ödənilmə müddəti qabaqcadan dəqiq müəyyən olunmalıdır. Belə
olmadıqda vergi ödəyicisi vergi yığanın hökmü altına düşür və vergi
yığan bundan öz şəxsi mənfəətini güdməklə istifadə edir. Vergilər hər
bir vergi ödəyicisi üçün əlverişli olan vaxtda tutulmalıdır.
İngilis iqtisadçısı Con Meynard Keynsin (1883-1946) adı ilə bağlı
olan Keyns nəzəriyyəsi klassik nəzəriyyənin tam əksidir. Bu
nəzəriyyənin əsas məğzi ondan ibarətdir ki, vergilər iqtisadiyyatı tənzimləmənin əsas alətidir.
1936-cı ildə yazdığı “Məşğulluq, faiz və pulların ümumi nəzəriyyəsi” kitabında Keyns göstərirdi ki, tam məşğulluq şərti
daxilində iqtisadi artım pul yığımlarından asılı olur. Tam məşğulluğa
nail olmaq isə praktiki olaraq mümkün deyil. Belə olan halda yığımlar
iqtisadi artıma əngəl törədirlər, çünki istehsala qoyulmur və passiv gəlir
mənbəyinə çevrilirlər. Bu mənfi nəticəni aradan qaldırmaq üçn artıq