birinin özlərini müstəqil surətdə müdafiə etməsindən daha ucuz və daha
etibarlı mühafizə edir.
XIX əsrin birinci yarısında İsveçrəli iqtisadçı Jan Simond de
Sismondi (1773 – 1842) «Siyasi iqtisadin yeni başlanğıcları» (1819) adlı
əsərində vergi nəzəriyyəsini
zövq, ləzzət nəzəriyyəsi kimi ifadə etdi. Bu
nəzəriyyəyə görə vergi vətəndaşın cəmiyyətdən aldığı zövqə, ləzzətə
görə ödədiyi qiymətdir.
Vergilərin
ümumi nəzəriyyələri
Adı
Dövrü
Baniləri
Mübadilə
nəzəriyyəsi
Orta əsrlər
-
Atomistik nəzəriyyə
XVI – XVII əsrlər
S.Voban, Ş.Monteskye,
T.Qobbs, Volter,
O.Mirabo
Zövq (ləzzət) nəzəriyyəsi
XIX əsrin I yarısı
J.Simond de Sismondi
Vergilər sığorta mükafatı kimi XIX əsrin I yarısı
J.Mak-Kulloh, A.Tyer
Klassik nəzəriyyə
XVIII əsrin II yarısı
XIX əsrin I yarısı
A.Smit, D.Rikardo
Keyns nəzəriyyəsi
XX əsrin I yarısı
C.Keyns
Monetarist nəzəriyyə
XX əsrin 50-ci illəri
M.Fridman
Təklif iqtisadiyyatı nəzəriyyəsi XX əsrin 80-ci illəri
M.Berns, Q.Stayn
Elə həmin dövrlərdə vergilərə
sığorta mükafatı kimi baxan
nəzəriyyə də formalaşmağa başladı. Bu nəzəriyyələrin nümayəndələri
fransız dövlət xadimi Adolf Tyer (1797-1877) və ingilis iqtisadçısı Con
Ramsey Mak Kulloh (1789-1864) idilər.Onların fikrincə vergilər hər
hansı bir riskin yaranacağı təqdirdə vətəndaşların dövlətə ödədikləri
sığorta ödənişidir. Vergi ödəyiciləri kommersant olmaqla, öz gəlirlərinin
həcmindən asılı olaraq müharibə, oğurluq, yanğın və s.-dən öz
mülkiyyətlərini sığortalayırlar. Ancaq həqiqi sığortadan fərqli olaraq
vergilər sığorta halı yarandıqda onun əvəzini geri almaq üçün deyil,
müdafiə və qanunçuluğun təmin edilməsi üçün dövlətin xərclərinin
maliyyələşdirilməsi üçün ödənilir.
Vergilərin klassik nəzəriyyəsi daha yüksək nəzəri səviyyəyə
malikdir və ingilis iqtisadçıları Adam Smit (1723-1790), David Rikardo
(1772-1823) və onların ardıcılları J.B.Sey, U.Petti və C.Millin elmi
Dostları ilə paylaş: