FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə12/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   8   9   10   11   12   13   14   15   ...   179
Vergilər Və Vergitutma

2. Qədim dövrlərdə (X əsrə qədər)  
Azərbaycanda vergilər 
 
 
Müasir 
Azərbaycan 
Respublikasının  ərazisində  insanların 
məskunlaşmasının  izləri  paleolit  dövrünün  (daş  dövrünün)  ilkin 
mərhələlərinə qədər gedib çıxır. Eramızdan əvvəl IV minilliyin sonu III 
minilliyin  əvvəllərindən  başlayaraq  ibtidai  icma  qurluşunun  dağılması 
və  sinifli  cəmiyyətə  keçid  prosesi  başlayır.  Bu  dövrdən  başlayaraq 
həmin  ərazilərdə  Aratta,  Kutium  kimi  qədim  dövlətlər  mövcud 
olmuşdur.  Eramızdan  əvvəl  I  minilliyin  əvvəlində  Cənubi  Azərbaycan 
ərazisində  Urmiya  gölü  hövzəsində  Manna  dövləti  yaranır. 
Azərbaycanın  Araz  çayından  şimalda  yerləşən  torpaqlarından  isə 
Albaniya  dövləti  mövcud  idi.  Eramızdan  əvvəl  VI  əsrin  əvvəllərində 
qədim  Azərbaycanın  Manna  dövləti  süquta  uğradı  və  onun  əraziləri 
İranda yaranmış qüdrətli Midiya dövləti tərəfindən işğal edildi. 
  
Azərbaycan  ərazisində  antik  dövrlərdə  mövcud  olmuş  bu 
dövlətlərdə  əhali  əsasən  köçəri  maldarlıq  və  əkinçiliklə  məşğul  olmuş, 
vergilər isə bir qayda olaraq natural formada toplanmışdır.  
 
Midiya  dövləti  süquta  uğrayandan  sonra  İranda  Əhəməni 
sülaləsinin hakimiyyəti (e.ə.550-330-cu illər) bərqərar oldu, Azərbaycan 
torpaqları  isə  bütövlükdə  Əhəməni  Satraplığına  daxil  edildi.  Bu 
ərazilərdə  təmsil  olunmuş  ayrı-ayrı  tayfalar  əhəmənilərə  vergi  verir  və 
əhəməni ordusunun silahlı qüvvələrini təchiz edirdi. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin