  görə  də  ilk  sovet 
vergiləri heç də böyük fiskal əhəmiyyət kəsb etmirdi və açıq-aşkar sinfi 
mübarizə  xarakteri  daşıyırdı.  Məsələn,  Xalq  Komissarları  Sovetinin 
1918-ci  il  14  avqust  Dekretinə  əsasən  Qırmızı  Ordu  döyüşçülərinin 
ailələrini  təmin  etmək  məqsədi  ilə  muzdlu  işçiləri  olan  xüsusi  ticarət 
müəssisələri  sahiblərindən  birdəfəlik  rüsum  tutulurdu.  1918-ci  il  30 
oktyabr  tarixli  Dekretlə  şəhər  burjuaziyası  və  qolçomaqlar  üçün 
birdəfəlik  fövqəladə  on  milyardlıq  inqilabi  vergi  daxil  edildi.  Sovet 
dövlətinin  maliyyə  sisteminin  quruluşu  V.İ.Leninin  1919-cu  ildə 
söylədiyi  aşağıdakı  fikrə  əsaslanırdı:  “Maliyyə  sahəsində  RKP  imkan 
yarandıqca bütün hallarda gəlir və əmlak vergisini həyata keçirəcək”. 
 
İlk  vergi  islahatları  Yeni  İqtisadi  Siyasət  (YİS)  dövrünə  təsadüf 
edir.  Sovet  dövlətində  yeni  iqtisadi  münasibətlərə  keçid  V.İ.Leninin  15 
mart 1921-ci il tarixli “Ərzaq sapalağının ərzaq vergisi ilə əvəz edilməsi 
haqqında”  məruzəsindən  sonra  başlandı.  Elə  həmin  dövrlərdə  Sovet 
dövlətinin vergi sisteminin əsasları qoyuldu. 
 
1923-1925-ci  illərdə  aşağıdakı  vergilər  fəaliyyətdə  idi:  birbaşa 
vergilər  –  kənd  təsərrüfatı  vergisi,  istehsal  vergisi,  gəlir  vergisi,  renta 
vergisi, gerb rüsumu, vərəsəliklə keçən əmlakdan vergi. Vasitəli vergilər 
– aksizlər və gömrük vergisi. 
 
Birbaşa  vergilər  maliyyə  siyasətinin  əsas  aləti  idi  və  dövlət 
büdcəsinin gəlirlərinin artımının əhəmiyyətli amilinə çevrilmişdi. Büdcə 
daxilolmalarının  1922-1923-cü  illərdə  43%-ni,  1923-1924-cü  illərdə 
45%-ni, 1925-1926-cı illərdə isə 82%-ni birbaşa vergilər təşkil etmişdir. 
 
Bütün  sənaye  və  ticarət  müəssisələri,  sənətkarlıq  və  digər  istehsal 
fəaliyyətləri  istehsal  vergisinə  cəlb  olunurdu.  Verginin  həcmi  mal 
dövriyyəsinin 1,5%-i  miqdarında idi. Yeyinti sənayesində bu vergi 1,5-
2%, zinət əşyaları üçün isə 2-6% intervalında idi. 
 
Gəlir  -  əmlak  vergisi  həm  fiziki,  həm  də  hüquqi  şəxslərdən 
tutulurdu.  Əmlak  vergisi  hər  şeydən  əvvəl  kapitala  qoyulan  vergi  idi. 
Dövlət müəssisələri əmlak vergisindən azad idi, lakin 8% həcmində gəlir 
vergisi  ödəyirdilər.  Əmlak  vergisi  mütərəqqi  xarakter  daşıyırdı,  yəni 
kapitalın  həcmi  artıqca  verginin  dərəcəsi  də  artırdı.  Bunun  da 
nəticəsində  kapitalın  istənilən  birləşməsi  verginin  bir  neçə  dəfə 
artmasına  səbəb  olurdu.  Belə  vergi  boyunduruğu  kapitalın 
təmərküzləşməsinə əngəl törədirdi. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin