FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə24/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   20   21   22   23   24   25   26   27   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
16


 
Həmin  dövr  üçün  xarakterik  cəhətlərdən  biri  də  ikiqat 
vergitutmanın  mövcud  olması  idi.  Məsələn,  həm  səhmdar 
cəmiyyətlərinin  gəlirlərindən,  həm  də  onların  ödədikləri  dividendlərdən 
vergi  tutulurdu.  Çay,  kofe,  duz,  alkeqollu  içkilər,  tütün  məmulatları  və 
bir sıra digər istehlak mallarının satışına aksizlər müəyyən edilmişdi. 
 
30-cu  illərdən  başlayaraq  SSRİ-də  vergilərin  əhəmiyyəti  getdikcə 
azalırdı  və  onlar  özlərinə  xas  olmayan  funksiyaları  yerinə  yetirirdilər. 
Məsələn, onlardan qolçomaqlara qarşı siyasi mübarizə aləti kimi istifadə 
edilirdi.  SSRİ  XKS-nin  2  sentyabr  1930-cu  il  tarixli  qərarına  əsasən 
1930-1932-ci  illərdə  əsaslı  vergi  islahatları  aparılmağa  başlandı.  Bu 
islahatlar nəticəsində aksizlər tamamilə ləğv edildi, müəssisələr üçün isə 
2  növ  vergi  ödənişi  –  dövriyyə  vergisi  və  mənfəətdən  ayırmalar 
müəyyən edildi. Fondlara normativ ayırmalar istisna olmaqla, sənaye və 
ticarət müəssisələrinin bütün mənfəəti dövlət nəfinə tutulurdu. Beləliklə, 
dövlətin  gəliri  vergilər  hesabına  deyil,  ümumi  milli  məhsulun  dövlətin 
xeyrinə birbaşa məcburi alınması hesabına formalaşırdı. 
 
Əhalidən  tutulan  vergilərin  dövlət  büdcəsində  payı  olduqca  cüzi 
idi.  Böyük  Vətən  Müharibəsinin  başlanması  ilə  əlaqədar  olaraq  hərbi 
vergi  tətbiq  olunurdu.  1946-cı  ildə  isə  bu  vergi  növü  ləğv  edildi. 
Çoxuşaqlı  analara  kömək  məqsədi  ilə  SSRİ  Ali  Sovetinin  21  noyabr 
1941-ci  il  tarixli  fərmanı  ilə  subaylara  və  uşaqsız  ailələrə  vergi  tətbiq 
olundu. Monqolustan istisna olmaqla tarixdə dünyanın heç bir ölkəsində 
bu  verginin  analoqu  olmamışdır.  Buna  baxmayaraq  bu  vergi  SSRİ 
dağılana qədər mövcud olmuşdur. 
 
O  dövrün  əsas  vergi  ödənişi  -  dövriyyə  ödənişi  dövriyyə  vergisi 
idi.  1954-cü  ildə  dövriyyə  vergisindən  daxil  olan  vəsaitlər  dövlət 
büdcəsinin gəlir hissəsinin 41%-ni təşkil edirdi. 
 
1980-ci  illərin  ortalarında  islahatlar  başlanana  qədər  SSRİ-nin 
dövlət  büdcəsinin  gəlir  hissəsinin  90%-dən  çox  hissəsi  xalq 
təsərrüfatından  daxil  olan  vəsaitlər  hesabına  formalaşırdı.  Əhalidən 
tutulan vergilərin xüsusi çəkisi isə cəmi 6-7% təşkil edirdi. 
 
İnkişaf  etmiş  ölkələrdə  isə  vəziyyət  tamamilə  başqa  cür  idi. 
Məsələn, 80-ci illərin ortaları üçün gəlir vergisi büdcənin gəlir hissəsinin 
ABŞ-da  44,7%-ni,  Böyük  Britaniyada  32,0%-ni,  Kanadada  37,0%-ni 
təşkil  edirdi.  Büdcənin  gəlir  hissəsində  gəlir  vergisinin  payının  artması 
heç  də  vətəndaşların  üzərinə  düşən  vergi  yükünün  ağırlaşmasına  səbəb 
olmamışdı. Çünki bir tərəfdən vergilərin çevik şkalası əhalinin müəyyən 
kateqoriyalarını vergilərdən azad etməyə imkan verir, digər tərəfdən isə 
əksər  ölkələrdə  vətəndaşlar  orta  illik  gəlir  artdıqca  vergi  dərəcəsini 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin